Icma.az
close
up
RU
Bizim torpaqlarımız ölüm saçmamalıdır QHT sədri yazır

Bizim torpaqlarımız ölüm saçmamalıdır QHT sədri yazır

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün – 4 aprel, Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günündə biz yalnız minaların yaratdığı təhlükələri deyil, həm də azad və təhlükəsiz gələcəyə gedən yolda qarşımızda duran maneələri xatırlayırıq. Bu gün Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir, çünki illərlə torpaqlarımızın azadlığı uğrunda mübarizə apardıq və indi bu torpaqlara "Əngəlsiz Qayıdış” üçün çalışırıq. Lakin bu qayıdışın qarşısında duran ən böyük maneələrdən biri minalanmış ərazilərdir.

Azərbaycan bu gün dünyada mina problemi ilə ən çox üzləşən ölkələrdən biridir və Alternativ İctimai Birliyinin "Əngəlsiz Qayıdış" hesabatında göstərildiyi kimi, bu problem təkcə fiziki təhlükə yaratmır, eyni zamanda sosial və iqtisadi inkişafı da əngəlləyir.

Minalar və partlamamış hərbi sursatlar təkcə münaqişələrin mirası deyil, həm də sülh və inkişafın qarşısında duran ciddi maneələrdir. Təəssüf ki, Azərbaycan da bu problemdən ən çox əziyyət çəkən ölkələrdən biridir.

Qarabağ və Şərqi Zəngəzur əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. Bu illər ərzində həmin torpaqlar məqsədyönlü şəkildə minalandı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra məlum oldu ki, işğalçı qüvvələr bu torpaqları təkcə viran qoymaqla kifayətlənməyib, həm də onları ölüm tələsinə çevirib.

Acı statistika:

• 2020-ci ildən bəri 350-dən çox Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub – onların arasında uşaqlar, qadınlar, fermerlər, jurnalistlər və hətta mina təmizləmə mütəxəssisləri var.

• 10 min kvadrat kilometrdən çox ərazi minalanıb – bu, yalnız kəndlər və meşələr deyil, həm də şəhərlər, su hövzələri və əkin sahələri üçün ciddi təhlükə yaradır.

• Ermənistanın təqdim etdiyi mina xəritələrinin cəmi 25%-i doğrudur, qalanları isə tamamilə qeyri-dəqiq və istifadəyə yararsızdır. Bu isə minatəmizləmə prosesini daha da çətinləşdirir.

• 

 Minalar kimləri hədəf alır?

• Torpağına qayıtmaq istəyən məcburi köçkünləri – onların evlərinə dönüş yolunu ölüm tələsinə çevirir.

• Kənd təsərrüfatı ilə məşğul olan fermerləri – çünki minalanmış sahələr əkin-biçinə mane olur.

• Bölgədə quruculuq işləri aparan insanları – yollar, məktəblər, xəstəxanalar inşa olunmalıdır, amma mina təhlükəsi bu prosesi ləngidir.

• Günahsız uşaqları və ailələri – çünki minalar bəzən görünməz olur və bir addımla fəlakətə səbəb ola bilir.

Bu vəziyyət təkcə bir xalqın deyil, bütün dünyanın humanitar problemidir. Azərbaycan ərazilərindəki minalar təkcə bu günümüzü deyil, gələcəyimizi də girov saxlayır.

Biz inanırıq ki, hər təmizlənən mina yeni bir ümid deməkdir! 

 Azərbaycan dövləti azad edilmiş torpaqlarını minalardan təmizləyir, yeni bir həyat qurur. Təmizlənən hər qarış torpaq – bir ailənin evinə qayıtması, bir uşağın rahat oynaya bilməsi, bir kəndin yenidən canlanması deməkdir. Minasız torpaq – həyatın yenidən cücərdiyi, sülhün tam bərqərar olduğu torpaqdır. Biz bu çətin yolda tək olmamalıyıq – beynəlxalq təşkilatların, humanitar qurumların, dost ölkələrin dəstəyinə ehtiyacımız var. Çünki sülh tək bir ölkənin deyil, bütün dünyanın qələbəsidir!

Biz beynəlxalq təşkilatların, aparıcı ölkələrin minaların təmizlənməsi ilə əlaqədar Azərbaycana kifayət qədər.dəstək vermədiyini təəssüflə qeyd etməliyik. Azərbaycan minalarla yalnız ölkə hüdudları daxilində deyil, qlobal müstəvidə də mübarizə aparır. Biz beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını Azəbaycanın 18-ci Davamlı İnkişaf Məqsədi kimi minalanmaya qarşı mübarizənin nəzərdə tutulmasını dəstəkləməyə çağırırıq. QHT-lər bu istiqamətdə fəal olmalı, Azərbaycanın bu təşəbbüsünü təşviq etməli və hər imkanda təbliğ etməlidir. Qeyri-hökumət təşkilatları   olaraq bizim əsas vəzifəmiz mina təhlükəsi ilə bağlı maarifləndirmə aparmaq, mina qurbanlarına dəstək olmaq və minatəmizləmə prosesinə töhfə verməkdir.

Bizim torpaqlarımız ölüm saçmamalıdır – onlar yenidən çiçəklənməli, həyat mənbəyinə çevrilməlidir!

Anar Yusifoğlu

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Aprel 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri