Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Bizim bir vətənimiz var Azərbaycan!”

“Bizim bir vətənimiz var Azərbaycan!”

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il iyulun 5-də Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı bütün dünya azərbaycanlılarının – təxminən 50 milyon insanın – lideri olduğunu bəyan etmişdi. Həmin çıxışında o vurğulamışdı:

“Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümummilli ideologiyamız var – azərbaycançılıq ideologiyası!”.

Bu fikirlər, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların birliyi və həmrəyliyinə çağırış idi.

O vaxtdan bəri ölkəmiz uzun və çətin bir yolla irəliləyərək əsas milli məqsədinə – ərazi bütövlüyünün bərpasına nail oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən öz sərhədlərinə qovuldu, 2023-cü ilin sentyabrında isə antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu. Bu tarixi nailiyyətdən sonra işğaldan azad edilmiş torpaqlarda misilsiz bərpa və quruculuq işləri başladı.

Lakin göründüyü kimi, bölgədə vəziyyət hələ də gərgindir. Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə dayanaraq bərpa etdikdən sonra müstəqil siyasət yürütməyə başladı. Bu isə bəzi xarici dairələrin xoşuna gəlmədi. İndi ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilir, guya ermənilərin guya zorla deportasiya edildiyi iddiaları irəli sürülür, revanşist meyllər qızışdırılır. Bu proseslər Azərbaycanın gələcəyə hesablanmış uzunmüddətli strateji planlara xüsusi diqqət yetirməsini zəruri edir.

Türk Dövlətləri Təşkilatı – strateji vektor

Hazırda Azərbaycanın əsas xarici siyasi prioritetlərindən biri Türk Dövlətləri Təşkilatıdır (TDT). Bu qurum həm siyasi, həm iqtisadi, həm də mədəni inteqrasiyanın vacib platformasıdır. Lakin TDT-də də bəzi çətinliklər mövcuddur. Türkiyənin lider ölkə kimi təşəbbüslərinin bəzən Mərkəzi Asiya dövlətləri tərəfindən ehtiyatla qarşılandığı müşahidə olunur. Məsələn, bəzi türk dövlətlərinin Cənubi Kipri tanıması bu ziddiyyətlərin nümunəsidir.

Bu fonda Azərbaycan TDT daxilində balanslaşdırıcı və birləşdirici rol oynamağa başlayıb. Lakin regional sabitlik və türk dünyasının birliyi ilə yanaşı, Azərbaycanın daha dərin və strateji maraqları da mövcuddur – Cənubi Azərbaycan məsələsi.

Sovet İttifaqının dağılması və nəticələri

XX əsrin 80-ci illərində kimin ağlına gələ bilərdi ki, Sovet İttifaqı bir neçə il ərzində dağılacaq. Buna heç kim hazır deyildi, o cümlədən də Azərbaycan - nəticələri bizə baha başa gəldi: torpaqlarımızın 20 faizi işğal edildi və yağmalandı, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz, minlərlə şəhidimiz, itirilmiş tam bir nəslimiz oldu. Lakin xalqımız və liderlərimiz – ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev – bu ağır sınaqlardan çıxmağı bacardı.

Bugünkü geosiyasi gerçəklikdə isə dünya çoxqütblülüyə doğru gedir. Yeni güc mərkəzləri yaranır. Azərbaycan da bu proseslərdə yerini müəyyənləşdirərək TDT ilə yaxınlaşmağa üstünlük verib. Lakin paralel olaraq Cənubi Azərbaycan məsələsinə də strateji baxış formalaşdırmaq zəruridir.

Aşağıda 2025–2035-ci illər üçün Cənubi Azərbaycanla bağlı ehtimal edilən siyasi dəyişikliklər fonunda hazırlana biləcək strateji plan təqdim olunur:

Strateji Hazırlıq Planı (2025–2035)

I mərhələ: Təsir imkanlarının yaradılması (2025–2027)

Mədəni təsirin gücləndirilməsi Azərbaycan televiziyası və radiolarının Cənubi Azərbaycana yayımını artırmaq; Sosial şəbəkələrdə “Bir millət – bir dövlət” ideyasını təbliğ etmək; İrandakı azərbaycanlılar üçün onlayn təhsil layihələri və mədəni tədbirlər təşkil etmək. Humanitar layihələrə sərmayə Təhsil, səhiyyə və qadın-uşaq hüquqları üzrə beynəlxalq QHT-lərin yaradılması və dəstəklənməsi. “Azərbaycan Birliyi” Proqramı Diplomatik kanallar vasitəsilə “Bir millət – bir taleh” konsepsiyasını tanıtmaq.

II mərhələ: Qarşıdurmanın zəiflədilməsi və beynəlxalq dəstək (2027–2030)

Qeyri-rəsmi əlaqələrin qurulması Cənubi Azərbaycandakı ictimai-siyasi liderlərlə əlaqələrin qurulması; Orada intellektual və siyasi elitanın şəbəkələşdirilməsi. Beynəlxalq ictimai rəyə təsir BMT, Aİ və İslam Əməkdaşlıq Təşkilatına iranlı azərbaycanlıların hüquqlarının pozulması barədə ardıcıl məlumat təqdim etmək; Öz müqəddəratını təyinetmə və ya bölünmüş xalqın birləşməsi ideyasını konfranslar və kampaniyalarla gündəmdə saxlamaq. Xarici siyasətin şaxələndirilməsi İsrail, Pakistan və digər strateji tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi; Çinlə münasibətlərin çəki-düzənini qoruyaraq müqavimətin qarşısını almaq.

III mərhələ: Böhran vəziyyətinə hazırlıq (2030–2033)

Maliyyə resurslarının formalaşdırılması Cənub bölgələrinin dəstəklənməsi üçün xüsusi fondların yaradılması. Hərbi və hibrid hazırlıq Çevik qüvvələr, kiber əməliyyatlar və informasiya müharibəsi potensialının artırılması; Humanitar və sülhməramlı missiyalara hazırlıq. Referendum ssenarisi üçün siyasi-hüquqi baza Birləşmə prosesinin tanınması üçün beynəlxalq hüquqi sənədlərin əvvəlcədən hazırlanması (Kosovo və Şərqi Timor nümunəsi üzrə).

IV mərhələ: Birlik və inteqrasiya (2033–2035)

Yeni ərazilərə dərhal yardım İnfrastrukturun bərpası, sosial təminat və təhsil islahatları üçün operativ planların icrası; Cənubi Azərbaycan elitasının idarəetməyə inteqrasiyası. Ümummilli birliyə çağırış Vahid gələcək üçün cəmiyyətin motivasiyası, bayram ab-havası yaradılması; Yeni gerçəkliyin beynəlxalq səviyyədə tanınması üçün diplomatik səylərin gücləndirilməsi.

Əsas strateji ideya hadisələri zorla sürətləndirmədən, hərtərəfli hazırlaşaraq – informasiya, siyasi, humanitar və iqtisadi sahələrdə zəmin yaradaraq – Cənubi Azərbaycan üçün təbii və cazibədar seçimə çevrilməkdən ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see544

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see286

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see215

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see202

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see201

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri