Biz rus bölməsinə məcbur qalıb belə müəllimləri işə götürürük Nazirdən AÇIQLAMA
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Hurriyyet.az xəbər verir ki, nazir ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib ki, Azərbaycanda rus bölmələrinin bağlanması bu gün gündəmdə deyiil.
“Bizdə rus bölmələri var. Həmin məktəblərin yaxşı nəticələri var. Belə məsələlərdə rəsmi xəbərlərə diqqət etmək lazımdır. Ölkədə bütün məktəblər Azərbaycan məktəbidir və onlar bu dili yaxşı bilməlidir. İki məsələni bir-birinə qatmaq olmaz. Biz istəyirik ki, bizim uşaqlar rus dilini, digər dilləri də yaxşı bilsin. Amma bir dili öyrənmək dövlət dilini kənarda qoymamalıdır”, - nazir qeyd edib.
Nazir dolaysı ilə rus bölmələrində təhsilin keyfiyyətinin aşağı olmasının səbəbinə də toxunub.
“Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllim işə götürürük, çünki başqası yoxdur”, - deyə, nazir əlavə edib.
Azpolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 İyul 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















