Biz sənə stol altından pul verəcəyik, sən axı sadə ailədənsən Barselona nı rüşvət təklif etməkdə ittiham etdi
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Keçmiş İspan futbolçusu Antonio Guayre "Barselona"nı rüşvət təklif etməkdə ittiham edib. Guayre 2000-2001-ci illərdə "Las-Palmas"da oynayıb. 2001-ci ildə isə "Vilyarreal"a transfer olunub.
Sportal.az xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu Guayre "YouTube"da Curios@s kanalına verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib:
"İki dəfə "Barselona"ya keçməyə çox yaxın idim. 20 yaşım olanda "Las-Palmas"da oynayırdım, təyyarəyə minib Barselonaya getdim. Heç kim bundan xəbərsiz idi. Orada idim və idman direktoru Karlos Reşakla birlikdə nahar etdim. O mənə dedi: "Biz sənə stol altından pul verəcəyik, sən axı sadə ailədənsən".
Onlar mənə "Las-Palmas"da qalmağı və inkişaf etməyi təklif etdilər. Qara pullar? Bəli, tam olaraq belə. Bu, ilk dəfə idi və mən şokda idim. Mövsüm başa çatdı və "Vilyarreal" mənim üçün 6 milyon avro ödəyərək məni transfer etdi".
saytlarin hazirlanmasi
Baxış sayı:120
Bu xəbər 12 Mart 2025 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















