Icma.az
close
up
RU
Biz niyə Oralman çəkmirik?

Biz niyə Oralman çəkmirik?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Son vaxtlar "Yotub”da qazax filmləri çox yayılıb. "Köçəri” nağıl filmindən "Oralman” ağıl filminə qədər... Rus dilində baxış sayları milyonları keçir, qazax millətinə, qazax probleminə diqqəti çəkir. "Tomiris” filmini də çəkiblər, türkün şanlı tarixini Araz sahillərindən Amudərya sahillərinə keçiriblər. Mən də türkün tarixinə rus dilində, Amudərya sahillərində baxmışam. Molla demiş, əvvəl gülmüşəm, sonra ağlamışam... 

Gülmüşəm, sevinmişəm ki, bizm qazax qardaşlarımız dünya səviyyəli filmlər çəkir, milyonların diqqətini çəkir. Ağlamışam, kədərlənmişəm ki, biz niyə öz "Tomris”imizi çəkə bilmirik, öz əfsanəmizi Araz sahillərinə gətirə bilmirik? Biz niyə öz "Oralman”ımızı (Qürbətdən Vətənə qayıdan qazaxlara deyilir) çəkə bilmirik, dünyanın diqqətini öz problərimizə çəkə bilmirik? Axı, bizim Azərbaycandan kənarda yaşayan qandaşlarımız Qazaxıstandan kənarda yaşayan qardaşlarımızdan çoxdur. Bəlkə, onlar Vətənə qayıtmaq istəmirlər, bəlkə bizim pulumuz yoxdur, bəlkə bizdə bu sahəyə lazımi diqqət, qayğı yoxdur?!

Qısa bir araşdırma aparsaq, görərik ki, pulumuz da var, Azərbaycanda kino sahəsinə dövlət səviyyəsində lazımi diqqət də var. Bakıda kino məsələləri ilə məşğul olan iki böyük qeyri-hökumət təşkilatı fəaliyyət göstərirdi. Bu il bu qurumlar birləşdi və Xalq artisti Rasim Balayevi sədr seçdi. Kinomatoqrafçılar İttifaqının ofisi şəhərin mərkəzində, tarixi "Nizami” kino-teatrının yanında yerləşir, adı uzaqdan diqqəti cəlb edir. Yeni sədr də ilk müsahibələrinin birində orijinal bir fikir söyləyir: "...Bizim əsas məqsədimiz kinonun çəkilməsidir, kino da çəkilmir...” Yeri gəlmişkən, Mədəniyyət Nazirliyində bu sahəni kurasiya edən xüsusi Baş İdarə işləyir, keçmiş Kinostudiya da öz yerindədir. Bu qurumların hamısına da dövlət büdcəsindən müvafiq vəsait verilir. Amma bizim kinomuz peşəkar "Oralman” səviyyəsinə qalxa bilmir, həvəskar "Qızqaçırmaq”dan o yana "qaça” bilmir... Axı, bizdə kino ənənələri var, axı, bizdə sənət mədən kimi qazılıb, "Məşdi İbad”, "Arşınmalçı” yazılıb, çəkilib...

Təəssüf ki, hazırda dünyada ən çox baxılan tele-seriallar sahəsində də bizdə vəziyyət yaxşı deyildir. Ümumən, Azərbaycan kinosunda olan vəziyyəti əks etdirir. Dövlətin təşəbbüsü ilə teleseriallar çəkmək üçün telekanallara konkret maliyyə vəsaiti ayrılır və hər il artırılır. Amma bizim telekanallar verilmiş fürsətdən və ayrılmış vəsaitdən yararlana bilmirilər, yaxud da, istəmirlər. Serialların istehsalı prosesinə peşəkarlar dəvət edilmir, ya da süni görüntü yaratmaq üçün edilir. Filmlərin senarisini, bir qayda olaraq, telekanal rəhbərləri özləri yazır, aktyor seçimini, hətta rejissorluğunu da özləri edir. "Xocalı", "Qara Yanvar" filmlərini yəqin ki, xatırlayırsız, hardadır indi bu filmlər, kim baxır?! Hələ yaxşı ki, kanal rəhbərləri baş rollara özləri çəkilmir, görüntü yaratmaq üçün bir-iki aktyor dəvət edilir. Sair rollar isə telekanalaın əməkdaşlarına və aparıcılarına həvalə edilir... 

Nəticədə teleseriala, tamaşaçıya, ümumilikdə sənətə dəxli olmayan (ad da qoymaq olmur) "Bacanaqlar”, "Tələbələr” kimi "sürünən”lər alınır. Sürünənlər is, məlum olduğu kimi, uça bilmirlər. Tamaşaçılar da bu mənasız seriallara baxmır, əksəriyyəti heç Azərbaycan telekanallarını açmır, Rusiya, Türkiyə kanallarına üstünlük verirlər. Bizim yerli kanallar da da yəqin bunu bilirlər, amma nəyisə dəyişmək, baxımlı teleserial çəkmək fikrində deyillər. Axı, bu, xeyli çətin, bahalı bir prosesdir, istedad, əziyyət tələb edir. Böyük Şəhriyarın yaxşı bir deyimi var: "Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”... 

Məlum olduğu kimi, hər hansı savadlı, istedadlı adam ruhu coşanda bir-iki misra şer, kiçik bir hekayə, maraqlı bir yazı da yaza bilər. Amma bu, qətiyyən o demək deyil ki, bu adam istedadlı yazıçı, ya şairdir, hətta senari yaza, film çəkə bilər. Səviyyəli, baxımlı teleserial, ümumiyyətlə yaxşı film çəkmək üçün işi iş bilənə tapşırmaq lazımdır. Telekanal rəhbərliyi, ya təşəbbüs qrupu filmin ideyasını verə, ən yaxşı halda senarinin fabulasını işləyə bilər. Senarini yazmaq isə, hətta hər yazıçının da deyil, peşəkar senaristin, dramaturqun işidir. Müasir filmin senarisi əsl dram əsəri olmalıdır, gərginlik və dəyişkənlik daim hiss olunmalıdır, axı, tamaşaçını zalda (və yaxud televiziya qabağında) 1-2 saat saxlamaq lazımdır. Yaxşı senarinin hazırlanması isə işin ancaq başlanğıcıdır, sonra peşəkar kinorejissor dəvət olunmalı və ilkin senari ona təqdim olunmalıdır. Rejissor senarini bəyəndikdən sonra, onun təşəbbüsü və senaristin razılığı ilə əsas rolların aktyorları seçilir (bu proses də senari və kinorejissor qədər vacibdir) və məhz bu aktyorların iştirakı ilə ilkin senarinin əsasında işçi senari hazırlanır... 

Yeri gəlmişkən, bizim kino sənətində aktyor seçimi əzəldən axsayıb, çünki bu prosesə də peşəkar yanaşma olmayıb. Rejissor baş rolda kimi istəyir çəkib, ya da özü çəkilib. Hələ sovet dövründə çəkilmiş "Qaçaq Nəbi” (Qanlı Zəmi, 1985) filmini xatırlayaq. 50 yaşlı "dəliqanlı” Qaçaq Nəbi (Həsən Turabov) 30 yaşlı "yeniyetmə” Həcərə (Mömünat Qurbanova) deyir ki, "hazırlaş, gələn yaz toyumuzdur”. Buna kim inanar, buna kim baxar?! Ya da, götürək 2011-ci ildə ekranlara çıxmış "İlahi Məxluq” filmini. Dostlar, siz dağlarda olmusuzmu, olmusuzsa, bircə dəfə şişman çoban (Nurəddin Mehdixanlı) görmüsüzmü?! Çoban yaşından asılı olmayaraq, arıq olar, qıvraq olar, atın belini "qırmaz”, piyada gəzə bilər... 

Və son olaraq... Yaxşı, baxımlı kino çəkmək böyük vəsait tələb edən böyük bir istehsal prosesidir, yaradıcılıq prosesidir və bu proseslə peşəkarlar məşğul olmalıdır. Təcrübə göstərir ki, tamaşaçı yalnız peşəkar rejissorların dramatik senari əsasında çəkdiyi, peşəkar aktyorların uğurlu seçildiyi və çəkildiyi filmlərə baxır. Bu, həm də Azərbaycanın problemlərini qabartmağın, dünyaya çatdırmağın "karvan” yoludur. Bizdə isə, bəzən bu yoldan həvəskarlar pul yumaq üçün istifadə edirlər…

Qalib Arif


P.S. "Oralman" filmi "Köçəri" kimi, "Tomiris" kimi tarixi, böyük büdcəli deyil, müasir, sadə layihədir. Vətənə qayıdan, Vətəni sevən insanlardan bəhs edir. Gözəldir, əsl şedevdir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see288

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see282

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see228

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see220

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see216

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see214

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see213

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see209

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see209

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see204

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see201

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see191

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see186

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see186

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see183

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see176

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see175

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see174

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see173

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri