“Öhdəliklərimizdən əl çəkmirik”: Britaniya Trampın siyasətləri üçün müxtəlif ssenariləri nəzərdən keçirir
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ – ın yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna ilə bağlı siyasətinin nə olacağı məlum deyil. Lakin Böyük Britaniya müxtəlif ssenarilərə hazırlaşır və öz öhdəliklərindən imtina etməyi planlaşdırmır.
Gununsesi.info xəbər verir ki, bu barədə Sky xəbərlərinin efirində Böyük Britaniyanın maliyyə naziri Darren Cons bildirib.
O, qeyd edib ki, ölkəsinin hökuməti daha güclü mövqe tutmaq üçün müxtəlif variantları da nəzərdən keçirir.
Cons bildirib ki, Böyük Britaniya müharibədə Ukraynaya dəstək vermək öhdəliyindən əl çəkməyəcək. O qeyd edib ki, buna Trampın Siyasəti və seçkilərdəki qələbəsi təsir etməyəcək: “Ukrayna müharibədən əvvəlki sərhədləri daxilində ərazi bütövluyünü bərpa etməlidir.Trampın gəlişi bizi mövqeyimizdən geri çəkə bilməz. Biz Krımın qaytarılması məsələsində israrımızı davam etdirəcəyik. Buna görə də biz onlara ildə 3 milyard funt sterlinq təklif edirik ki, bu da İngiltərədəki maliyyə kontekstində bizim üçün çətin, lakin düzgün qərardır”.
O, həmçinin əlavə edib ki, hazırda Böyük Britaniya hökuməti ABŞ-ın gələcək siyasəti ilə bağlı bir çox müxtəlif ssenariləri nəzərdən keçirir və planlaşdırır: “London Ukraynaya dəstəyini davam etdirmək üçün mümkün qədər güclü mövqe tutmaq istəyir”.
Cons həmçinin bildirib ki, Britaniya Rusiyaya istənilən ərazi güzəştinə qəti şəkildə qarşıdır.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 11 Noyabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















