“Azərbaycanın Ermənistana enerji satışı Cənubi Qafqazda yeni balans yarada bilər”
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyasının yola salınması, ilk növbədə, Cənubi Qafqazda siyasi münasibətlərin balanslaşdırılmasına xidmət edən mühüm bir amildir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli bildirib.
O deyib ki, uzun illər ərzində Ermənistan üzərində Rusiyanın enerji vasitəsilə təsir monopoliyası mövcud olub:
“Bu səbəbdən Azərbaycanın Ermənistana enerji ixracı həm siyasi, həm də iqtisadi cəhətdən strateji mahiyyət daşıyır. Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparılır və bu prosesin yalnız diplomatik müstəvidə deyil, iqtisadi əməkdaşlıqla da müşayiət olunması zəruridir. İqtisadi əlaqələrin qurulması və dərinləşdirilməsi, uzunmüddətli sülh və sabitliyin təminatı baxımından vacibdir. Ermənistanla iqtisadi münasibətlər eyni zamanda Azərbaycanın ixrac marşrutlarının şaxələndirilməsi, yəni yalnız Gürcüstan üzərindən deyil, Ermənistan ərazisindən də regional bazarlara çıxış imkanlarının yaradılması deməkdir”.
Onun sözlərinə görə, bu isə gələcəkdə ortaq dəhlizlərin qurulması ilə nəticələnə bilər:
“Azərbaycanın enerji resurslarının Asiya bazarlarına çıxışı baxımından bu cür əməkdaşlıq orta və uzunmüddətli iqtisadi strategiyanın bir hissəsi olmalıdır. Bu addım həm də regionda geosiyasi çəkisi olan bir layihənin tərkib hissəsinə çevrilə bilər. Bu səbəbdən Azərbaycanın Ermənistana enerji satışını müsbət və strateji addım kimi qiymətləndirmək olar. Bu proses mərhələli şəkildə genişləndirilməli, tərəflər arasında qarşılıqlı asılılıq yaradan münasibətlər sistemi qurulmalıdır ki, bu da gələcəkdə dayanıqlı sülh və əməkdaşlığın əsasını təşkil etsin”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanın yanaşması Cənubi Qafqazda sülhün təməlini qoydu
18 Aprel 2025 10:23
Tramp Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini qəbul edir
25 İyul 2025 13:58
Trampın diplomatik təşəbbüsləri: Cənubi Qafqazda Azərbaycanın geopolitik rolu
18 Fevral 2025 09:27
Cənubi Qafqazda yeni dövr
26 Noyabr 2024 18:07
Baxış sayı:54
Bu xəbər 30 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları