Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Fevralın 28 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 28 də baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər böyük iğtişaşlar törədib. Baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Bu hadisələr də SSRİ DTK-nin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir. 
Bəs, fevralın 28-də dünyada daha hansı hadisələr baş verib?
1. 1835-ci ilin 28 fevralında finlərin “Kalevala” eposunun ilk çap toplusu işıq üzü görüb. Fin xalqı hər il fevralın 28-ini Kalevala Günü olaraq qeyd edir.
2. 28 fevral 1922-ci ildə Misir Birləşmiş Krallıqdan ayrılaraq müstəqilliyini elan etdi.
3. 1940-cı ilin 28 fevralında dünyada ilk dəfə televiziyadan birbaşa translyasiya oldu.
4. 1945-ci ilin 28 fevralında Türkiyə Birləşmiş Millətlər Təşkilatının bəyannaməsini imzaladı.
5. 1986-cı il fevralın 28-də Avropa İttifaqının yaradılması haqqında akt imzalandı. Həmin sənədə əsasən, 1987-ci il iyunun 1-də Avropa ölkələrinin bəzi kommunikasiya sahələri və idarələri birləşdirildi.
6. 1992-ci ilin 28 fevralında müstəqil Azərbaycan ABŞ, Hindistan və Nepalla diplomatik əlaqələr qurub.
28 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Azərbaycanda riyaziyyat elminin banilərindən biri, akademik İbrahim İbrahimov 1912-ci ilin 28 fevralında anadan olub. Onun tədqiqatları riyaziyyatın funksional nəzəriyyəsilə bağlıdır. Görkəmli alimin bir çox elmi əsəri dünyanın müxtəlif ölkələrində çap olunub.  Ali məktəblər üçün yazdığı “Ədədlər nəzəriyyəsi”, “Sıralar nəzəriyyəsinin əsasları”, “Riyazi analiz kursu” dərslikləri İbrahim İbrahimovun Azərbaycan elmi, pedoqoji kollektivinə qiymətli töfhələrdir (1912-1994).
2. 28 fevral 2015-ci ildə Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilən ilk Türkiyə yazıcısı Yaşar Kamal dünyadan köçüb. Türkiyədə aldıqları ilə yanaşı, Yaşar Kamal “Cino del Duca”, “Legion d’Honneur”, “Premi İnternacional Catalunya”, Almaniya Kitab Evləri İttifaqı Frankfurt Kitab Sərgisi Sülh mükafatı kimi 20-dən artıq beynəlxalq mükafat qazanıb.
3. Qazax akını-şairi Cambul Cabayev 28 fevral 1846-cı ildə anadan olub.
4. Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, AYB-nin üzvü, Əməkdar İncəsənət xadimi, Azərbaycan SSR xalq yazıçısı Ənvər Məmmədxanlı 28 fevral 1913-cü ildə dünyaya göz açıb. 
5. Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti Nəzakət Məmmədova 1944-cü ilin məhz bu günündə anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Fevral 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri