Avropa Zelenskiyə xəbərdarlıq etdi: ABŞ zəmanəti olmadan Rusiyanın şərtlərinə boyun əymə
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Avropa liderləri Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ-dan konkret təhlükəsizlik zəmanətləri alınmadan Rusiyanın tələb etdiyi sülh şərtlərinə razılıq verməməsini tövsiyə ediblər.
Turkustan.az xəbər verir ki, məlumatı 2The Wall Street Journal" yayıb.
Məlumata görə, bu mesaj Zelenskiyə bazar ertəsi keçirilən telefon danışığı zamanı çatdırılıb. Danışıqlarda Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak ediblər.
Diplomatik mənbələrin sözlərinə görə, Makron söhbət zamanı xüsusilə vurğulayıb ki, Kiyev yekun şərtləri qəbul etməzdən əvvəl ABŞ-ın gələcəkdə Ukraynanı necə müdafiə edəcəyini açıq və dəqiq şəkildə bəyan etməsi vacibdir.
Avropa liderləri hesab edir ki, Ukraynanın təhlükəsizlik təminatları olmadan razılığa gəlməsi həm Kiyev, həm də Avropa üçün ciddi risk yarada bilər. ABŞ-ın mövqeyi isə hələ tam açıqlanmayıb. /musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















