Biz Azərbaycanla dostluğu... Rusiyalı nazir
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın energetika naziri Sergey Tsivilyev və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında işgüzar görüş keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, tərəflər yanacaq-energetika sahəsində əməkdaşlığın perspektiv istiqamətlərini nəzərdən keçiriblər, həmçinin texnoloji həllərin mübadiləsi baxımından əməkdaşlığı, Azərbaycan ərazisindən keçəcək İrana qaz kəmərinin tikintisi layihəsini, eləcə də yanacaq-energetika kompleksinin bütün sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.
“Rusiya və Azərbaycan uzun illər boyu birgə geniş təcrübəyə və ümumi tarixə arxalanaraq, enerji sektorunda həm neft-qaz məsələlərində, həm də digər sahələrdə konstruktiv dialoq qurur. Biz Azərbaycanla dostluq münasibətlərimizi yüksək qiymətləndiririk”, - deyə Tsivilyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Fevral 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















