Icma.az
close
up
RU
Bizi bu yolla əzmək istəyirlərsə, bu onlarda istək olaraq qalacaq

Bizi bu yolla əzmək istəyirlərsə, bu onlarda istək olaraq qalacaq

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

"Araz-Naxçıvan" Misli premyer-liqasının səfərdə keçirilən 21-ci tur matçında "Sumqayıt"la heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- İki fərqli hissə izlədik. Birinci yarıda istədiyimiz oyunu göstərə bilmədik. Dəyişikliklərdən sonra hadisələrin axarına nəzarət etməyə başladıq. Ağır səfər oyunu keçirdik. Məncə, bir xala da sevinmək lazımdı. Uduza da, qələbə qazana da bilərdik. Yola davam edirik. Növbəti matça hazırlaşırıq.
- Rəqibin planlarınızı pozduğunu düşünürsüzmü?
- "Sumqayıt" Vaqif Cavadovun gəlişindən sonra daha dinamik və aqressiv oyun sərgiləyir. Təhlükəli komandadı. Üstün cəhətləri haqda futbolçularımıza məlumat vermişdik. Yaxşı iş görürlər.
- Samir Abasov deyib ki, "Qarabağ"dan başqa heç bir kollektiv dominant futbol oynaya bilmir. Siz necə düşünürsüz?
- Dominant futbol üçün illərlə çalışmaq lazımdı. Kimsə "Araz-Naxçıvan"ın müdafiə futnolu oynadığını, xoşbəxtliyi əks-hücumlarda axtardığını deyirsə, yanılır. Oyunçulardan hücumda fəal olmağı tələb edirik. Təbii ki, burda büdcə və keyfiyyətli oyunçuların çoxluğu da vacib rol oynayır. Yoxsa yaradıcı ola bilməzsən.
- Qış fasiləsindən sonra ikinci dəfədi ki, meydana təzyiq altında çıxırsız. "Zirə"ylə oyunda da belə hiss edildi. Bu nədən irəli gəlir?
- Belə məqamlarda rəqibi də vurğulamaq lazımdı. Bəzi komandalar bizi özümüzdən çıxarmağa çalışır. İdman stressdən ibarətdi. Sizə normal cavab verim. Oyunçularımıza sarı vərəqə göstərilir. Bəs, rəqib? Bax bu məsələlər bizdə qıcıq yaradır. 80-ci dəqiqədə "Sumqayıt"ın qapısı qarşısında yaşananlara görə penalti təyin edilməliydi. Bundan heç kim danışmır. Epizodu incələmişik. Dəqiq penaltidi. Amma nə VAR-a baxan var, nə də VAR-a baxmağa çağıran... Möhkəm komandayıq. Bizi bu yolla əzmək istəyirlərsə, bu onlarda istək olaraq qalacaq. Onlar üçün üzülürəm... Bizə qarşı diqqətli olmalıdılar.
- Görünür, iki cəbhədə mübarizə aparırsız: meydanda və meydandan kənarda...
- Məşqçilər korpusunun və futbolçuların işi meydançadadı. Qalan məsələlər bizə aid deyil. Komandama inanıram. Oyunçularım hər baxımdan sağlamdı. Məqsədimizdən vaz keçməyəcəyik.
- Qış fasiləsindən sonra üç fərqli nəticə əldə etmisiz. Qeyri-sabitlik davam edəcək?
- Siz bizi nəticə olaraq qeyri-sabit komanda kimi qələmə vermək istəyirsiz. Məni maraqlandıran oyunun keyfiyyətidi. Komandam tapşırıqları meydanda yerinə yetirir. Bəzən istədiyim olur, bəzən də yox. Bu matçda 5-6 yüzfaizlik qol epizodunu dəyərləndirə bilmədik. Bu üzdən nə siz məni, nə də mən komandamı günahlandıra bilərəm. Futbolun yazılmamış qanunları var. Belə hallarla barışmaq lazımdı.
- Bugünkü nəticəni ədalətli hesab edirsiz?
- Yenə deyirəm, bir xala görə də sevinməliyik. Bizim üçün hər xal dəyərlidi. Nəticəni çox düşünmək istəmirik. İndi əsas hədəfimiz növbəti oyunlara köklənməkdi.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Fevral 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri