Icma.az
close
up
RU
Biz niyə belə asan aldanırıq?

Biz niyə belə asan aldanırıq?

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Bakıda özəl estetik klinikada “əl enerjisi ilə müalicə” apardığı deyilən bir əcnəbinin saxlanılması xəbəri cəmiyyətdə, bəlkə də, gözlənilən sualı yenidən gündəmə gətirdi: Biz niyə belə asan aldanırıq?

Söhbət özbək əsilli, başı araqçınlı, "əli şəfalı" müasir Şeyx Nəsrullahdan - İqbol Soliyevdən gedir. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun qəbuluna düşmək üçün insanların necə növbəyə dayandığı açıq görünürdü. İzdiham, ümid, gözlənti... və ən əsası, ümidsizlikdən doğan inam.

Mən bioenerjinin mövcudluğunu qəti şəkildə inkar edənlərdən deyiləm. Dünyada nadir hallarda qeyri-adi enerjiyə, fərqli həssaslığa malik insanlar ola bilər. Əlində müəyyən bioenerji olan və bununla insanlara şəfa verən şəfaçıların varlığını da istisna etmirəm. Tarixdə belə iddialarla çıxış edən şəxslər olub və həmişə olacaq. Əfsanəyə görə, İsa peyğəmbərin də şəfaçılığı varmış, sağalmaz mərəzi olanlara kömək edirmiş...

Amma bu məqamda məhz “nadir” sözünün altını qalın xətlə çəkmək lazımdır. Nadir olan bir bacarığın - birdən-birə estetik klinikalarda, sosial şəbəkə reklamlarında və “qəbul saatları” ilə fəaliyyət göstərməsi artıq sual doğurur.

Çünki əsl möcüzə reklam olunmur, növbə sistemi ilə, sponsorla işləmir. Üstəlik, öz vətənini qoyub tamam başqa bir ölkədə... Adama sual verərlər, belə şəfa verənsənsə, niyə öz ölkəndə bu möcüzəni ehtiyacı, dərdi-azarı olanlara sərf etmirsən? Çünkisini deyim - belə fırıldaqçıların hər cikinə-bikinə bələd olduqları üçün onu tanıyanlar arasında adətən kələyi keçmir...

Burada əsas problem bir nəfərin iddiası deyil. Əsas problem insanların ağrısı, qorxusu və çarəsizliyi üzərində qurulan bir mexanizmdir. Xəstəlik insanı rasional düşüncədən uzaqlaşdıran ən güclü vəziyyətlərdən biridir. İnsan sağalmaq istəyir. Hətta möcüzəyə inanmaq bahasına belə.

Məhz bu nöqtədə “bioenerji seansları” kimi terminlər konkret fırıldaqçıların simasında "bazara çıxarılır". Bu sözlərin çoxu elmi termin kimi səslənsə də, əslində, onların arxasında nə tibbi sübut, nə klinik nəticə, nə də elmi məsuliyyət dayanır.

Bir estetik klinikanın içində “əl enerjisi ilə müalicə” aparılması isə artıq başqa bir problemdir: Akademik tibbin nüfuzunun kommersiya məqsədilə istifadə olunması. Klinikaya gələn insan düşünür ki, əgər bu fəaliyyət klinikanın daxilində baş verirsə, deməli, müəyyən nəzarət və legitimlik var. Halbuki bu, sadəcə dekorasiya da ola bilər.

Ümumiyyətlə, bir çox özəl tibb müəssisələrində belə "əldəqayırma mütəxəssislər" baş alıb gedir ki, bu da ayrıca araşıdırılmalı bir mövzudur. Gülməli bir məqam da odur ki, estetik klinika hara, bioenerji şəfası nəmənə?

Ən təhlükəlisi isə odur ki, belə “seanslar” bəzən real tibbi müalicəni gecikdirir. İnsan əvvəlcə enerji müalicəsinə gedir, sonra alternativ üsullara, sonra müxtəlif “ustalara”. Həkimə isə çox vaxt artıq gec olanda müraciət edir.

Burada məsələ təkcə bir şəxsin saxlanılması ilə bitmir. Sual daha genişdir: niyə bu qədər insan belə iddialara inanır? Niyə cəmiyyətimizdə elmi düşüncə ilə mistik ümid arasında bu qədər böyük boşluq var?

Əgər bir ölkədə "möcüzə tacirləri" bu qədər rahat auditoriya tapa bilirsə, deməli, problem təkcə onlarda deyil. Problem həm də bizim kollektiv sadəlövhlüyümüzdədir.

Çünki bir həqiqəti istər-istəməz qəbul etmək lazımdır: xəstəliklər xəstə yerə "əl çəkməklə" sağalsaydı, dünyada nə xəstəxanalar olardı, nə laboratoriyalar, nə də illərlə oxuyan həkimlər.

Bioenerjinin mövcud olub-olmaması haqqında mübahisə aparmaq olar. Amma insanların ağrısı və ümidləri üzərində biznes qurmaq haqqında mübahisə aparmağa ehtiyac yoxdur.

Çünki, əslində, burada “enerji” ilə bağlı bir məsələ yoxdur. Burada sadəcə köhnə, çox köhnə bir mexanizm işləyir: İnsanlara ümid satılır. Və ümid satılan yerdə həmişə alıcı tapılır.
Ən qorxulusu isə budur ki, o alıcıların çoxu xəstə və çarəsiz insanlardır.

Möcüzə axtaran insanı qınamaq da çətindir, amma ağrılar içində qıvrılanlara möcüzə satmaq - artıq başqa məsələdir.

Bu, sadəcə köhnə bir fırıldaqdır. Ən acınacaqlısı odur ki, bu fırıldaq hər dəfə eyni ssenari ilə işləyir: biri “şəfa verən” olur, yüzlərlə insan ona inanır, sosial şəbəkələrdə izdiham görüntüləri yayılır, sonra isə əvvəlcə həqiqət ortaya çıxır, ardınca da qanun işə düşür.

Əslində isə məsələ çox sadədir: insanların ağrısını, qorxusunu və xəstəliyini pul qazanmaq alətinə çevirən adamın adı “şəfaçı” deyil.

Onun daha dəqiq bir adı var: fırıldaqçı. Çünki xəstə insanın ümidi ilə oynamaq, onun çarəsizliyini qazanc mənbəyinə çevirmək artıq nə alternativ tibbdir, nə bioenerji, nə də “şəfa vermək”. Bu, sadəcə vicdansızlıqdır. Və cəmiyyətimiz bir şeyi nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır:
Gerçək möcüzə satılmır, möcüzə adı ilə satlığa çıxarılan nə varsa, demək olar ki, orada həmişə fırıldaq, dələduzluq var...

Niyə səhvimizi qəbul etmirik? Yazıçıya ev verilməlidirmi? Azərbaycanda qadın yazıçılara seksist münasibət
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Mart 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri