Icma.az
close
up
RU
Bizim “Mançester Siti” İdman və Biz

Bizim “Mançester Siti” İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İFFHS avrokubokların ən uzun məğlubiyyətsizlik seriyalarını açıqlayıb.

İdman.biz Azərbaycan klublarının qitə kuboklarındakı analoji seriyalarını təqdim edir.

Təbii ki, təmsilçilərimizin ardıcıl 27 oyun uduzmayan “Mançester Siti”dən çox uzaq düşüb. Üstəlik, qitə nəhənglərinin seriyaları avrokubokların əsas mərhələləri ilə bağlı olub. Bizim klublar isə təsnifat və əsas mərhələlər qarışıq seriyalaa imza atıblar. Əlbəttə ki, bizim də öz “Mançester Siti”miz var.

Konfrans Liqasında uzun yol

Azərbaycan rekordu “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun komandası ardıcıl 11 oyunda uduzmayıb. Bu, təmsilçimizin Konfrans Liqasında oynadığı 2021/22 mövsümünə təsadüf edib. Əvvəlki mövsümü “Vilyarreal”dan aldığı texniki məğlubiyyətlə bitirən Ağdam klubu özü üçün yeni turnirdə üç təsnifat mərhələsini 6 matçda uduzmamamaqla keçib. Qrupdakı yeganə yenilgisi son turun “Bazel”lə qarşılaşmasına təsadüf edən “Qarabağ” əsas mərhələdə 5, ümumilikdə 11 görüşdə uduzmayıb. Bu müddətdə 7 qələbə və 4 heç-heçə qeydə alınıb. Hətta əgər texniki nəticəni ümumiyyətlə nəzərə almasaq, 2020/21 mövsümündə baş tutan son görüşdə Təl-Əviv “Makkabi”si ilə heç-heçə seriyanı 12-yə də çatdıra bilər. Amma texniki nəticələrin nəzərə alınıb-alınmaması ilə bağlı fərqli yanaşmalar mövcuddur.

Pley-offdan pley-offa

Azərbaycan klublarının ikinci ən uzun seriyası 7 oyundan ibarətdir. Bu rəqəmə 4 dəfə şahid olmuşuq. Ardıcıl 7 dəfə uduzmayan ilk komandamız “Qarabağ” olub. 2009-cu ildə Avropa Liqasının pley-offunda “Tvente”yə ilk matçdakı məğlubiyyətdən sonra Qurbanovun komandası nə cavab oyununda uduzub, nə də növbəti mövsümün ilk üç raudunda. Pley-offun ilk qarşılaşması Dortmund “Borussiya”sının 4 cavabsız qolu ilə yadda qalıb. Seriya 4 qələbə və 3 heç-heçədən ibarət olub.

Üç mövsümlük seriya

Həmin vaxt üçün rekord sayılan göstəricini təkrarlayan ilk komanda “İnter” olub. İndi “Şamaxı” adlanan komandanın seriyası üç fərqli mövsümü əhatə edib. 2010/11 mövsümünə qələbə ilə vida edən Bakı təmsilçisi bir il sonra Avropadan kənar qalıb. 2012-ci ilin yayında 4 oyun uduzmamaqla mövsümü bitirən komanda bir il sonra da iki məğlubiyyətsiz matç keçirib. Seriya Norveçdə “Tromse”dən 2 cavabsız qol buraxanda qırılıb. Bu müddətdə 4 qələbə və 3 heç-heçə yaşanıb.

Yenə almanlar

2013-cü ildə təkcə “İnter”in deyil, “Qarabağ”ın da növbəti 7 oyunluq seriyası qırılıb. İki il əvvəl Avropa Liqasında III mərhələnin ilk görüşündə “Brügge”yə 1:3 hesabı uduzan Qurbanovun yetirmələri Bakıdakı cavab matçında qalib gəlib və növbəti mövsümdə Avropaya çıxa bilməyib. 2013/14 mövsümündə ilk üç raundda uduzmadan pley-offa yüksələn komanda yen Almaniya klubuna rəqib olub. Bu dəfə “Borussiya” deyil, “Ayntraxt” seriyanı qırıb. Almanlar ilk oyunda 2 cavabsız qola sevinib. Seriya isə 6 qələbə və 1 heç-heçə ilə diqqət çəkib.

Polşadan Leverkuzenə

Azərbaycan klublarının ən azı 7 avrokubok matçında uduzmaması sonuncu dəfə ötən il yaşanıb. Yenə “Qarabağ” və yenə Almaniya klubunun qırdığı seriya... Çempionlar Liqasında II təsnifat mərhələsinə Polşada “Rakuv”a 2:3 hesablı məğlubiyyətlə başlayan Ağdam klubu evdə heç-heçə oynayıb. Avropa Liqasına düşdükdən sonra təsnifatda 4, qrupda 2 matç məğlubiyyətsiz bitib. Leverkuzen səfərində “Bayer”dən xal almaq mümkün olmayıb – 1:5. Mövsümün 7 oyunluq bölümü 5 qələbə və 2 heç-heçə ilə əlamətdar olub.

Qeyd edək ki, beş ən yaxşı seriyadan başqa, “Bakı”, “Qarabağ” və “Qəbələ”nin hərəsi bir dəfə 6 ardıcıl matçda uduzmayıb.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri