Icma.az
close
up
RU
Biz Qayıtdıq Kəlbəcərin Yeni Həyatı İlk Dərs Günü ilə Başlayır Qələbənin Bəhrəsi Qayıdış Sevinci

Biz Qayıtdıq Kəlbəcərin Yeni Həyatı İlk Dərs Günü ilə Başlayır Qələbənin Bəhrəsi Qayıdış Sevinci

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beş il öncə bu şəkilləri Kəlbəcərin azad olunan günü çəkmişdim. Həmin an mənim övladlarım da bütün kəlbəcərlilər qədər bu sevincə qoşulmuşdu. Onların “Biz qayıdırıq!” nidaları sanki dağların sükutunu pozurdu. Bu gün isə həmin səs artıq doğma  məktəb zənglərinin sədası ilə birlikdə Vətəndən gəlir. 

İllərlə həsrətlə gözlənilən gün artıq gerçəkləşib: Kəlbəcər öz övladlarını qarşılayır. Bu torpaqlar bir vaxtlar qara günlərin ağrısını yaşasa da, bu gün yenidən həyatla nəfəs alır. “Biz qayıtdıq!” sözləri artıq sadəcə bir şüar deyil, reallığa çevrilmiş gerçəklikdir. İlk dərs günü isə bu dönüşün ən gözəl təntənəsidir.

Kəlbəcərdə çalınan ilk zəng səsi təkcə təhsil həyatının başlanğıcı deyil. Bu səs, həm də yurdun dirçəlişinin, ümidlərin yenidən doğulmasının simvoludur. Məktəb həyətində səslənən uşaq gülüşləri dağlara yayıldıqca, Kəlbəcərin ruhu təzədən canlanır. Artıq o dərsliklərdə yalnız riyaziyyat, ədəbiyyat və tarix yox, həm də vətən sevgisi yazılır.

Partalara əyləşən hər bir uşaq, gələcəyin qarantıdır. Onların saf baxışlarında yeni Kəlbəcərin, güclü Azərbaycanın sabahı görünür. Bu balaca əllər sabah bu torpaqlarda yeni evlər, məktəblər, yollar inşa edəcək. Onların gülüşü – kəndlərimizin həyatla dolu olduğunun ən parlaq sübutudur.

Bu günü yaşayan valideynlər üçün hisslər sözlə ifadə olunmaz. Çünki illərlə övladlarını doğma yurd həsrəti ilə böyütmüşdülər. İndi isə həmin övladların məktəb yolunda addımlamasını görmək – bir ömrün ən böyük mükafatıdır.

Kəlbəcərdə ilk dərs günü yeni bir tarixin başlanğıcıdır. “Biz qayıtdıq” deyən xalq bu gün həm keçmişin ağrılarını geridə qoyur, həm də gələcəyin işıqlı səhifələrini yazır. Çünki Kəlbəcərin yeni həyatı – məhz uşaqların səsi, məktəblərin açıq qapısı və ilk zəngin sədası ilə başlayır.

Bu gün Kəlbəcərdə bu sevincə sevinc qatan Azərbaycan Prezidentinin Kəlbəcər üzrə Xüsusi Nümayəndəliyinə, başda Bəşir müəllim Hacıyev olmaqla, Şərqi Zəngəzur İqtisadi Rayonunun Təhsil Şöbəsinin müdiri Fuad Bədəlova dərin təşəkkürümüzü bildiririk.


Səbuhi Kamran ( Ağayev)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri