Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Fevralın 4 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 4 də baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

1994-cü ilin bu günündə Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş - “Əsrin müqaviləsi” adlanan neft kontraktları imzalanıb.
Bəs, fevralın 4-də dünyada daha hansı hadisələr baş verib?
1. 4 fevral 1719-cu ildə I Pyotr Rusiyada ilk dəfə olaraq əhalinin siyahıya alınmasına fərman verib.
2. 4 fevral 1783-cü ildə  Amerika Birləşmiş Ştatlarının İstiqlal müharibəsi başa çadtı. Böyük Britaniya Amerika Birləşmiş Ştatları ilə olan düşmənçiliyinə son verdiyini rəsmən elan etdi.
3. 4 fevral 1789-cu ildə Corc Vaşinqton ABŞ-ın ilk prezidenti seçildi. 4 fevral 1792-ci il tarixində isə Vaşinqton ikinci dəfə prezident oldu.
4. 4 fevral 1794-cü ildə Fransa müstəmləkələrində köləliyi qadağan etdi. Fransa XVIII əsrdə ABŞ-ın şimal ştatlarında köləlik rejiminə qoyulan məhdudiyyətlərdən ruhlanaraq bütün müstəmləkələrində köləliyi ləğv etdi. Lakin bu qərar uzun müddət davam etmədi. 1802-ci ildə Napoleon Bonapart köləlik rejiminin yenidən geri qaytarılmasına qərar verdi.
5. 4 fevral 1945-ci ildə Yalta Konfransı keçirildi. Sovet İttifaqının Yalta şəhərində ABŞ, İngiltərə və Rusiya bir araya gəldilər. II Dünya müharibəsi zamanı keçirilən  konfransda müharibənin sonunda Almaniyanın məğlub edilməsindən sonra yaranacaq şərtlər müzakirə olundu. Almaniyanın müharibədən sonra işğalı, nasizmin ləğvi və alman ordularının tərxisi barədə qərarlar qəbul edildi.
6. 4 fevral 1954-cü ildə Kür çayı üzərində tikilən Mingəçevir Su Elektrik Stansiyası (SES) istifadəyə verilib. İnşasına 1945-ci ildə başlanılan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin - energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.
7. 4 fevral 1957-ci ildə ilk nüvə sualtı gəmi - "USS Nautilus" (SSN-571) suyun üzünə çıxmadan 60,000 dəniz mili qət edərək,  Jül Vernin   "20 000 lye su altında" adlı məşhur romanındakı  xəyali "Nautilus "sualtı gəmisinin göstərdiyi nəticəni həyata keçirmiş oldu.
8. 4 fevral 1972-ci ildə İngiltərə və daha 9 dövlət Banqladeşin (Şərqi Pakistan) müstəqilliyini tanıyıb.
9. 4 fevral 1998-ci ildə Əfqanıstanın şimal-şərqində baş verən zəlzələ 5 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
10. 4 fevral 2004-cü ildə  Harvard Universitetinin tələbəsi Mark Zuckerberg tərəfindən  "Facebook yaradıldı. Bu gün "Facebook" dünyanın ən çox çox istifadə edilən saytlarından biridir
Fevralın 4-də bu şəxsiyyətlər xatırlanır.
1. 4 fevral 1871-ci il tarixində Şeyx Şamil vəfat etdi. Qafqaz xalqlarının məşhur milli qəhrəmanı Şeyx Şamil həcc ziyarətinə getdiyi Ərəbistanda vəfat etdi. Şeyx Şamil gənc yaşlarından Qafqaz xalqlarının Rusiya qarşısındakı azadlıq mübarizəsinin lideri olub.
2. 4 fevral 1921-ci ildə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günü. Bakıda anadan olan L.Zadə 1930-cu ildə ailəsi ilə İrana köçüb. Tehran Universitetini bitirdikdən sonra 1944-cü ildə ABŞ-a gedib, təhsilini Massaçusets Texnologiya Universitetində davam etdirib, Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə professor elmi dərəcəsi alıb.1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb. Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində (NACA) istifadə olunur.
3. 4 fevral 1934-cü ildə Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988) Akif Əliyev anadan olub.
4. 4 fevral 1945-ci ildə bəstəkar və müğənni, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli sabiq səfiri (2006–2024), Milli Məclisin I və VII çağırış deputatı,  Azərbaycanın (1982), Türkmənistanın (2017), Özbəkistanın (2024) və Başqırdıstanın xalq artisti (2024), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi (2015) Polad Bülbüloğlu anadan olub.
5. 4 fevral 1974-cü ildə görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar Elm Xadimi, akademik Zahid Xəlilov vəfat edib (1911-1974). O, 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. SSRİ-də ilk “Funksional analiz” dərsliyini yazıb. Z.Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Fevral 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri