Icma.az
close
up
RU
Bizdə yas mədəniyyətsizliyi var!

Bizdə yas mədəniyyətsizliyi var!

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Kimliyindən asılı olmayaraq cəmiyyətimiz üçün faydalı olan əməllərini təqdir etmək lazım. Doğru və bəyənilən hərəkətdir. Başqa formalarda da etmək olar. Yemək hazırladıb tələbə yataqxanasına, uşaq evinə, qocalar evinə göndərmək. Bu cür seçim də bəyəniləndir. Kimsəsiz uşaqlarla sistemli iç aparan quruma verilməsi də yaxşı nümunədir. İnanmıram ki, bizdəki qədər öz həyatını qəlizləşdirən insanlar bolluğu olsun!
Bir statistika aparın, görəcəksiniz ki, uzaq rayona yas yerinə gedib qayıdarkən qəza nəticəsində dünyasını dəyişən on minlərlə insan olub. Deyək ki, 30 il öncə mobil telefon yox idi, indi komminikasiya texnologiyası imkan verir ki, üz-üzə telefonda canlı görüntü ilə adamın kədərinə şərik ola biləsən. Bizdə yas mədəniyyəti yoxdur, birbaşa yas mədəniyyətsizliyi var. Sizin vəfat edən şəxsə xərclədiyinizin ona bir aidiyyatı varmı? Qalanlara, yaşayanlara bu xeyirxahlığı etməlisiniz ki, mərhumun ruhu sevinsin.
Hələ mənasız şəkildə şöhrətpərəst çoxluğun qəbir daşlarına yatırdığı əhəmiyyətli vəsaiti demirəm. Bəzi yerlərdə yüz-yüz əlli nəfər tapılır ki, bu mənasız adətləri sadələşdirsin. Əlbəttə, bəyənilən addımdır. İsrafçılığın hər növündən uzaqlaşmaq lazımdır. Yas mərasimlərini qarın doyuzdurma prosesindən təmizləmək lazımdır. Eləcə də vaxt israfından. Gəl bir stəkan çayını iç, başsağlığı ver get. Yas sahibini də əlavə xərcə, lüzumsuz əziyyətə salma. İmkan ver öz kədərini başqa qayğılarla yüklənmədən yaşasın.
Hətta İran kimi öz səfeh adətlərini bizim milli-mənəvi dəyərlər kateqoriyasına soxuşdurmuş və xeyli sayda nadan, mövhumat zümrəsi yaratmış bir ölkədə belə bu cür mürəkkəbləşdirilmiş, vaxt və maddi israfçılıqla dolu yas mərasimiləri keçirilmir. Adamlar gəlib məsciddə mərhumun yaxınlarına başsağlığı verib öz işlərinin dalınca gedirlər. İmkanın çoxdur, bu müğəninin nümunəsində yoxsullara, ehtiyacı olanlara fayda ver. Bir sözlə, adət deyib məsuliyyəti üzərimizdən atmayaq, o xalqlar tərəqqiyə qovuşurlar ki, onların həyatına mənfi təsir göstərən adətlərdən vaxtında yaxalarını qurtarırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 05:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri