Trampdan Kanadaya ağır ittiham “Bizi illərdir qarət edirlər”
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət əlaqələrindən bəhs edərkən Ottavanı sərt tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Ağ Ev rəhbəri bildirib ki, son 10 il ərzində ABŞ Kanada ilə ticarətdə hər il təxminən 60 milyard dollar itirib:
“Kanada onilliklər ərzində ABŞ-ni qarət edib. Onlar bizim fermerlərimizdən 400 faiz və daha çox rüsum tuturlar. Bir çox möhtəşəm Amerika şirkətini biznesdən sıxışdırıb çıxarıblar. Mən bir çox ölkələrlə iş aparıram və Kanada, şübhəsiz ki, ən çətin və qeyri-ağlabatan tərəfdaşdır”, – deyə Tramp qeyd edib.
Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir Kanadanın ticarət sazişinin razılaşdırılmasını başa çatdırmaqdan imtina etdiyini bəyan etmişdi.
Xatırladaq ki, bu ilin əvvəlində Tramp bir neçə dəfə Kanadanın 51-ci ştat kimi ABŞ-yə birşədirilməsi təklifi ilə çıxış etsə də, aprel ayında bu ideyadan daşındığını etiraf etmişdi. ABŞ lideri Kanada dövlətinin de-fakto başçısı kimi Böyük Britaniya Kralı III Çarlz qaldıqca, onun bu ölkədəki hakimiyyətinə qəsd etmək niyyətində olmadığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Avqust 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















