Icma.az
close
up
RU
Biz niyə yəhudilər kimi ola bilmirik? Yalçın İslamzadə

Biz niyə yəhudilər kimi ola bilmirik? Yalçın İslamzadə

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Yəhudilərə dair geniş yayılmış bəzi stereotiplər var. Bu stereotiplər xalq arasındakı dediqodular, anektodlar, hətta incəsənət vasitəsiylə geniş yayılır. Məsələn, Şekspirin "Venesiya taciri" pyesindəki Şeylok obrazı acgöz yəhudi sələmçidir. Baxmayaraq ki, 16-cı əsrdə Avropada yəhudi sələmçilərin olduğuna dair mənbələrdə məlumat yoxdur.

O da bilinir ki, yəhudilər İsrail dövlətinin qurulması və yəhudi gənclərin təhsil almağı üçün milyonlarla vəsait xərcləməyi özlərinə borc bilirlər. Məsələn, keçən əsrin ən məhsuldar riyaziyyatçısı sayılan yəhudi-macar riyaziyyatçı Paul Erdos (bir riyaziyyatçının elmi işləri ilə Erdosun elmi işləri arasındakı "məsafəni" ölçmək üçün "Erdos ədədi" terminindən istifadə olunur), aylıq xərcini 700 dollarla məhdudlaşdırıb aldığı mükafatları israilli gənclərin təhsili üçün xərcləyib.

Digər stereotip isə yəhudilərin genetik zəkasıdır. Yəhudi əsilli alimlərin elm səhnəsinə çıxmaları 20-ci əsrdə baş verib (Eynşteyn, Von Nyumann, Feynman, Pauli vs.). Bu isə genetika ilə yox, mədəniyyətlə bağlıdır. Freydin ailəsi çoxuşaqlı, kasıb ailə olub. Evdəki yeganə neft lampasını gənc Freyd istifadə edib, dərs oxuyurmuş. Bütöv ailə, "Bu (Freyd) bir gün böyük alim olacaq" deyə qaranlıqda otururmuşlar.
Yəhudi alimlərin (məs. Karl Saqan) bioqrafiyalarında ailələri tərəfindən dəstəklənmələrinə dair çoxsayda misallar var.

İsrail kəşfiyyat terminologiyasında "sayanim" (köməkçi) termini var. Sayanimlər başqa ölkədə yaşayan (yəhudi diasporası) və malik olduqları imkanları İsrailin mümkün əməliyyatı zamanı təmənnasız onların istifadəsinə verən könüllülərdir.

İsraillilər heç vaxt komfort zonasına düşmədilər, daima təhlükələrlə dolu bir dünyada yaşadıqlarını yadda saxladılar.
Azərbaycanlılar da tarix boyunca yəhudilər kimi, birçox zülmlə, işğalla üzləşiblər. Ancaq, heç kim onları komfort zonalarından çıxara bilmir. Hələ də çar Rusiyasından qalma familiya sonluqlarından istifadə edirlər.

Diasporamız özləri-özlərinə danışır, daha çox olduqları ölkələrin biznes imkanları ilə maraqlanırlar.

İmkanlı şəxslər müğənniyə pul xərcləməyi başucalığı sayır, elmə-maarifə-təqaüdə vəsait lazım olanda "ah-uf" edirlər.

İnternetdə video var idi, Rusiyada yaşayan azərbaycanlı tacirlər bahalı maşınlarla konvoy halında hava limanına, toya çağırdıqları ara müğənnisini qarşılamağa gedirlər, ədəb-ərkanla, böyük ciddiyətlə.
Valideyinlər uşaqlara təmtəraqlı ad günü keçirir, ən yaxşı repetitorları tutur, ancaq ümumi dünyagörüşünün inkişafı illə maraqlanmırlar.

Universitetlərin ölkənin fikri və sənaye həyatına təsiri demək olar ki, yoxdur, ancaq hər ay siyahının üst tərəfinə doğru düzxətli bərabəryeyinləşən hərəkət edirlər.

Jurnalistikaya dair tədbirlərin sayı hesabı yoxdur, ancaq şeyxnəsrullahlar meydan sulayırlar.

Valideyin uşağının yaxşı təhsil alması üçün əlindən gələni edir. Təhsilin kölgə iqtisadiyyatı rəsmi iqtisadiyyatını bir neçə dəfə üstələyir, ancaq qocalar bütün mövqelərdən dörd əlli yapışıb, gənclərin öz ölkələrində potensiallarını reallaşdırmağa imkan vermirlər vs.

Nəticədə, bacarıqlı insanların uğurlarını izah etmək üçün cürbəcür konspirasiya nəzəriyyələri və şəhər əfsanələri uydururlar.

Əsirlikdən qaçan dahi - Ona niyə fotojurnalistikanın "ata"sı deyirdilər? "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs ilə görüş keçirilib Yay soyuqluqları - Rəvan Cavid
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 İyun 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri