Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 297 min manatlıq ziyan dəyib
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Sumqayıt şəhəri, Quba, Ağdam və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Sumqаyıt şəhərinin Kаmrаn Hüsеynоv küçəsində, Quba rayonunun Bad, Ağdam rayonunun Əliağalı kəndlərində və İsmayıllı-Qaraməryəm yolunun Balik kəndi ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 297 040 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Bu mövzuda digər xəbərlər:Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yaydı
03 Oktyabr 2025 18:37
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçib
04 Noyabr 2024 19:27
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimaiiaşə obyektlərinə çağırış edib
02 Dekabr 2024 13:29
Paytaxtın Xəzər və Nərimanov rayonlarında ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 30 min manat ziyan dəyib
02 May 2025 20:23
Baxış sayı:38
Bu xəbər 19 Dekabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















