Icma.az
close
up
RU
Bizi nədə ittiham edirlər?

Bizi nədə ittiham edirlər?

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hesabat”, “monitorinq”, “insan haqları” kimi beynəlxalq nüfuzlu terminlərin heç də hər zaman yerində və ədalətli təqdim olunduğunu görmürük.

O gözəlim terminlərin arxasında elə “gözəl” təqdimatlar olur, təqdimatlar elə “özəl” olur – heyrət edirsən. 

Öz gözlərində tiri görməyənlərin bizim gözümüzdə tük axtarmasına isə – çoxdan alışmışıq.

Belə çıxır ki, bəzən beynəlxalq siyasətdə söz silahdan daha təsirli vasitəyə çevrilir. ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının Azərbaycanla bağlı son hesabatı məhz belə bir siyasi texnologiyanın “qara örnəy”i kimi diqqət çəkir.

Sənəd formal olaraq dini azadlıqların durumuna dair qiymətləndirmə kimi təqdim edilsə də, məzmununa diqqətlə baxdıqda bunun obyektiv incələmədən çox, geosiyasi ritorikanın məhsulu olduğu aydın görünür. Azərbaycana qarşı səsləndirilən iddiaların böyük hissəsi faktoloji əsasdan məhrumdur və uzun illərdir müxtəlif lobbi qruplarının istifadə etdiyi boyat tezislərin yenidən “isidilmiş” versiyasını xatırladır.

Azərbaycanın dini mühitinin gerçək mənzərəsi nədən ibarətdir? – bunu görmək üçün xüsusi araşdırmaya da ehtiyac yoxdur. – Kor kor, gör gör – gözlə görünən, necə deyərlər, toxunula bilən hər şeyə qara yaxmaqla deyil axı.

Azərbaycan tarixən müxtəlif dinlərin və məzhəblərin mehriban, yanaşı yaşadığı coğrafiya olub. Qafqaz Albaniyasının xristian irsindən tutmuş İslamın müxtəlif məzhəblərinə, eləcə də yəhudi icmalarına qədər bu torpaqlarda dini müxtəliflik təkcə mövcud olmayıb, həm də dövlət tərəfindən ləyaqətlə qorunub.

Ölkəmizdə məscidlərlə yanaşı pravoslav kilsələrinin, katolik məbədlərinin və sinaqoqların fəaliyyət göstərməsini kim nə haqla təsadüf saya bilər? Bu, Azərbaycan modelinin – dini tolerantlıq və multikulturalizm modelinin praktiki nəticəsidir.

Ona görə də Azərbaycanda guya dini azadlığın “kobud şəkildə pozulduğu” barədə iddialar siyasi ritorika təsiri bağışlayır. Əgər bir ölkədə müxtəlif dinlərin ibadət məkanları dövlət vəsaiti ilə bərpa olunur, dini icmalar hüquqi status alır və dövlət tədbirlərində bərabər təmsil olunursa, bu ölkəni dini azadlığın pozulduğu məkan kimi təqdim etmək ciddi suallar doğurur.

Qarabağ mövzusuna gəlincə – faktların yerinə siyasi folklor, ideoloji mifologiya qoyulması da öyrəşdiyimiz başqa bir əsassız “ittiham xətti”dir.

Bəli, adıyaman hesabatın ən diqqət çəkən bölümlərindən biri Qarabağla bağlı irəli sürülən iddialardır. Burada iki əsas tezis irəli sürülür:

1. Guya xristian dini abidələrinin sistemli şəkildə dağıdılması;

2. Keçmiş işğalçı və separatçı rejim nümayəndələrinin dini zəmində təqib olunması.

Bu iddiaların hər ikisi faktlarla tam ziddiyyət təşkil edir.

Qarabağ ərazisində mövcud olan xristian abidələrinin böyük hissəsi (qədimlərinin hamısı) Qafqaz Albaniyası irsinə aiddir və Azərbaycan dövləti bu irsin qorunmasını öz mədəni siyasətinin tərkib hissəsi kimi görür. İkincisi isə Azərbaycanın müvafiq dövlət orqanlarının saxladığı şəxslər dini mənsubiyyətlərinə görə deyil, konkret cinayət ittihamlarına görə məsuliyyətə cəlb olunublar. - Bunun əksini düşünmək, ən yumşaq ifadə ilə desək, nadanlıq, korafəhimlik, qərəzlilikdir. Başqa adı – birilərinin erməni cibindən asılılığı ola bilər.

Burada dini mövzunun qabardılması siyasi manipulyasiyadır. Çünki məsələ sırf hüquqi müstəvidədir, qətiyyən dini müstəviyə çəkilə bilməz.

Bəli, qarşımıza təzyiqin yeni-köhnə  forması – “Hesabat diplomatiyası” ilə çıxmaqdadırlar.

Müxtəlif fondlar, komissiyalar və qeyri-hökumət qurumları vasitəsilə hazırlanan sənədlər dövlətlərə qarşı siyasi təzyiq vasitəsinə çevrilmişdir.

Bu mexanizmin əsas özəlliyi hesabatın formal olaraq ekspert rəyinə bənzərliyi, lakin əslində çirkin siyasi mövqeni ifadə etməsidir.

Azərbaycanın son illərdə artan geosiyasi rolu – enerji layihələri, daşımaçılıq dəhlizləri, regional təşəbbüslər – bəzi mərkəzləri bərk rahatsız edir. Bax, belə bir ortamda insan haqları və dini azadlıqlar mövzusu tez-tez siyasi alətə çevrilir.

Bölgənin mürəkkəb dönəmində təsadüfi olmayan zamanlamanı da vurğulamalıyıq.

Budur, “hesabat”ın yayımlandığı dövrə diqqət edək. Yaxın Şərqdə və İran ətrafında gərginliyin artdığı bir mərhələdə Azərbaycan haqqında “şiə din xadimləri ilə bağlı” iddiaların qabardılmasını necə təsadüfi saya bilərik?

Bu, bölgədə həssas dini və siyasi balansı nəzərə alsaq, müəyyən siyasi ismarıcların verilməsi kimi də yozula bilər.

Azərbaycanın dövlət siyasəti sadə və aydındır:

din – dövlət siyasətinin aləti deyil, toplumun mənəvi, ruhani sahəsidir.

Bu prinsip ölkənin hüquq sistemində öz əksini tapmışdır. Dövlət dini icmaların fəaliyyətinə münbit ortam yaradır, lakin dini institutların siyasi manipulyasiya alətinə çevrilməsinə də imkan vermir.

Məhz bu balans – din azadlığı və dövlət təhlükəsizliyi arasında qorunan tarazlıq – Azərbaycanın unikal modelini fərqləndirən əsas cəhətlərdəndir.

Beləliklə,

hər hansı hesabat obyektiv və faktlara əsaslanan incələmə olduqda dəyərli sayıla bilər; lakin o siyasi stereotiplərin təkrarına çevrildikdə, öz etibarını sıfırlamış olur.

Azərbaycanla bağlı son “hesabat” da məhz bu sualı gündəmə gətirir:

bu sənəd həqiqətən dini azadlıqları araşdırmaq üçün hazırlanıb, yoxsa geosiyasi ismarıclar ötürmək üçün?

Ağsaçlı tarix nə göstərir? – Göstərir ki, həqiqət gec-tez öz yerini tutur.

Azərbaycan öz çoxəsrlik mədəni və dini müxtəlifliyi ilə bu həqiqətin ən canlı sübutlarından biri olaraq qalır. – Vardıq, varıq, var olacağıq!

Gün işığını torpaqlamaq mümkünsüzdür; qızıl torpaq altında qalmış olsa belə yenə qızıldır. Biz nə Günəş, nə qızıl deyilik və öz torpaqlarımızı alnımızın ağı, damarımızın qanı, ruhumuzun gücü ilə azad etmişik. – Müsəlman, xristian, yəhudi… şiə, sünni ayırmadan… – vətəndaşlar hamımız bir can olmuşuq, savaş meydanında qızıl ləyaqət göstərmişik. Biz belə xalqıq, belə ölkəyik!

Siz indi tarixin ironiyasına baxın: 

Azərbaycan Ermənistana taxıl daşıyan vaqonların keçidinə icazə verir,

Ermənistanın Baş naziri Avropa Parlamentində yüksək tribunadan Azərbaycan Prezidentinə təşəkkür edir, 

seçki yolu ilə hakimiyyətə gələn Paşinyan hökuməti yox, okeanın o tayındakı bir dəxlsiz komitə erməni hökumətinin bizdən istəmədiyini istəyir;

ayrıca, Azərbaycan ilə Ermənistan arasında sülh anlaşmasının paraflanması məhz ABŞ-də olmuşdu və indi o, ABŞ-nin bir komitəsi sülhə zərər verə biləcək “hesabat” yayır…

ABŞ İsrail ilə birgə şiələrin mütləq çoxluqda olduğu ölkəni, onun paytaxtı Tehranı və digər şəhərləri bombalayarkən, Azərbaycan ABŞ-nin bir Komitəsi tərəfindən şiə din adamlarının hüququnu pozmaqda ittiham olunur… İngilis özü belə yerdə deyir: no comment.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri