Icma.az
close
up
RU
“Biz Putinin hesablarını dəyişə bilərik...” “Bütün müttəfiqlər üzərlərinə düşəni etmir”

“Biz Putinin hesablarını dəyişə bilərik...” “Bütün müttəfiqlər üzərlərinə düşəni etmir”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

NATO-nun keçmiş rəhbəri: “Rusiya yüz minlərlə itki verib və müharibəyə görə həm insan, həm də pul baxımından çox böyük qiymət ödəyir”

“AzPolitika” Norveçin keçmiş Baş naziri Yens Stoltenberqin “Radio Svoboda”-ya müsahibəsini qısa ixtisarla təqdim edir:

– Siz NATO-ya çox çətin dövrdə rəhbərlik etdiniz. Əfqanistandan çıxış, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi - hər iki hadisə sizin dövrünüzə təsadüf edir. Ümumi sual vermək istəyirəm: ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Rusiyanı “kağız pələng” adlandırdı. Rusiya Prezidenti Vladimir Putin isə cavab olaraq soruşdu: “Əgər Rusiya kağız pələngdirsə, bəs NATO nədir?” Siz bu barədə nə deyərdiniz?

– NATO dünyanın ən güclü hərbi alyansıdır. Biz Atlantikanın hər iki tərəfində - Şimali Amerikada və Avropada yerləşən 32 ölkəni birləşdiririk. Bu, təxminən bir milyard əhali və dünya iqtisadi və hərbi gücünün 50 faizidir. Biz NATO daxilində birlikdə olduğumuz müddətcə, şübhəsiz ki, dünyanın ən güclü hərbi qüvvəsiyik.

– Siz “birlikdə olduğumuz müddətcə” dediniz. Bu birlik barədə şübhələr varmı?

– Həm Avropada, həm də ABŞ-da “biz birlikdə qalacağıqmı?” sualı səslənir. Amma mən inanıram ki, biz birlikdə qalacağıq, çünki birlikdə daha güclüyük. Birlikdə olarkən daha təhlükəsizik. Daha təhlükəli və proqnozlaşdırılması çətin dünyada NATO-da birlikdə qalmaq ölkələr üçün daha da vacibdir. Güclü NATO Avropa üçün yaxşıdır, bu mənim üçün açıqdır. Amma güclü NATO həm də ABŞ üçün yaxşıdır.

– Gəlin Rusiyaya və Ukraynaya qayıdaq. Siz kitabınızda NATO ölkələrinin 2022-ci il işğalına verdiyi reaksiyanı sərt tənqid edirsiniz. Silah tədarükündə gecikmələrdən, qətiyyətsizlikdən danışırsınız. İndi vəziyyət yaxşılaşıbmı?

– Bəli, belə hesab edirəm. 2024-cü ildə Vaşinqton sammitində biz Ukrayna üzrə NATO missiyasını yaratdıq. Mənim səlahiyyət müddətimin sonunda verilən ən mühüm qərarlardan biri məhz bu idi. İndi isə yeni baş katib Mark Rutte bu işi davam etdirir və Ukraynaya silah və hərbi yardımın davamlı axını üçün təşkilat yaradılıb. Vəziyyət yaxşılaşıb.

Amma hər şey ideal deyil. NATO ölkələri 2022-ci ildən bəri Ukraynaya misilsiz dəstək verib, amma problem ondadır ki, bütün müttəfiqlər üzərlərinə düşəni etmir. Ən böyük problem isə — və bunu açıq deyirəm, bizim çox gec başlamamızdır.

Biz bunu 2014-cü ildə etməli idik - Rusiya Krımı qanunsuz şəkildə anneksiya edib Donbasa daxil olanda. Amma biz tərəddüd etdik və gözlədik.

– Siz deyirsiniz ki, bəzi NATO ölkələri Ukraynaya kifayət qədər dəstək vermir. Onlar hansılardır?

– Mən onları adları ilə çəkməyəcəyəm. Bu, doğru olmazdı. Bu məsələ NATO daxilində müzakirə olunur. İndi isə mən Norveç hökumətində maliyyə naziriyəm və başqa ölkələri açıq şəkildə tənqid etmək mənə düşməz. Norveç Ukraynaya illik dəstəyi 7 milyard avroya qaldırıb və əhalinin sayına nisbətdə baxanda, yəqin ki, dünyada Ukraynaya ən çox dəstək verən ölkədir.

– Putinlə şəxsi təcrübəniz sizə nə deyir? Diplomatik səylər necə olmalıdır?

– Putinlə işləyəndə öyrəndim ki, düzgün şərait yaradılanda onunla anlaşmaq mümkündür. Amma o, masa arxasında əldə edəcəyi nəticənin daha üstün olduğuna inanmalıdır.

Hazırda o belə düşünmür. O hesab edir ki, Ukraynada döyüş meydanında masa arxasında əldə edə biləcəyindən daha çoxunu qazana bilər. Ona görə də Zelenski ilə danışıqlardan imtina edir və atəşkəs təkliflərini rədd edir.

Biz Putinin niyyətlərini dəyişə bilmərik. Onun məqsədi Ukraynanı nəzarətə götürməkdir. Amma biz Putinin hesablarını dəyişə bilərik - Ukraynaya daha çox hərbi dəstək verərək, ona göstərməliyik ki, döyüş meydanında qələbə qazana bilməyəcək.

– Bu artıq baş verirmi? Ukraynaya verilən dəstək kifayət qədərdirmi?

– Daha çox etmək olar. Amma real vəziyyət budur: Ukrayna xalqının cəsarəti və NATO müttəfiqlərinin dəstəyi nəticəsində Putin strateji uğursuzluğa düçar olub.

O, Kiyevi bir neçə günə, Ukraynanın qalanını isə bir neçə həftəyə ələ keçirməyi planlaşdırırdı. Amma 2022-ci ildən bu günə qədər Rusiya hətta Donbası belə tam nəzarətə götürə bilməyib. Rusiya yüz minlərlə itki verib və müharibəyə görə həm insan, həm də pul baxımından çox böyük qiymət ödəyir.

– Əgər Rusiya Baltik ölkələrinə genişmiqyaslı zərbə vursa, NATO onları müdafiə edə biləcəkmi?

– Bəli. 2016-cı ildən etibarən NATO ilk dəfə olaraq Baltik ölkələrində və Polşada döyüşə hazır çoxmillətli qüvvələr yerləşdirdi. Bu, Rusiyaya açıq mesajdır: NATO artıq oradadır.

Biz həmçinin yeni hərbi planlar hazırladıq və alyansın döyüş hazırlığını artırdıq. Bu, Rusiyaya çox aydın siqnal verir: bir müttəfiqə hücum bütün alyansa hücumdur.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri