Icma.az
close
up
RU
“Bizi Xəzər ayırsa da, qəlblərimiz birləşdirir”

“Bizi Xəzər ayırsa da, qəlblərimiz birləşdirir”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu sözləri onlayn müsahibədə qazaxıstanlı akademik soydaşımız söylədi

Hörmətli ağbirçək soydaşımız Asılı Əli qızı Osman 84 il əvvəl ailəsi ilə birlikdə Borçalıdan Qazaxıstana sürgün edilib. O vaxt Asılı körpə idi, cəmi 3 yaşı vardı. Bu gün isə o, bu ölkədə ən nüfuzlu dilçi alimlərdəndir. Soydaşımız Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvüdür. Görkəmli alim Abay adına Milli Pedaqoji Universitetin fəxri professoru, Qazaxıstan Dövlət Dili Assosiasiyasının sədridir. Qazaxlar onu dərin ehtiramla “Asılı apay” deyə çağırırlar.

Asılı Osman Qazaxıstanın ictimai-siyasi, mədəni həyatında da fəal iştirak edir. Milli birlik və həmrəylik ideallarının təbliğinə böyük önəm verir. Bu sahədəki xidmətlərini nəzərə alaraq onu Qazaxıstan Xalqları Assosiasiyasının üzvü seçiblər.

Dilçi akademiklə bizi tanınmış qazaxıstanlı şairə-yazıçı, Qarabağa həsr olunan bir neçə dəyərli publisistik kitabın müəllifi, özünün fəxrlə söylədiyi kimi, “Azərbaycan sevdalısı” Nasixa Gumarqızı internet vasitəsilə tanış edib. Xanım soydaşımızla müsahibəni də elə onlayn götürmüşük.

– Asılı xanım, 1944-cü ilin bir soyuq fevral günü doğmalarınızla bərabər Gürcüstanın Axalkalaki rayonundakı Xavet kəndindən Cənubi Qazaxıstana sürgün edilmisiniz. Bu barədə qısa da olsa, xatirələrinizi eşitmək istərdik...

– Əlbəttə, o dəhşətli anlar barədə hətta bu yaşda belə söz açmaq mənə çox ağırdır. Əslində, həmin dövrün ağrı-acılarını bu gün unutmamışam. Anam danışardı ki, NKVD işçiləri həmin o məhşər günü Xavətdəki azərbaycanlı ailələrə doğma yurd yerlərini tərk etməyə hazırlaşmaq üçün cəmi 1 saat vaxt vermişdilər. Kənd sakinləri dəhşətli bi qorxu və vahimə yaşamalı olublar.

Təsəvvür edin ki, sanki köklü-köməcli, azman bir ağacı on illərlə suyunu içdiyi, havasını udduğu torpaqdan insafsızcasına qoparıblar... Bizə də belə zülm elədilər. Bizim ailə heç bir şəraiti olmayan yük vaqonlarında həftələrlə yol gedərək, nəhayət, Çimkənd vilayətinin Tyülkubask rayonunda yerləşən Canatalan auluna gəlib çatıb. Burada da məskunlaşdıq.

İlk illər çox böyük çətinliklərlə üzləşmişdik. Lakin Qazaxıstanın ucsuz-bucaqsız çölləri kimi ürəkləri geniş olan yerli qazaxlar o ağır, çətin günlərdə bizə arxa, həyan oldular. Bu sadə, mərd, xeyirxah insanlar olmasaydı, həqiqətən, hamımız məhv olardıq.

– Necə oldu ki, siz qazax dilini belə mükəmməl öyrənə bilmisiniz. Bu gün siz artıq Qazaxıstan Dövlət Dili Assosiayasının sədrisiniz. Bu, çox böyük etimaddır...

– Mənim hələ orta məktəb illərindən qazax dilinə sonsuz bir sevgim yaranmışdı. Bu zərif, gözəl və musiqili dili dərindən öyrənməyimə böyük səy göstərirdim. Qazax folklorunu, ədəbiyyatını mütaliə etməkdən yorulmur, bundan dərin bir zövq alırdım. Beləcə, orta məktəbi bitirib qazax dili və ədəbiyyatı üzrə ali təhsil aldım, sonra aspiranturanı bitirdim, elmlər namizədi oldum.

– İndi isə qazax dili və ədəbiyyatının araşdırılması sahəsində 400-dən çox elmi və publisistik məqalənin müəllifisiniz. Bu dilin gələcəyini necə görürsünüz.

– Siz çox yaxşı sual verdiniz. Mən ona ətraflı cavab verəcəyəm. Əvvəlcə onu qeyd edim ki, sovet dövründə qazax dilinin başı çox bəlalar çəkib. Belə ki, Kreml qazax dilinin rus dilinin içərisində əriyib yox olması üçün məkrli planlar qurmuşdu. Niyyət bəlli idi. Qazax xalqını öz tarixi keçmişindən, milli-mənəvi, əxlaqi dəyərlərindən ayırmaq istəyirdilər.

Lakin milli ruhlu vətənpərvər qazax ziyalıları imperiyanın dil siyasətinə qarşı bunun əleyhinə açıq və gizli şəkildə mübarizə aparırdılar. Mən o dönəmdə və hər zaman qazax dilinin təəssübünü çəkənlərin arasında olmuşam və bundan sonsuz qürur duyuram.

Xoşbəxtlikdən, bu gün qazax dili dövlət dilidir. 1991-ci ildə Qazaxıstan öz istiqlalını elan etdikdən sonra bu dilin inkişafı üçün böyük imkanlar açıldı. Hazırda ölkəmizdə 20 milyona yaxın insan yaşayır. Qazax ailələri indi övladlarını doğma dildə orta və ali təhsil almalarına üstünlük verirlər. Əlbəttə, bütün bunlar məni çox sevindirir, qəlbimi dağa döndərir.

Qazaxıstan, sözün əsl mənasında, yüksək tolerantlıq ənənələri olan ölkədir. Burada heç bir xalqın, etnik qrupun hüquqlarının pozulmasına imkan verilməyib və bundan sonra da verilməyəcək. Yeri gəlmişkən, qazax xalqı bu məmləkətdə məskunlaşan azərbaycanlılara qarşı da hər zaman həssas və diqqətcil olublar.

– Ötən il dekabrın 25-də Bakı–Qroznı reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Öyrəndik ki, siz həm ölkə mediasında, həm də sosial şəbəkələrdə bu məsələdə Azərbaycan xalqı və dövləti ilə birmənalı olaraq həmrəy olduğunuzu bildirmisiniz...

– Bu çox ağır qəza idi. Pilotlar qeyri-adi qəhrəmanlıq göstəriblər. Məhz onların peşəkarlığı sayəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən yalnız 29-u sağ qaldı.

Azərbaycanlıların və qazaxlar türk dilləri ailəsinə mənsubdur. Hər iki xalqın ortaq bir atalar sözü var: Dost çətin gündə tanınar. Qazaxlar bu ağır qəzanı, bu kədəri öz kədərləri kimi qəbul etdilər. Başqa cür də ola da bilməzdi. Qazaxların vətəndaşları böyükdən-kiçiyə bir nəfər kimi Azərbaycan xalqının dərdinə şərik çıxdı.

Təəssüf ki, Rusiyada bu təyyarə qəzası ilə bağlı əsl həqiqətlərin üzə çıxmasına maneçilik törədən qüvvələr var. Lakin onlar Azərbaycan dövlətinin və onun müdrik liderinin qətiyyətli mövqeyi qarşısında geri çəkilməli olacaqlar.

Sizin qəzetiniz vasitəsilə çox hörmətli İlham Heydər oğluna son dərəcə böyük hörmət və ehtiramımı səsləndirmək istəyirəm. Azərbaycan Prezidenti çağdaş zəmanəmizin ən görkəmli dövlət xadimlərindir. Görünən budur ki, ən çətin, ekstremal şəraitdə belə son dərəcə ağıllı, düşünülmüş qərarlar qəbul edir.

Bilirsinizmi, dünyada təsadüfi heç nə olmur. Prezident İlham Əliyev dünya şöhrətli dahi siyasətçi Heydər Əliyevin oğludur. Qazaxıstanda Heydər Əlirza oğluna hər zaman böyük hörmət və ehtiram olub. Belə siyasətçilər bəlkə də yüz ildən, min ildən bir doğulur! Yeri gəlmişkən, Heydər Əliyev ilə qazax xalqının böyük oğlu, görkəmli dövlət xadimi Dinmuhammed Kunayev yaxın dost və sirdaş olublar. Qazaxıstanda bu iki dahi insanın dostluğu barədə bu gün də əfsanələr dolaşır. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin.

Bir daha vurğulamaq istəyirəm. Prezident İlham Əliyevin liderliyilə Azərbaycan son illər böyük uğurlar əldə edib. Fikrimcə, Azərbaycan bu gün Qafqazın uca dağlarının əngin səmasında uçan məğrur qartala bənzəyir. Bu xalqın mərd, igid oğul və qızları bu gün ata və babalarının şanlı ənənələrini uğurla davam etdirirlər. 2020-ci ilin payızında Azərbaycan doğma Qarabağı, Şuşanı düşmənlərdən geri almağı bacardı. Bu, hər xalqa nəsib olmur. Azərbaycan böyük hünər göstərdi!

– Asılı xanım, bu gün dünyamız çox qarışıb. Planetimizdə yeni siyasi mənzərə formalaşır. Siz türk xalqlarının gələcək taleyi barədə nə düşünürsünüz?

– Bu məsələ məni də çox narahat edir. Bizim azadlığımıza, müstəqilliyimizə qısqanc yanaşan qüvvələr mövcuddur. Ehtiyatı heç vaxt əldən vermək olmaz. Bütün türk xalqları çətin, taleyüklü məqamlarda əl-ələ verib bir-birlərinə arxa durmalıdır. Bu, hava-su kimi vacibdir. Eyni zamanda, biz bir-birimizin tarixi, mədəniyyəti ilə daha yaxından tanış olmalıyıq. Sevindirici haldır ki, türk dünyasının güclənməsi naminə böyük işlər görülür. Məsələn, Türk Dövlətləri Təşkilatının fəaliyyətini ürəkdən təqdir edirəm. Türk xalqlarının ortaq əlifbasının qəbul edilməsini də alqışlayıram.

Azərbaycanla Qazaxıstanı Xəzər dənizinin suları ayırsa da, bizi qəlblərimiz birləşdirir. Qoy bizim dostluq və qardaşlığımız əbədi olsun!

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see387

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see270

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see269

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see259

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see258

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see252

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see242

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see239

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see232

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see231

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see230

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see224

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see216

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see214

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see213

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see212

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see193

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see191

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see185

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri