"Şarl de Qoll"da yanğın baş verdi
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa Hərbi Dəniz Qüvvələrinin Tulon limanında texniki xidmətdə olan “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib.
Axar.az xəbər verir ki, Fransa Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, yanğın oktyabrın 5-i səhər saatlarında gəminin texniki otaqlarından birində qeydə alınıb
Yanğına qazla bağlı görülən işlərin səbəb ola biləcəyi bildirilir. Alovu bir saat sonra lokallaşdırmaq mümkün olub, daha bir saat sonra isə yanğının tam söndürüldüyü açıqlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, aviadaşıyıcının reaktor avadanlıqlarında hər hansı zədələnmə qeydə alınmayıb.
“Şarl de Qoll”un Tulondakı texniki xidmətinin dekabrın əvvəlinədək başa çatdırılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:"Johnson&Johnson" uşaq pudrasından ölən qadın məhkəməni uddu MİLYARDLIQ TƏZMİNAT
08 Oktyabr 2025 15:11
S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb
07 Dekabr 2024 09:51
Manatın dollara qarşı məzənnəsi… “S&P”
07 Dekabr 2024 17:33
“S&P” COP29un maliyyə uğurunu alqışlayır
18 Dekabr 2024 00:37
S&Pdən manatın məzənnəsi ilə bağlı PROQNOZ
07 Dekabr 2024 10:00
Baxış sayı:92
Bu xəbər 06 Oktyabr 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















