Icma.az
close
up
RU
“Biz Cənubi Qafqazda xarici qüvvələrin iştirakını faydalı hesab etmirik” İrandan Ermənistana xəbərdarlıq

“Biz Cənubi Qafqazda xarici qüvvələrin iştirakını faydalı hesab etmirik” İrandan Ermənistana xəbərdarlıq

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı yeni açıqlamalar verib. O, bu bölgənin İran, Rusiya və digər regional ölkələr üçün siyasi, iqtisadi və geosiyasi baxımdan əhəmiyyət daşıdığını bildirib.

Baqai qeyd edib ki, İran hadisələri diqqətlə izləyir və vəziyyəti nə dramatikləşdirir, nə də ki, dəyərindən az qiymətləndirir. 

“Bəzi şərhlər yanlış məlumatlara əsaslanır və bu, İranla Cənubi Qafqaz ölkələri arasında münasibətləri pozmağa yönəlmiş ola bilər,” – deyə o, xəbərdarlıq edib və belə ifadələrdən çəkinməyə çağırıb.

İran rəsmisi Ermənistanla sərhəd məsələsinə də toxunaraq bildirib ki, bu məsələ çox həssaslıqla və diqqətlə həll olunmalıdır. O əlavə edib ki, regionda xarici müdaxilə İran üçün "qırmızı xətt"dir: “Biz Cənubi Qafqazda region xarici qüvvələrin iştirakını faydalı hesab etmirik. Belə bir müdaxilə yalnız geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirir".

Ermənistanla bağlı olaraq, Baqai bildirib ki, dəmir yolunun bərpası yerli şirkətlərin və Ermənistan qanunları çərçivəsində qeydiyyatdan keçmiş bir Amerika şirkətinin iştirakı ilə həyata keçiriləcək. Onun sözlərinə görə, bu layihə çərçivəsində sərhədlərdə heç bir xarici hərbi qüvvənin yerləşdirilməsi planlaşdırılmır.

Baqai sonda vurğulayıb ki, İran regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə əməkdaşlığa hazırdır: “Biz Cənubi Qafqaz ölkələri ilə yaxşı münasibətləri dəstəkləyirik və regionun təhlükəsizliyini özümüz üçün də vacib hesab edirik".

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Avqust 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri