Icma.az
close
up
RU
Bizdə də ekoloji etika formalaşacaq MÜNASİBƏT BİLDİRİLDİ

Bizdə də ekoloji etika formalaşacaq MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Son iki əsrdə planetimizi həddindən artıq çox istismar edən insanlar artıq özləri də bilmədən dünyanın axrını tezləşdirməyə başlayıblar". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, meşələr qırılır, çaylar, göllər quruyur, dənizlərin suyu çəkilir, buzlaqlar əriyir və okeana dəhşətli eralar boyunca yığılmış bakteriyaları və o cümlədən xəstəlikləri yayır: "Pandemiyalar baş verir, yeraltı-yerüstü sərvətlər sanki dəlicəsinə istismar edilir. Sanki axırıncı günlərimizdir, onları o dəqiqə çıxarıb istifadə etmək istəyirik. İnsanlar vəziyyətləri düzətdikcə, sosial-iqtisadi durumları yaxşılaşdıqca hər kəs bahalı maşınlar, hündür mərtəbəli binada ev istəyir. Bunlar təbii arzulardır, komfort hər kəs üçün normaldır. Amma bu komfortu almaq üçün insanlar özləri az hərəkət edir, az əmək sərf edirlər. Son illər təbii sərvətlərin qorunmasıyla bağlı dünyanın hər yerində çağırışlar səslənir. İstər planetin hərarətinin qalxması buzlaqların əriməsi, torpaqların eroziyası, çayların, göllərin, okeanların çirkləndirilməsi, plasmas hissəciklərlə dünyanı sanki tora salmağımız, yeraltı sərvətlərin neftin, kömürün, metalların və digərlərinin istismarı ona gətirib çıxardı ki, planet canlı bir orqanizm olaraq insanların özlərinə qarşı addım atmağa başladı. Bütün xəstəliklər, müharibələr, təbii fəlakətlər günəşin istiliyinin artması, kosmosdan gələn digər bəlalar istər təbiət tərəfindən, yaxud, tanrı tərəfindən insanlara göndərilən intiqamın nəticəsidir.

Son illər Azərbaycanda ekologiya ilə bağlı həm COP29, həm də digər böyük tədbirlər keçirilir. Meşələrin salınmasına xüsusi önəm verilir, suyun qorunması, dənizin, çayın, göllərin mühafizə edilməsi ilə bağlı müəyyən addımlar atırlar. Amma dövlət nə qədər çox iş görsə də bir Ekologiya Nazirliyi (500 əməkdaşı) qalanları cəmiyyətin, insanların, medianın, sosial şəbəkədə faul olan şəxslərin, ziyalıların səyi nəticəsində biz bu dünyanı qoruya bilərik. Meşələri qırmaqla bağlı son vaxtda cinayət hadisələri baş verir və cəzalandırılır. Şəhərdə bütün ağaclar qırılır, ağaclar təbii sərvətdir onlar bizə oksigen verirlər havamızı təmizləyirlər, yağışın yağmasına səbəb olurlar ətraf mühitdə olan plastik hissəciklər, zərərli maddələr, qazların təsirini azaldırlar. Bizim planetin ağciyəri sayılır. Yalnız təbii sərvət deyəndə yalnız günəş enerjisi, külək enerjisi, yaxud minerallar torpaq su ehtiyatları yox məhz onun üstündə olan heyvanlarda nəzərdə tutulmalıdır. Sürət və heyvan, bitki növü get-gedə planetimizdə azalmağa başlayıb. Bu sürətli getsə, yaxın gələcəkdə biz yaşıl planet yox, boz planet, Venera və Marsa çevrilə bilərik. Hər kəs bununla əlaqədar məsuliyyət daşıyır, xüsusən də biz özümüzdən danışaq. Meşələri korlayırıq, siqaret çəkib çölə atırıq, yanğın başlayır, balıqları dəhşətli dərəcədə ovlayırıq və yaxud onların təbii kürü tökmə yerlərini məhv edir. Sudan necə gəldi istifadə edirik, şəhərin hər yerində salınmış ağaclıqları ofis, mağaza tikəndən sonra kəsirik, yandırıb məhv edirik. Bütün bunlar, əlbəttə ki, insanın yer kürəsinin təbii sərvətlərinə vurduğu ziyanlardır. Təbii sərvətlərlə yanaşı alternativ sərvətlər də var. Külək enerjisi, günəş enerjisi, suyla bağlı və digər məsələlərdir. Alternativ enerjilərin işlənib hazırlanması ilə bağlı son illər sürətli texnoloji və elmi yeniliklər baş verir. Amma Azərbaycan cəmiyyəti kimi təhsil elmə geri qalmış ətraf mühit haqqında mədəni ekoloji dəyərlərin nə olduğunu anlamayan insanların əksəriyyətini təşkil edən cəmiyyətlərdə təəssüflər olsun ki, hələ də elektrik-mühərrik maşınların keçidi ilə bağlı mübahisələr var, batareyası xarab olacaq deyilən fikirlər var. Yenə də taksi maşınların böyük əksəriyyətində katalizator kəsilib atılır, yandırılan dizel benzin ətraf mühitə zərər saçır. Hələ də biz qidalanmamıza fikir vermirik, orqanik meyvələr yetişdirən ağacları məhv edirik. Orqanik bitkiləri və giləmeyvələri yetişdirən xüsüsi aqro imkanlarımızı məhv edirik. Sonra şikayətlənirik ki, niyə bu qədər xəstəliklər yaranır. İnsanlar ətraf mühitə qarşı öz ailəsinə olan münasibəti sərgiləməlidirlər. Binaların blokuna qədər hər şey zibilli şəkildə, amma evimizi təmiz saxlayırıq ki, birdən qonaq gələr, ayıb olar. Bu münasibəti də biz göstərməliyik. Təbii sərvətlərin qorunması yalnız bizə görə deyil, həm də planetin qorunması deməkdir, həm də gələcək nəsillər üçün nəsə saxlamaq deməkdir. Bu dünyada baş verən hər şeyin arxasında harmoniya var. Bu təbii sərvətlər ona görə bizə verilib ki, insanlar arasında və digər varlıqlar, məxluqlar, ağaclar arasında müştərək bölünsün. Amma təəssüflər olsun ki, bu yoxdur. Biz öz komfortumuz üçün hər şeyi məhv edirik. Bakı Heydər Əliyevin vaxtında birinci hakimiyyət dövründə yamyaşıl şəhərə çevrilmişdi. Sonra bir ara boşluq oldu, şəhər boz şəhərə çevrildi. Heydər Əliyev və İlham Əliyevin vaxtında yenidən neft istehsal edən səhradan meqapolisə çevrildi. Bu meqapolisdə son illər çoxlu parklar, ağaclıqlar salınır. Bunlar bəlkə də, bizi xilas edə. Azərbaycan artıq sürətlə təbii sərvətlərdən məntiqi istifadə ilə bağlı gözəl proqramlar həyata keçirdi. Neft erasına qədəm qoymuşuq və bizə külək enerjisi ilə bağlı, günəş enerjisi ilə bağlı alternativ enerjilərlə bağlı çox böyük dövlət proqramları həyata keçirilir, müxtəlif ekoloji aksiyalar həyata keçirilir. Bakının ətrafında meşələr salınır eyni zamanda bizim su, torpaq, meşə fondu ilə bağlı ciddi dövlət nəzarəti bərpa olunub. Amma təssüflər olsun ki, sanki vətəndaşlar buna hazır deyillər. Vətəndaşların həm heyvana həm ağaclar, yaşıllıqlara, həm torpaq, suya qarşı kobud münasibəti arzu olunan deyil. Yaxın gələcəkdə bizdə də sivil inkişaf etmiş ölkələrdə olduğu kimi ekoloji mədəniyyət formalaşacaq. Ekoloji etika formalaşacaq. Bu eko etika bizim planetin qorunmasında ən azı Azərbaycanın qorunmasında xüsüsi xidmətləri olacaq".

Müəllif: Nəzrin Məmmədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri