Icma.az
close
up
RU
Məcburiyyətin həzin SONU...

Məcburiyyətin həzin SONU...

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bir neçə gün əvvəl ofisdə mikrofonun "podstavkası" sınmışdı. Əməkdaşlarımızdan biri ciddi- cəhdlə düzəltməyə çalışırdı. Gah "kley"dən, gah "skoç"dan istifadə edirdi ki, ştativin qırılan ayağı düz dayansın. Alınırdı. Amma müvəqqəti...

Kənardan izləyirdim və getdikcə hövsələdən çıxdığımı hiss edirdim. Təkcə ona görə yox ki, əməkdaşımızın əziyyəti hədər gedirdi, həm də ona görə ki, uğurlu olmayacağını bilirdim. Ən yaxşı halda müvəqqəti nəticə verə bilərdi...

Həyatda da dəfələrlə eyni səhvi edirik. Bitmiş münasibəti zorla bərpa etməyə çalışırıq. Bəhanələr axtarırıq. Həm özümüzə, həm qarşı tərəfə güzəştə getməyə çalışırıq. "Gələn dəfə..." ilə başlayan cümlələr qururuq. Nəticədə oxşar hadisələr hər həftə təkrarlanır: əvvəl bəzən hətta aydın olmayan səbəb üzündən mübahisə yaranır, sonra isə yeni "gələn dəfə..."lər təkrarlanır.

Beləliklə, hər növbəti münaqişə üçün səbəb daha bəsit olur. Çünki tərəflərdən ötrü bu, artıq adi hala, bəlkə də, vərdişə çevrilir. Daha vacibi isə münasibət getdikcə zəifləyir və bəzən adi bir intonasiyaya bənd olur.

Peşmanlıqlar, baş ağrıları, göz yaşları başlayır. Ola bilsin, zamanı geri qaytarmaq, səhvlərimizi düzəltmək istəyirik. Ancaq gec olduğunu, müvəqqəti - məcburi duruma düşdüyümüzü özümüz də bilirik. Hətta münasibəti bərpa etsək belə, içimizdə bir xof olur: görəsən, növbəti mübahisə haçan olacaq?

Əslində səhvi ən başda etmişdik. Doğru-düzgün rəftat etməli idik. Qırmadan, dağıtmadan, incitmədən. Çünki bir dəfə qrıldısa, daha çox çətindir. Uzaqbaşı, müvəqqəti olaraq münasibəti bərpa edə bilərik.

Bunu həmin əməkdaşımıza da dedim. Dedim ki, at getsin, nə özünü incit, nə ştativi daha pis vəziyyətə sal. Hər məcburiyyət əslində həm də bir zərbədir. "Podstavka"nın qırılan ayağı əməkdaşımızın əlində tamamilə sınanda anladım...

Kənan Novruzov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Yanvar 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri