Icma.az
close
up
RU
“Biz muzeyin insanlar üçün sirli qalan hissəsində çalışan arxa cəbhə əsgərləri kimiyik” Milli Xalça Muzeyinin pərdə arxası

“Biz muzeyin insanlar üçün sirli qalan hissəsində çalışan arxa cəbhə əsgərləri kimiyik” Milli Xalça Muzeyinin pərdə arxası

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Bu gün tarixi yaddaşımız, milli sərvətimiz, keçmişimizin aynası olan xalçaların ən zəngin kolleksiyalarının qorunub saxlandığı qədim sənətin müasir məkanı – Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin ən çox ziyarət edilən aparıcı mədəniyyət ocaqlarından biridir. Sevindirici faktdır ki, hər il on minlərlə insan təkcə Azərbaycan deyil, dünya mədəni irsinin əvəzsiz sənət nümunələri sayılan unikal xalçaları görmək üçün buraya üz tutur. Amma onlar, əlbəttə ki, muzeyin ancaq tamaşaçılara açıq olan hissəsini gəzə, ekspozisiya və sərgi salonunda nümayiş etdirilən nadir eksponatları görə bilirlər.

Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Fotoqrafları Birliyi 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə maraqlı layihə həyata keçiriblər. AZƏRTAC xəbər verir ki, Birliyin üzvləri muzeyin qonaqlara bağlı olan fond, həmçinin konservasiya, bərpa və profilaktik nəzarət şöbələrinin sehrli qapılarını açıblar. Yarandığı gündən daim böyük maraq doğuran bu möhtəşəm muzeyin fondunda illərlə çalışan xəzinə mühafizəçiləri, daim arxa planda qalan qəhrəmanlarla tanış olaq.

Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, Baş fond mühafizi, muzeyin ekspert komissiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova Xalça Muzeyində 1990-cı ilin dekabrında baş mühafiz, fond müdiri vəzifəsinə təyin olunub: “Bu illər ərzində iki dəfə muzeyin əsas fondunun kolleksiyalarını tam şəkildə yeni binaya köçürmüşəm. Bilirsiniz ki, muzeyin ilk ekspozisiyası 1972-ci il aprelin 26-da İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılıb. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürülüb. Nəhayət 2014-cü ildən Prezident İlham Əliyevin Sərəncamına əsasən avstriyalı memar Frans Yansın layihəsi əsasında tikilən, muzey işinin ən müasir tələblərinə cavab verən yeni binada fəaliyyət göstəririk”.

O, bu illər ərzində xalqımızın milli sərvətini etibarlı qorumaq üçün bütün gücü ilə çalışıb. Həm muzeyin ekspert komissiyasının üzvü, həm də baş fond mühafizi kimi işini çox sevir. Ona görə də bütün çətinliklərə, məsuliyyətin ağırlığına baxmayaraq, ömrünün 35 ilini bu sahəyə həsr etməkdən hər zaman qürur duyur.

“Hazırda muzeyimizin kolleksiyasında 10 mindən artıq eksponat var. Bizim işimiz kolleksiyalarımızın zənginləşdiriliməsində birbaşa iştirak etmək, tarixi-mədəni irsimizi qorumaq, onlar üzərində əsaslı elmi-tədqiqat işləri aparmaq və gələcək nəsillərə etibarlı şəkildə çatdırmaqdır. Həmçinin ölkəmizdə və xaricdə təşkil olunan çoxsaylı sərgilər üçün eksponatların seçilməsi, onlarla bağlı məlumatların təqdim edilməsi də qarşımızda dayanan əsas vəzifələrdir”, - deyə Mira Məmmədxanova bildirir.

Onun sözlərinə görə, təhlükəsizlik və mühafizənin təşkili muzey sərvətləri, kolleksiyaların uçotu və onun mühafizəsinə dair təlimata əsasən həyata keçirilir. Bina siqnalizasiya və müşahidə kameraları ilə tam təchiz olunub. Mühafizə işinə daxili təhlükəsizlik işçiləri və mühafizə polisinin əməkdaşları nəzarət edirlər. Muzeydə xüsusi diqqət göstərilən məsələlərdən biri saxlanc yerlərində temperatur və rütubət rejiminin lazımi səviyyədə saxlanılması, işıqlandırma və havalandırma sisteminin təlimata uyğun olması, yanğından mühafizənin təşkilidir.

Bir sözlə, muzeyin kolleksiyalarındakı zəngin milli irsimiz lazımi səviyyədə qorunur və təbliğ edilir.

Xalça sektorunun müdiri, mühafiz Səbinə Qurbanova isə 20 ildən artıqdır ki, burada çalışır. Deyir ki, ilk iş yeri olan bu doğma məkan onun üçün əvəzolunmazdır: “Hazırda “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları” kolleksiyalarının mühafiziyəm və 5000-dən çox eksponata cavabdehəm. Digər əməkdaşlardan fərqli olaraq, fond işçiləri yüz, hətta min illərlə yaşı olan eksponatlara birbaşa toxuna, onları araşdıra bilir, müxtəlif mənbələrdə onlarla bağlı məlumat axtarır, sanki “detektiv” rolunu oynayırlar. Bu, zamana səyahət etmək kimidir. Hər muzey əşyasının fərqli bir hekayəsi var. Onlar millətin, ailənin və ya fərdin tarixini danışır. Bizim işimizi maraqlı edən məhz belə məqamlardır”.

Fondda hər bir eksponat fərdi yanaşma, xüsusi diqqət tələb edir. Hətta bu eksponatlar göz bəbəyi kimi qorunur. Dekorativ-tətbiqi sənət sektorunun müdiri, mühafiz Könül Ağayeva bildirir ki, muzeyin ən zəngin kolleksiyalarından birinin mühafizi kimi üzərində böyük məsuliyyət var. “Amma yenə də bu vəzifəni icra etdiyim üçün özümü çox şanslı və xoşbəxt sanıram. XIX-XX əsrlərə aid 1200-dən artıq dəyərli sənət nümunəsinin lazımi səviyyədə qorunması gələcək nəsillər üçün önəmlidir. Bu kolleksiyanın ən qədim nümunəsi Naxçıvanın Xaraba Gilan ərazindən tapılmış XII-XIII əsrlərə aid kətan parça fraqmentidir”, - deyə o əlavə edir.

  “Biz muzeyin insanlar üçün sirli qalan hissəsində çalışan arxa cəbhə əsgərləri kimiyik”, - deyən Dekorativ-tətbiqi sənəti sektorunun elmi işçisi, mühafiz Həmidə Tağıyeva da öz işində ayıq-sayıq və ehtiyatlıdır. O, “Bədii metal”, həmçinin muzeyin ən qədim və qiymətli “Çini, şüşə, ağac, kağız” kolleksiyalarının fond mühafizi kimi xalqımızın məişət mədəniyyətinin və bədii təfəkkürünün təcəssümü olan 2000-dən artıq eksponatın məsuliyyətini daşıyır. Hər dəfə saxlanc otaqlarına daxil olanda, xalq sənətkarlarının misdən hazırladığı incə, mürəkkəb naxışlı əşyaları, arxeoloji qazıntılar zamanı tapılmış, qədim sənətin mühüm mərhələlərini əks etdirən keramika məlumatlarını və s. görəndə işinə daha da bağlanır.

Konservasiya, bərpa və profilaktik nəzarət şöbəsinin müdiri Dilavər Kərimova isə deyir ki, “sanki eksponatlar “xəstə”, biz isə onları müalicə edən, yaşadan, ömürlərini uzadan, zamanla qocalmasını ləngidən həkimlərik”. O, bəlkə də bu bənzətməsində haqlıdır. “Eksponatı bərpa etmək onu ilkin vəziyyətinə qaytarmaq deməkdir. Bu zaman onun qədimliyi itir. Konservasiya isə əsərin zamanın, mühitin qaçılmaz mənfi təsirlərindən qorunması, dağılmasının, sökülməsinin qarşısının alınması, olduğu vəziyyətdə saxlanmasıdır. Ona görə muzeyimizdə sənət nümunələri əsasən konservasiya edilir, ancaq çox ehtiyac olarsa, üzərində kiçik bərpa işləri aparılır”, - deyə Dilavər xanım fikrini tamamlayır.

Muzeyin əməkdaşlarının hər bir əşyaya individual yanaşaraq, işlərinin öhdəsindən böyük ustalıq və bacarıqla gəlirlər. Yeni alınmış eksponatlara baxış, əsərlərin ekspozisiyada, muzeydaxili və muzeydən kənarda keçirilən sərgilər üçün hazırlanması, qablaşdırılması işi də onlar tərəfindən layiqincə yerinə yetirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri