Icma.az
close
up
RU
Bizdən ötdü, kimə dəydi?

Bizdən ötdü, kimə dəydi?

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Adətən eko-çanta ilə alış-veriş edirəm, əl çantamda həmişə ehtiyat ekoloji təmiz materialdan olan alış-veriş torbam olur. Daha az polietilen istehlak edim, təbiətə daha çox zərər verməyim deyə mümkün bütün imkanlardan istifadə edirəm. Marketlərdə iki məhsulu ayrı-ayrı sellofan torbaya qoymaq istəyən işçilərə, paketə yığmağa kömək edən kassirlərə "torba istəmirəm" deyəndə elə zənn edirlər ki mən 3-5 qəpik artıq hesablanır deyə götürmürəm torbanı.

Məsələn, həyətdəki dükandan zavodda paketlənmiş çörəyi alıb evə çıxıramsa hətta çantamda eko-torbam yoxdursa belə əlavə polietilen torba almıram, əlimdə aparıram. Yaxud həm alma, həm banan almışamsa eyni torbaya qoyuram, hərəsi üçün ayrı torba götürmürəm. Mağaza işçisi ayrı paketə qoymaq istəyir, "lazım deyil" deyirəm. "Pulsuzdur" deyir. Yenə izah etmək məcburiyyətindəyəm, "mən o paketdən artıq götürüb aldığımı içinə qoyub 10-15 m məsafəyə aparacam, sonrası nə olacaq? Təbiətə atacam məcbur. Amma iki məhsulu eyni paketdə apara bilərəm, elə deyil? İkisi də meyvədir, yaxud biri meyvə, biri tərəvəzdir, bir yerdə aparmaqda heç bir problem yoxdur.” Etinasız-etinasız baxır.

Başqa bir misal, iki gün əvvəl mağazadan pomidor, soğan aldım. Hər ikisinin ayrıca çəki torbası vardı, kassada oturan mağaza işçisi ikisini yenidən əlavə torbaya qoymaq istədi. Görünməyən, şəffaf olmayan, üzərində mağazanın etiketi olan torbanı nəzərdə tutuam. Müdaxilə etdim, “istəmirəm” dedim, o da qarşılığında "torba pulsuzdur" dedi. Dedim: “pullu olduğunu düşündüyüm üçün demirəm, çalışıram polietilen istifadəsini minimuma endirim, təbiətə zərər vurmayım”. O da başqaları kimi susdu, laqeyd-laqeyd baxdı.

Məncə biz etinasızlıqdan ölürük. Əlimizə nə gəlir atırıq təbiətə. Quru ərazilərin evini çoxdan yıxmışıq, okeanlara, dənizlərə də əl atmışıq. Etinasızlıq yıxır evimizi. Hamı fikirləşir ki guya mən atmasam o plastikləri təbiətə, başqası atmayacaq? Bir artıq, bir əskik, nə fərqi var? Sən atma! Qoy bir torba, qoy bir qutu az düşsün təbiətə. Sən etinasız olma, sən vecsiz olma, iki məhsulu eyni torbada daşımaq mümkündürsə birini alma, birini atma.

Çox sevirəm Məmməd Arazın “Məndən ötdü” şeirini. Etinasız insan görəndə, etinzasızlıq göstərilən bir vəziyyət görəndə tez-tez xatırlayıram o şeiri. Əslində bizdən ötmür, dönüb-dolaşıb yenə özümüzə qayıdır etdiyimiz. Torpağa atdığımız plastik yeməyimizə qarışır, okeana, dənizə, çaya atdığımız plastiklər suyumuza qarışır, hər yana səpdiyimiz tullantılar havamıza qarışır. Kimdən ötür, kimə dəyir etdiyimiz?

PS: Hər il dünyada 1 trilyon sellofan-polietilen torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqram polietilen torbanı dənizə atır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. İndi siz deyin, bizdən ötürmü?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see305

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see285

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see280

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see273

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see266

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see259

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see259

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see256

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see255

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see247

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see224

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see218

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see217

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see217

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see217

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see217

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see215

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see210

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see205

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri