Icma.az
close
up
RU
Biz uğurların bünövrəsini çoxdan qoymuşuq! 17 yaşında

Biz uğurların bünövrəsini çoxdan qoymuşuq! 17 yaşında

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Kulis.az-ın məqaləsini təqdim edirik: 

Bu gün Azərbaycanın ilk azərbaycandilli xəbər portalı olan Lent.az-ın fəaliyyətə başlamasından 17 il ötür.

Lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır və Azərbaycanda ana dilində ən çox oxunan informasiya resurslarından biridir. Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.

İlk övladlar da bir az ərköyün olurlar"

Baş redaktor Hafiz Heydərov "Lent.az APA-nın ilk övladıdır", - deyir:

"20 ildir APA-da, 4 ildir Lent.az-dayam. Lent.az mənim üçün dəyərlidir. Biz APA-da işləyəndə bir neçə il sonra Lent.az yarandı. Lent.az-a o vaxt APA-nın kiçik övladı kimi baxırdıq. APA-nın tərkibində digər saytlar yaranmağa başlayanda Lent.az artıq APA-nın ilk övladı oldu. İlk övladlar da bir az ərköyün olurlar".

Onun sözlərinə görə, Lent.az-ın ən böyük üstünlüyü peşəkar kollektividir:

"Birinci növbədə, Lent.az öz peşəkarlığı ilə seçilən saytlardandır. Ona görə ki, burada peşəkar kollektiv işləyir. Uzun illər jurnalistika təcrübəsi olan insanlar var. Lent.az-dan çox mötəbər jurnalistlər gəlib keçib, başında Qabil Abbasoğlu kimi bir imza olub. Səbuhi Məmmədli olub. Hazırda Səbinə Əvəzqızı, Azər Hüseynbala var. Lent.az-ın Azərbaycan mediasında öz xüsusi dəst-xətti var".

"Səbuhinin yeri görünür Lent.az-da"

O, bizimlə söhbəti zamanı mərhum jurnalist Səbuhi Məmmədlini də unutmur:

"Səbuhi Məmmədlinin səhhəti ağırlaşmışdı. Biz daim onu nəzarətdə saxlayırdıq, həkimlə danışırdıq, xəstəxanaya gedib-gəlirdik. Komada idi. Ayılması sual altında idi. Hər şey Alllaha qalmışdı. Xırda da olsa, bir ümid yox idi. Ziyarətinə getdim. Artıq 3-cü gün idi ki, o vəziyyətdə idi. Ziyarət elədim. İşə çatanda həkimi zəng elədi ki, Səbuhi Məmmədli ayıldı. O zamankı həyəcanımı sözlə ifadə eləyə bilmərəm. Hətta ondan sonra işə də çıxdı. Bir müddət bizlə işlədi. Aylar sonra vəziyyəti pisləşdi. Səbuhinin yeri görünür Lent.az-da. Bunu yada salmaya bilməzdim".

"Təbii olaraq həmin vaxt rəhbərliyin danlağını da eşidirsən"

Saytın redaktoru Səbinə Əvəzqızı həmişə mötəbər mətbu orqanda işləmək istədiyini deyir:

"Həmişə çalışmışam ki, mötəbər bir media orqanında olum. Burada məni ən çox ruhlandıran məqam yanımda dəyərli, qələmini heç vaxt heç nəyə satmayan, öz şərəfinə hörmət edən insanların olmasıdır. Vüsalə Mahirqızı, Nurşən Quliyev, Azər Hüseynbala ilə biz müxbirlikdən bir yerdə fəaliyyətə başlamışıq. Peşə şərəfini qorumağa necə dəyər verdiyimizin fərqindəyik. Və o insanların yanında olmaq özü artıq bir ilhamdır".

Qüsurları əvvəllər ona daha çox təsir eləsə də, artıq onları daha rahat qəbul eləyir, çünki iradlar işi daha da təkmilləşdirir:

"İş prosesində çətinliyin olması mütləqdir. Məsələn, tələsirsən, bəzən saniyələrlə yarışırsan ki, xəbəri tez çatdırasan. Bu, bizim vəzifələrimizdən biridir. Həmin vaxt təbii ki, səhvlər ola, müəyyən qüsurlar meydana çıxa bilər. Təbii olaraq həmin vaxt rəhbərliyin danlağını da eşidirsən. Çalışmağa başladığım ilk illərdə - gənclikdə bu kimi hallar mənə pis təsir edirdi, yuxumdan diksinib atılırdım. Artıq bu kimi halları qəbullanmışam, daha yetkin qarşılayıram. Yaxşı ki, o iradlar olur ki, biz səhvlərimizi düzəldərək işimizi daha da təkmilləşdiririk. Həm də bu, onu göstərir ki, texniki problem olanda səhvimizdən mümkün qədər tez nəticə çıxarmağımız lazımdır. Rəhbərlik çox diqqətlidir, iş prosesini dayanmadan izləyirlər və səhvimizi tez düzəltməyə də bizə imkan verirlər. Ona görə də bu mənim üçün indi o qədər də ciddi problem deyil".

O, Lent.az-da bir çox uğurlu layihənin müəllifidir:

"Mən bir az emosionalam, tez kövrələ, ağlaya bilərəm, hansısa məqamda səsimin tonunu yüksəldə bilərəm. Bundan əvvəlki iş yerlərimdə bunları edirdim. Amma bura gələndən sonra Lent.az-dakı elit mühit o xüsusiyyətlərimi tərbiyələndirməyi öyrətdi. İndi artıq hər şeyə çox sakit reaksiya verirəm. Yəqin yaş da öz işini görür. Artıq öz emosiyalarımı çox rahat idarə edirəm.

Bəlkə, bir az təkəbbürlü səslənə bilər, amma bunları danışmasan olmur. Saytın uğurunda təbii ki, saytın baş redaktorunun müavini kimi mənim hər gün zəhmətim var. Çox sevdiyim “Unudulmuş məmurlar”, “Bir sual, bir cavab” rubrikası kimi adını indi xatırlamadığım bir neçə ideyanın və layihənin müəllifi mənəm. Lent.az-ın “Life”ı əhatə elədiyi mövzulara görə demək olar ki, sayt içində ayrıca saytdır. Buradakı uğurların müəllifi olduğum üçün qürurlanıram".

"Lent.az -ın isə artıq özünü sübut etmək kiimi bir qayğısı yoxdur"

Səbinə xanım Lent.az-ın daha da böyüyəcəyinə, yüksələcəyinə əmindir:

"Gələcək elə bir yerə gedir ki, hər şey dijital marka olacaq. Bu dijital markalar da özlərini tanıtmağa və güvən qazanmağa borcludurlar. Lent.az -ın isə artıq özünü sübut etmək kimi bir qayğısı yoxdur, o, artıq bir brenddir. Ölkənin ilk internet qəzeti kimi oxucuların güvənini qazanıb. 30 ilə yaxın təcrübəsi olan və öz üzərində hər gün çalışan gələcəklə bağlı bir jurnalist kimi deyirəm ki, Lent.az daim var olacaq. Lent.az dijital aləmdə elə oturuşub və güvənli şəkildə kök atıb ki, bundan sonra daha da uğurlara doğru gedəcək. Biz uğurların bünövrəsini çoxdan qoymuşuq, sayt artıq pöhrələnib 17 yaşına çatıb. Lent.az daha da zirvələrə yüksələcəyinə adım kimi əminəm".

O da baş redaktor Hafiz Hacıyev kimi mərhum Səbuhi Məmmədlini xatırlayır:

"Lent.az-da xüsusilə unuda bimədiyim mərhum Səbuhi Məmmədlinin varlığıdır. Hər dəfə onun yerinə baxanda kövrəlirəm. Bir dəfə Moskvadan mənə zəng etmişdi ki, sənə nə alım gətirim? Mən də, düzü, burada Moskva kolbasası tapa bilmədiyim üçün dedim ki, gələndə redaksiyaya kolbasa-sosiska al, gətir. O da cavabında “Baş üstə, mən də elə bilirdim ki, ağır bir şey istəyəcəksən” - demişdi. Sonra gətirdiyi kolbasanı doğrayanda baxdım ki, burdakı marketlərin birindən alıb. Həmişəki kimi yenə bizi aldatmışdı. Amma buna baxmayaraq onu çox sevirdik, həmişə xatirəsini ehtiramla anırıq.

Lent.az-ın digər saytlardan seçilən özəlliyi odur ki, burada iş mühitində hamı mehribandır. Lent.az doğrudan da yuvadır, ona görə də bura gəlib -gedən hər kəs buranı özünə doğma bilir. Yəni, keçmiş Lent.az-çı yoxdur, buraya bir dəfə gələn gələn artıq həmişə lent.az-çıdır, biz də onları övladlarımız, ailəmizin üzvü kimi mənimsəyirik".

Saytın redaktoru Azər Hüseynbala işdən başını qaldırıb bizimlə söhbət eləməyə vaxt tapmır, deyir ki, danışmaq yox, iş görmək lazımdır.

Danışmağı sevməyən Mehman Nəbiyev də Azər Hüseynbalanı nümunə götürür, xoş arzularını çatdırır. Görürük ki, onun da başı qarışıqdır.

Saytın müxbirləri Rəhman Mirzəlizadə, Xədicə və Sifayənin klaviaturanı sürətlə taqqıldatmaqlarından başa düşürük ki, onların da çox vaxtı yoxdur. Zarafat deyil, 17 ildir cəmiyyətimizə güzgü tutmaqla məşğul olan Lent.az-da nəinki danışmağa, heç baş qaşımağa da vaxt tapmaq asan olmur.

Biz isə onları bir daha təbrik edirik! Bu gərgin, yorucu işdə Lent.az-dakı həmkarlarımızın hər birinə bol enerji və uğurlar arzulayırıq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 İyun 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri