Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

24 sentyabr 1993-cü ildə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub. Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb.
Bəs, sentyabrın 24-də dünyada daha hansı hadisələr baş verib?
1. 24 sentyabr 1852-ci ildə fransız ixtiraçısı Henri Giffard ilk dəfə dirijablla  Parisdən 27 kilometr məsafədə yerləşən Trappesə uçdu.
2. 24 sentyabr 1905-ci ildə Norveç İsveç Krallığından ayrılaraq müstəqil dövlət olub.
 

İsveç-Norveç uniyası (ittifaqı) 1751-ci ildə bağlanmışdı. Həmin ittifaqadək Danimarka Krallığının nəzarəti altında  olan Norveç İsveçlə uniya bağladıqdan sonra nisbi özünüidarə hüququ qazanmışdı. Müstəqilliyini elan edəni Norveçin ilk kralı isə danimarkalı VII Haakon oldu. Danimarka Norveçin ərazisi sayılan Qrenlandiyanı da nəzarətində saxladı.


3. 24 sentyabr 1947-ci ildə Hindistanda müsəlman mühacirlərini daşıyan qatar Pəncab sərhədində dayandırıldı, sikxlər 1200 mühaciri güllələdilər.
4. 24 sentyabr 1971-ci ildə Böyük Britaniya 90 rus diplomatının casusluq etdiklərini səbəb göstərərək deportasiya etdi.
5. 24 sentyabr 1974-cü ildə Kipr Sülh Hərəkatı səbəbindən ABŞ Senatı Türkiyəyə hərbi yardımı dayandırmaq barəsində qərar qəbul etdi.
6. 24 sentyabr 1981-ci ildə erməni terrorçuları Türkiyənin Parisdəki Baş Konsulluğuna basqın təşkil etdilər. Basqında təhlükəsizlik xidmətinin işçisi Camal Özən şəhid oldu, baş konsul Qaya İnal yaralandı.
7. 24 sentybr 1999-cu ildə Londonda Beyker Stritdə Şerlok Holmsun abidəsi açılıb. İngilis yazıçısı Artur Konan Doylun yaratdığı bu personaj haqlı olaraq detektiv janrının klassiki hesab edilir.
8. 24 sentyabr 2008-ci ildı Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti keçirilib. Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammitin məqsədi gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal iş aparılması olub.
9. 24 sentyabr 2015-ci ildə Həcc zəvvarlarının yaşadığı Mina çadır şəhərciyində yaranan izdihamda 753 nəfər vəfat etdi, 888 nəfər yaralandı.
Sentyabrın 24-də bu şəxsiyyətlər xatırlanır:
1. 24 sentyabr 1936-cı ildə bədii qiraət ustası, aktrisa, Xalq Artisti Əminə Yusif qızının anadan olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (1964-1974) işləyib. Sonralar “Azərbaycanfilm” kinostudiyasında dublyaj, səsləndirmə sahəsində fəaliyyət göstərib.
 

“Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. Prezident İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən Əminə Yusif qızı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.


2. 24 sentyabr 1977-ci ildə şair, Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə;  20.10.1913 – 1977) vəfat edib. Ədəbi nəşrlərdə müxtəlif vəzifələrdə çalışıb. Rus dilindən ədəbi tərcümələr edib.
3. Xalidə Camal qızı Quliyeva (24 sentyabr 1952) — Azərbaycanlı kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2019) Xalidə Quliyeva 24 sentyab 1952-ci ildə anadan olub.
4. Azərbaycan heykəltaraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki (2009), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq rəssamə Fuad Salayev 24 sentyabr 1943-cü ildə anadan olub.
5. 24 sentyabr 1996-cı ildə Türk sənət musiqisi sənətçisi Zəki Müren 65 yaşında vəfat etdi.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Sentyabr 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see266

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see259

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see257

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see247

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see242

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see241

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see231

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see221

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see219

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see216

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see216

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see215

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see208

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see206

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see204

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see203

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see203

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see192

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri