Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır Əli İsa Cabbarov

Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır Əli İsa Cabbarov

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Maliyyə Nazirliyinin mövqeyində məntiq var, amma bu, kinonun maliyyələşməsinin dayandırılımasına səbəb olmamalıdır

“Aəə, ay camaat, bu kino ki var, çox qəliz məsələdi. Həm qəlizdi, həm də vacib!” Kino haqqında “Bəyin oğurlanması” filmində səslənən bu ifadədən daha dəqiq tanıtım varmı, yoxmu, bilmirik, amma kinomuzun taleyi həqiqətən də qəlizləşib. Bu səbəbdən ki kinomuza vəsait ayrılmayacaq daha. 

Bunu millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib. "Gələn ilin büdcəsindən kinoya vəsait ayrılmayıb. Bunun səbəblərini bilmirəm. Azərbaycanın gözəl, dünyaya səs salan film nümunələri var. Belə halda kinoya heç bir vəsait ayrılmamağı düzgün deyil. Vəsaitin olmaması ora gətirib çıxaracaq ki, kinodakı mütəxəssislər iş yerlərini tərk edəcəklər. Nəticədə kinomuz inkişaf edə bilməyəcək”.

Deyəcəksiz ki, indiyədək vəsait ayrılmışdı, guya nə oldu, hansı əsaslı, monumental iş görüldü, dünya qalsın bir tərəfə, regiona səs salan film ortaya qoyuldu?! Kino sahəsində çalışanlar gah maliyyə azlığından, gah diqqətsilzikdən, gah şəxsi maraqların önə çıxmasından v sair. və ilaxır gileyənirlər daim. Son 10-15 ildə əlbəttə, yeni filmlər çəkilib. Festivallara aparılan, uğur qazananlarb da olub. Amma onları çox az tamaşaçı seyr edib ölkədə. Mədəniyyətə ümumən maraq azdır, ondan. Kino mərkəzlərinə (kinoteatr ismi çoxdan köhnəlib) gedənlər bəlli bir təbəqədir, efirlərimizdə üstünlük ağlaşmalara, manıs tayfasınadır. Təqvimdəki bir neçə əlamətdar gündə milli kinomuzun inciləri nümayiş olunur. Onlar da təkrarlardır. O dərəcədə ki, frazaları əzbərləmişik artıq. Belə vəziyyətdə kinoya dövlət büdcəsindən maliyyə ayrılmaması bir tərəfdən əsaslı görünə bilər. Amma nəzərə alsaq ki, geri qalan, inkişafı gözə dəyməyən, hiss olunmayan sahə təkcə kino deyil, kinomuz niyə gözdən iraq düşür, kinomuzun başında niyə çatlayır bu, sual doğurur. 

Rejissor, ssenari müəllifi, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Şərq”ə açıqlamasında vacib məqamlara toxundu:

- Maliyyə Nazirliyinin arqumenti budur ki, 2024-cü ildə ayrılmış vəsaitin 41 faizi xərclənib. Bu məsələni biz dəfələrlə qaldırmışıq ki dövlətin ayırdığı vəsait xərclənmmir, səbəb də budur ki layihə müsabiqələri gec-gec keçirilir, ssenari müsabiqələrinin qaliblərinə diqqət ayrılmır. Biz Kinematoqrafçılar İttifaqı olaraq hər il ssenari müsabiqələri keçiririk, amma aidiyyətli qurumlar - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi qalib ssenarilərlə maraqlanmır, diqqət ayırmırlar. Kino Agentliyi 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” üzrə cəmi 2 müsabiqə elan etmişdi. Bu azdır. İl ərzində heç olmasa 3-4 layihə müsabiqə keçirilməlidir. Maliyyə Nazirliyinin mövqeyində məntiq var, amma bu, kinonun maliyyələşməsinin dayandırılımasına səbəb olmamalıdır. Kino ideoloji sahədir. Bizə Vətən müharibəsindəki qələbimizi tərənnüm edəcək filmlərin çəkilməsi lazımdır, biz bu mövzunu kinoda kifayət qədər ifadə etməmişik. Uzaq, yazın tariximizlə bağlı çəkiləsi 10-larla, 100-lərlə mövzular qalıb, onlar ekranlaşdırılmalıdır. Buna böyük ehtiyac var. Bundan başqa gənclərin milli-mənəvi tərbiyəsi istiqamətində filmlər çəkilməlidir, animasiyamız inkişaf etməlidir. Bunlar ehtiyac duyulan, vacib sahələrdir. Ona görə də dövlət tərəfindən maliyyələşmə dayanmamalıdır. Eyni zamanda maliyyələşməyə nəzarət artırılmalıdır. Kino sahəsində kadr siyasətinə diqqət artırılmalıdır. Mədəniyyət və İncəsənət İnstitunun formalaşdırdığı kadrlar və yaxud da kino sahəsində formalaşmış kadrlar təəssüf ki, inzibati vəzifələrə təyin edilmir, onların öz bacarıqlarını realizə etməsinə şərait yaradılmır. Bu sahəyə cəlb edilən şəxslər kinoya kənardan gəlmiş adamlardır. Problemlərin həlli üçün, kinomuzun inkişafı naminə maliyyə vəsaiti dayandırılmamalı, vəsaitlərin doğru istiqamətdə xərclənməsinə nəzarət artırılmalı, inzibati vəzifələrə kinoya bələd adamlar gətirilməlidir.

Ə.İ.Cabbarov film istehsalına özəl sektorun qoşulması iddialarına cavabında isə bildirdi ki, özəl sektor təkbaşına bu işi bacarmaz: 

- Özəl sektorda 2024-cü ildə 20 tammetrajlı film istehsal olunub. Yatırım olub təxminən 1-2 milyon manat civarında. Özəl filmlər az büdcə ilə istehsal edilir; 100-200 minlə. Özəl prodüserin gördüyü iş çox böyükdür. Amma onlara da kömək lazımdır. Dövlət vəsaiti ilə birgə istehsal olunsa, özəl sektorun da işi yüngülləşər. Özəl sektora ünvanlı güzəştlər olunmalıdır. Belə olarsa özəl studiyalar da inkişaf edər. Vətənpərvər, tarixi filmlər çox xərc tələb edir. Kütləvi səhnələr, döyüş səhnələri, tarixi məkanlarda çəkiliş, böyük aktyor heyəti, dekorasiyalar... bunlar hamısı böyük malyyə vəsaiti tələb edir. Özəl studiyaların bunun üçün imkanları məhduddur. Vətənpərvər mövzulu, tarixi filmlər adətən dövlət sifarişi ilə çəkilir. Dövlət tərəfindən özəl studiyalara da maliyyə yardımı edilir, birgə istehsal ərsəyə gəlir. Özəl studiyaların canlanması üçün onlara kömək, dəstək lazımdır. Birgə iş, birgı istehsal olmasa, bu işlər alınmaz. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri