Fazil Əliyev dünyasını dəyişdi
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, Fazil Tofiq oğlu Əliyev 1993–2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016–2022-ci illərdə isə həmin müəssisədə məşqçi-müəllim vəzifəsində çalışıb.
O, idman sahəsində xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına layiq görülüb. pizza
Naftalan şəhəri üzrə gənclər və idman sektorunun kollektivi, eləcə də şəhər idman ictimaiyyəti mərhumun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan ona rəhmət diləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 31 Oktyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















