Icma.az
close
up
RU
“Biz Amerika Birləşmiş Ştatlarının ordusuyuq və heç kimin qabağında geri çəkilməyəcəyik“ Tramp

“Biz Amerika Birləşmiş Ştatlarının ordusuyuq və heç kimin qabağında geri çəkilməyəcəyik“ Tramp

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Putinlə bağlı ümidlərim boşa çıxıb, Medvedev isə axmaq adamdır..."

ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset Virciniyadakı Quantiko dəniz piyadaları bazasında yüzlərlə general və admiralla fövqəladə görüş keçirib. Gündəmsiz çağırılan bu toplantı hərbi dairələrdə çaşqınlıq və hətta narahatlıq doğurub.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Gözlənilməz toplantı və "kişilik standartları"

 Tramp öz çıxışında "Amerika ordusunun döyüş ruhunu qaytarmaq" vədini verib, Heqset isə ordunu "siyasi korrektlik və ideoloji zibil"dən təmizləyəcəyini bəyan edib. Nazir qadın və kişi hərbçilər üçün eyni fiziki hazırlıq tələblərinin tətbiq olunacağını, "kilolu generalların" isə vəzifədə qalmasının yolverilməz olduğunu bildirib. "Ordu yalnız ən yüksək standartlara cavab verməlidir", - o, vurğulayıb. Tramp isə bu xətti dəstəkləyərək ordunun "dünyanın ən ölümcül və dominant qüvvəsi" olmalı olduğunu söyləyib.

Trampın Moskva və Kiyev barədə mesajları

Prezident nitqində Ukrayna müharibəsinə geniş yer verib. O, Putinin dörd ildir davam edən və "bir həftəyə bitməli olan" müharibəsinə istehza ilə yanaşaraq, onu "kağız pələng" adlandırıb. Tramp Kreml rəhbəri ilə Alyaskada keçirdiyi görüşü xatırladaraq, "ümidlərim boşa çıxdı, Putin geri döndü və yenidən Ukraynaya hücum etdi" deyib.

Eyni zamanda, Tramp müharibənin yeganə həll yolunun güc mövqeyindən danışıqlar olduğunu vurğulayıb: "Zelenski və Putin bir masa arxasında əyləşməlidir, biz nəticə almalı və bu müharibəni dayandırmalıyıq". O, Kiyevə daha güclü dəstək və yeni silahların, xüsusilə də "Tomahawk" raketlərinin verilməsinin Moskvanı sülhə məcbur edə biləcəyini açıqlayıb.

Medvedevə təhqir və nüvə gücü nümayişi

Tramp çıxışında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə də toxunaraq onu "axmaq adam" adlandırıb. Onun "nüvə" sözündən istifadə etdiyini xatırladan prezident bildirib ki, cavab olaraq ABŞ atom sualtı qayıqlarını Rusiya sahillərinə göndərib: "Biz bu sözlərlə oynamağa icazə verə bilmərik". Tramp əlavə etib ki, ABŞ nüvə arsenalını modernləşdirir və hazırda Rusiya və Çini ən azı 25 il qabaqlayır: "Ümid edək, biz heç vaxt bundan istifadə etməyəcəyik".

ABŞ ordusu üçün yeni kurs

Tramp həmçinin 2026-cı ildə hərbi xərclərin 1 trilyon dolları keçəcəyini, donanmaya əlavə 19 gəmi - sualtı qayıqlar, esmineslər və desant gəmiləri daxil ediləcəyini vəd edib. Həm özü, həm də Heqset Müdafiə Nazirliyinin "Müdafiə" yox, "Müharibə Nazirliyi" adlandırılmalı olduğunu bəyan edərək, bunun sadəcə brend dəyişikliyi deyil, "kimlik dəyişikliyi" olduğunu bildirib. Sonda Tramp Amerika ordusunu "dünyanın gördüyü ən cəsur və ən güclü" adlandıraraq hərbçilərə müraciət edib: "Biz Amerika Birləşmiş Ştatlarının ordusuyuq. Heç kimin qabağında geri çəkilməyəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri