Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Fevralın 8 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 8 də baş vermiş tarixi hadisələr

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2013-cü ilin bu günündə Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxılıb. Bu, Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri idi. Bu münasibətlə təşkil olunan mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşib. Peyk Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Bu möhtəşəm hadisədən sonra Azərbaycan dövləti artıq fəzaya daha iki peyk yollayıb.
Bəs, 8 fevralda daha hansı əlamətdar hadisələr baş verib?
1. 8 fevral 1575-ci ildə Leyden şəhərində Müqəddəs Barbara qadın monastrının köhnə binasında Hollandiyanın ilk universiteti açılıb.
2. 1672-ci ilin 8 fevralında İngilis fizik İsaak Nyuton "İşığın təbiəti haqqında" tədqiqatını açıqlayıb.
3. 1806-cı ilin 8 fevralı çar generalı Pavel Sisianov Bakının Rusiya tərkibinə ilhaqı üçün İçərişəhərin qala qapıları qarşısında Bakı xanı Hüseynqulu xanla görüşə gəlib. Burada Bakı xanının qalanın açarlarını ona təqdim edəcəyi gözlənilirdi. General açarları alan anda Hüseynqulu xanın qardaşıoğlu İbrahim xan Sisianovu qətlə yetirib.
4. 8 fevral 1828-ci ildə Rusiya qoşunları qədim Azərbaycan şəhəri Ərdəbili işğal edib.
5. 1904-cü ilin 8 fevralı Yaponiyanın Çinin Port Artur (Port Arthur) limanına qəfil hücumu və Rusiya donanmasını məhv etməsilə 2 il sürən Rusiya-Yaponiya müharibəsi başlayıb.
6.1907-ci ilin 8 fevralında İranda Milli Məclisə seçilmiş Cənubi Azərbaycan nümayəndələri Tehran əhalisi tərəfindən təntənə ilə qarşılanıb.
7. 1921-ci ilin 8 fevralı Türkiyə Böyük Millət Məclisi Antep şəhərinə Qurtuluş Savaşında Fransa hərbi birliklərinə göstərdiyi qəhrəmancasına müqavimətinə görə “Qazi” adını verən qanunu qəbul edib. O gündən şəhər Gaziantep adlanır.
8. 1922-ci ilin 8 fevralı ABŞ prezidenti Uorren Q.Hardinq Ağ Evdə ilk radionu təqdim edib.
9. 1935-ci ilin 8 fevralı Türkiyənin parlament seçkilərində ilk dəfə olaraq qadınlar seçilib və 18 qadın millət vəkili olub.
10. 1963-cü ilin 8 fevralı İraqda Əbdusselam Arifin başçılığı ilə “Baas” hərbçiləri hakimiyyəti ələ keçirib və Baş nazir Qasımı öldürüblər.
8 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır
1. Məhşur Fransa yazıçısı, elmi-fantastik roman janrının banisi Jül Vern 1828-ci ilin 8 fevralında anadan olub.
2. Məhşur Rusiya kimyaçısı, pedaqoq və ictimai xadim Dmitri Mendeleyev 1834-cü ilin 8 fevralında dünyaya gəlib.
3. General-mayor, AXC ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qalibi Həbib bəy Səlimov 8 fevral 1881-ci ildə dünyaya gəlib.
4. Azərbaycan hərbi xadimi, AXC ordusunun general-mayoru Əbdülhəmid bəy Qaytabaşı 8 fevral 1884-cü ildə anadan olub.
5. Atatürkün mənəvi qızı və Türkiyənin ilk qadın döyüş təyyarəsi pilotu Sabiha Gökçen 1951-ci ilin 8 fevralında pilot olaraq Koreya müharibəsində iştirak etmək üçün müraciət edib. Onun bu təşəbbüsü nəinki Türkiyə, Qərb mətbuatında da geniş əks-səda yaradıb. Amma bu müraciət ABŞ ordusunda qadın pilot olmadığı üçün qəbul edilməyib. Qeyd edək ki, Sabiha Gökçen Türkiyə və dünyada ilk qadın döyüş təyyarəsi pilotu sayılır.
6. Azərbaycan boyakarı, Xalq rəssamı Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə dünyaya göz açıb.
7. Türkiyəli aktyor, aparıcı, komediya insanı, şoumen və səsləndirmə sənətçisi. Məhmət Əli Ərbil 1957-ci ilin bu günündə anadan olub. O, 30-dan çox filmdə, 10-dan çox serialda və teatr oyununda oynamış, 5-dən çox televiziya proqramının aparıcısı olub.
8. Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi Xalq artisti, ADK-nın sabiq rektoru Əşrəf Abbasov 8 fevral 1992-ci ildə vəfat edib.
9. Azərbaycan teatr və kino aktrisası, Xalq artisti, Şöhrət ordeni mükafatçısı, Dövlət mükafatı laureatı Zərnigar Ağakişiyeva 2018-ci ilin bu günündə dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Fevral 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri