Icma.az
close
up
RU
“BİZİM TÜRKİYƏYƏ GÖRƏ ƏLİMİZ GÜCLÜDÜR” “Azərbaycanda Rusiyanın agentura şəbəkəsinə aid 82 min adam yaşayırdı”

“BİZİM TÜRKİYƏYƏ GÖRƏ ƏLİMİZ GÜCLÜDÜR” “Azərbaycanda Rusiyanın agentura şəbəkəsinə aid 82 min adam yaşayırdı”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqbal Ağazadə: “Rusiya bu müharibədə qalib gələ bilməz, bundan artıq edə biləcəyi bir şey yoxdur

“Putin sadəcə, məğlubiyyətin miqyasını böyüdür”

Ümid Partiyasının sədri İqbal Ağazadə Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumu, Ukraynada davam edən müharibənin perspektivi və digər mövzularla bağlı “AzPolitika”-nın suallarını cavablandırıb. Qeyd edək ki, müsahibə İsrailin İrana hücumundan az əvvəl baş tutduğundan, bu mövzunu əhatə etməyib.

Müsahibəni təqdim edirik:

- İqbal bəy, əvvəlcə son günlərdə Rusiyadan bilavasitə və dolayı yolla Azərbaycana ünvanlanan açıqlamalara, bəyanatlara, dövlət mediasında yer alan çağırışlara münasibətinizi öyrəınmək istərdik. Söhbət V.Putinin köməkçisi Medinskinin Ukraynanın işğal olunmuş əraziləri ilə Qarabağ arasında aprdığı müqayisədən, XİN-in rəsmi nümayəndəsi M.Zaxarovanın Azərbaycanla Ermənistanı NATO ilə münasibətdə ehtiyatlı olmağa çağırmasından, “Ria-Novosti” agentliyində dərc olunmuş “Bakı Krımı və 4 “respublikanı” Rusiyanın bir hissəsi kimi tanımalıdır” fikrinin yer aldığı yazıdan və digər məsələlərdən gedir. Sizin münasibətiniz necədir?

- Rusiya 2002-ci ildən sonra dünyanın ona münasibətindən və ABŞ-nin strategiyasından çıxış edərək, dəyişdi. Həmin dövrdə Putin Rusiyası “Böyük Yeddilər”ə, hətta NATO-ya üzv olmaqla bağlı mütəmadi bəyanatlar səsləndirsə də, Amerika buna imkan vermədi. Odur ki, Rusiyanın bu günə gəlib çıxmasında ABŞ-nin böyük rolu var. ABŞ dünyanın hegemon dövləti kimi özünə daim rəqiblər yetişdirir. O rəqiblərin sırasına 2002-ci ildən Rusiya da daxil edilib.

İkiqütblü dünya və SSRİ dağıldıqdan sonra dünyanın güc mərkəzlərinə qarşı istifadə olunan “rəqib” ortaya çıxarıldı – İslam! Beləliklə, proseslər Şərqə köçürüldü. Dünyanın inkişaf etmiş ölkələrini “radikal İslam” təhlükəsindən qorumaq adı altında himayəçilik başlandı. 1996-cı ildə “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsi, sonra “Əl-Qaidə”nin, İŞİD-in ortaya çıxması, Türkiyədəki “ılımlı İslam” modelinə keçidin başlaması və s. yeni qüvvələri gücləndirdi. ABŞ və dünyanın güc mərkəzləri guya “radikal İslam”a qarşı mübarizədə həm nüfuz, həm iqtisadi, siyasi, hərbi baxımdan böyük itkilərə məruz qaldılar. Bundan sonra qərara gəldilər ki, münasişələri uzaqdan idarə etsinlər və özləri açıq, birbaşa döyüş meydanında iştirak etməsinlər. Məhz bunun üçün Rusiya Qərb tərəfindən “böyüdülən” dövlət oldu. Qərbin əsas silahı olan demokratikləşmə hara getdisə, Rusiyanı da ora apardılar – Gürcüstana, Moldovaya, Ukraynaya, Suriyaya...

Beləcə, Rusiya böyüdü. Rusiya böyüyəndə təbii ki, imperialist düşüncəsi, tarixi ənənəsi içəridə baş qaldırdı. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi Rusiyanın gözləmədiyi nəticələrə - böyük itkilərə səbəb olan uzun və açıq müharibəyə gətirib çıxardı. Abxaziya və Osetiyadan girən Rusiya Tiflisə çatana yaxın dayanmışdı və danışıqlar başlamışdı. Ukraynada isə Kiyevin ətraf bölgələrinə qədər gəldi, amma onu dayandırmadılar. Çünki Rusiyanın “rəqib missiyası” bitirilmişdi, bunu Kremldə anlamadılar.

İndi rəqib Çindir. İstər ABŞ-nin Tramp administrasiyası, istərsə də Baydenin vaxtında proseslərə diqqət etsəniz görərsiniz ki, verilən mesajlar kifayət qədər açıq və ciddidir. Elə Avropa Birliyinin sıxışdırılması, Aİ-nin bu istiqamətdə mövqelərinin zəiflədilməsi də buna sübutdur. Təkcə Angela Merkelin kansler olduğu dövrdə Çinə 9 səfəri, Makronun 2024-cü ildə Çində olarkən verdiyi mesajlar ABŞ-ni ciddi hərəkətə keçməyə məcbur etdi. Makron demişdi: “Biz Fransanın öncüllüyü ilə Avropa İttifaqını müstəqil güc mərkəzinə çevirəcəyik”. Niyə Almaniya yox, Fransa? Hərbi potensiala görə. Çünki hərbi baxımdan Almaniya birbaşa ABŞ-dən asılıdır. Almaniya iki yerə bölündükdən sonra onun bütün hərbi sənaye kompleksi ABŞ-nin əlində cəmləşib. Fransa Prezidenti bu bəyanatı verəndən sonra Avropaya Çindən gələn yolların hamısı nəzarət altına alındı.

İndi Rusiya bu imperiya ambisiyalarından əl çəkmək niyyətində olmamaqla yanaşı, həm də dünyanın onu Ukraynada durdurmaq imkanlarının məhdud olmasından istifadə edərək digər sovet respublikaları ilə eyni cür davranmaq istəyir.

- Rusiyanın buna potensialı varmı?

- Postsovet ölkələrində Rusiyanın agentura şəbəkəsinin ciddi imkanları var. Rusiya bundan istifadə edir.

- Agentura vasitəsi ilə dövlətlərin siyasətinə təsir etmək imkanı varmı?

- Bəli.

- Bizdə vəziyyət necədir?

- 2013-cü ildən Azərbaycanda prezident seçkiləri ərəfəsində Rusiya bizim hakimiyyətlə dil tapa bilmirdi. “Milyarderlər ittifaqı” yaratmışdı, onların əlilə işləyirdi. ABŞ-nin xüsusi xidmət orqanlarının təsdiq etdiyi məlumata görə, həmin dövrdə Azərbaycanda Rusiyanın agentura şəbəkəsinə bağlı 82 minə qədər adam yaşayırdı.

- Amma o vaxtdan 12 il keçib. Üstəlik, hakimiyyətdə yüksək postlarda olan məmurlar zərərsizləşdirildi. 44 günlük müharibəyə aylar qalmış Ramiz Mehdiyev PA-dan uzaqlaşdırıldı, xarici işlər naziri istefaya göndərildi. Baş Qərargah rəisi Nəcməddin Sadıkov da əməliyyatların ilk günlərində postundan götürüldü. Yəni, Rusiyanın Azərbaycandakı şəbəkəsi xeyli zəiflədilib.

- Təbii ki, hər ölkə buna çalışır. Tokayev də Qazaxıstanda bu siyasəti yürüdür. Mirziyayev də müəyyən addımlar atır. Ən zəif addımlar Qırğızıstan, Tacikistan və Türkmənistandadır. Azərbaycan da buna cəhd edir.

Azərbaycan təkbaşına Rusiyanı durdura bilməyəcək. Bizim buna gücümüz çatmaz. Həmçinin, nə Ukrayna, nə də məsələn, Özbəkistan bu imkanda deyil. Rusiya da bunu yaxşı bilir. Problem də bundadır. Rusiya dünyanın zəifliyi üzərindən hərəkət edir. Hələlik Rusiyanın genişlənməsinin qarşısını alsalar da, onu tam durdurmaq istiqamətində effektiv addımlar yoxdur.

- Ukraynadakı müharibənin gedişatına baxsaq, perspektiv necə görünür? Ukraynadakı müharibə indiki gedişatla on illər çəkə bilər. Yəni, Rusiya Ukrayna bataqlığında ilişib. Onun bu müharibəni istədiyi nəticə ilə sonlandıracaq gücü qalmayıb...

- Təbii ki, Rusiya Ukraynada istədiyi nəticəni ala bilmədi. Yəni, Ukraynanı tamamilə xəritədən silmək, Krımı Rusiyanın tərkibində tanıtmaq və s. baş vermədi. Rusiyanın bu planı iflasa uğradı. İndi Rusiya iqtisadi və hərbi sənaye üzərində yeni sistem qurmaq istəyir. Yalnız 10 il sonra hərbiləşmiş iqtisadiyyatı mülki iqtisadiyyata çevirmək mümkün ola bilər. Amma bu da çox ağır itkilərə səbəb olacaq. Rusiya dünya iqtisadiyyatına inteqrasiya oluna bilməyəcək. Gedişat necə olacaq? Qərb Rusiyada mövqe tutmağa başlayacaq. Yavaş-yavaş sanksiyalar aradan qaldırıldıqca, Rusiyadan nələrsə qoparılacaq. Bu mərhələdə Rusiyanın parçalanması, ərazi itkisi və ya müstəqil respublikaların ayrılması ehtimalı çox zəifdir. Qərbə bütöv Rusiya lazımdır. Bəzən Trampın bəyanatlarına dünya bir qədər ironiya ilə və ya iqtisadi nöqteyi-nəzərdən baxır. Amma ortada Amerikanın strategiyası dayanır. Rusiya nəhəng imkanlara malik dövlətdir. Bu, ABŞ-nin başçısının dilindən çıxırsa, orada incə məqamlar var.

- Çin bu prosesdə haradadır?

- Çin Rusiya iqtisadiyyatının içinə daxil ola bilmədi. Olsa-olsa xammal alıcısı oldu. Amma Afrikada Çin zorla durduruldu. Xammal, ehtiyatlar baxımından dünyanın ən nəhəng və birinci gücü Rusiyadır. Bu gün texnologiya nə qədər inkişaf etsə də, dünya təbii resurslara, xammala qayıdacaq. Rusiyada həm də daxili etirazların başlması ilə bağlı gözləntilər azdır.

- Çünki cəmiyyət susdurulub.

- Xeyr, belə deməzdim. Bunun üçün cəmiyyətin ümumi halını, sosial-psixoloji mənzərəsini bilmək lazımdır. Cəmiyyətin susdurulması müxtəlif aspektlərdə baş verir. Əgər bu aspektlərin hamısına düzgün yanaşılmasa, nəticə daha ağır, yəni kəskin partlayış ola bilər.

- Bildiyimiz kimi, hökumət sərhədləri bağlı saxlayır ki, xarici təhlükə faktoru və risklər var. Bu gün Rusiyadan Azərbaycana qarşı səsləndirilən bəyanatlar da Bakının arqumentlərini gücləndirir. Tofiq Zülfüqarov deyir ki, bu bir doktrinadır və MDB məkanında Alma-Ata prinsipləri işləməyəcək. Bu təhlükə nə qədər realdır?

- Nə sərhəd, nə də başqa bir məsələ burada əsas faktor deyil. Hazırda Qarabağla yanaşı Qərbi Azərbaycan məsələsi də ortadadır və sanki milli məsələnin davamı gedir. İnsanların bu gün ümidlə baxdığı bir yer var – Qarabağ alındısa, Zəngəzur və Göyçə niyə alınmasın? Hökumət də bundan istifadə edir.

- Amma Qarabağda məskunlaşma hələ ön plandadır...

- Məskunlaşma bəlkə də 10-cu məsələdir. Bu, insanlar üçün problem deyil. Bu gün elə rayonlar var ki, bomboşdur, amma camaatı elə də narahat etmir. Beyləqanda da, Oğuzda da, Şəkidə də... Ona görə də bu, elə də əhəmiyyətli məsələ deyil. Əhəmiyyətli olan məsələ gələcəyə ümidlə baxmaqdır. Bu gün Qərbi Azərbaycandan olan 1 milyona yaxın belə insan var...

Rusiyaya gəlincə, bu doktrinanın işləməməsinin bir mexanizmi var, o da Ukraynadır.

- Yəni, Rusiyanın Ukraynada qalib gəlməməsi?

- Məsələ qalib gəlmək deyil. Putin də çox gözəl bilir ki, Rusiya Ukraynada qalib gələ bilməyəcək. Sadəcə, bu gün Rusiya üçün o doktrina qorxulu deyil. Putin bütün gücünü ora yönəldib ki, Ukraynadan “üzü ağ” çıxsın. Cəmiyyəti inandırsın ki, bu müharibədə niyə döyüşürdük və nə əldə etdik. Əgər bu müharibə Qazaxıstanla olsaydı, cəmiyyət onu çox rahat qəbul edərdi. Amma indi artıq bu müharibənin arxa cəbhəsi də var – rus xalqı hökmən soruşacaq: “Sən mənim qardaşıma niyə əl qaldırdın?” Ukrayna ilə Rusiya arasında o qədər yaxınlıq var idi ki, bəlkə heç Belarusla belə bir yaxınlıq yoxdur. Bu gün rus cəmiyyəti hələlik bu sualları vermir. Rusiya əgər yalnız Krımla kifayətlənsəydi, dünya Rusiyaya haqq qazandırardı. Amma digər ölkənin hakimiyyətinə “faşist” damğası vurmaq – bu, artıq müharibədən sonra savaş tərfdarlarını düşündürən hadisəyə çevriləcək. Bu gün müharibəni “vətən müharibəsi” adlandırıb alqışlayanlar sabah “vətən xaini” damğasıyla damğalanacaqlar. Çnüki Rusiyanın bütünlüyünü dağıdan, slavyan birliyinin gələcəyini məhv edən Putinin Ukrayna müharibəsidir.

- Bəs, Azərbayanla Rusiyanın münasibətlərinin gələcəyi necə görünür? Ən böyük qonşumuzdur, qeyri-neft sektoru üzrə ən böyük ticarət tərəfdaşıyıq. Yəni, bu gün Rusiyadan da imtina edə bilmərik...

- Bu, bizim gücümüz daxilində deyil.

- Bəs Türkiyə bu vəziyyəti balanslaşdıra bilirmi?

- Bəli, hələlik Türkiyə balansı qoruyur. Bizim Türkiyəyə görə əlimiz güclüdür. Amma Rusiyanın nə sağının, nə solunun bəlli olmaması bu münasibətləri həssas edir. Ona görə də Rusiya ilə münaqişəyə yol aça biləcək addımlardan uzaq durmalıyıq.

- Zaxarova deyir ki, NATO ilə münasibətlərdə ehtiyatlı olun...

- Azərbaycan ehtiyatlı davranır.

- Amma Türkiyə NATO üzvüdür. Bəlkə Rusiyanın nəzərdə tutduğu da elə budur?

- Yox. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Əgər Lavrovun Ermənistandakı bəyanatlarına diqqət etsək, görərik ki, o, açıq şəkildə müttəfiqlərə yönəlik mesajlar vermədi. Azərbaycan burada çox ehtiyatlı davranır. Məsələn, Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb. Bu sənədə əsasən, Türkiyə burada hərbi baza yerləşdirə bilər. Azərbaycan üçün bəlkə də bu, zəruridir. Rusiya bu məsələdə “qırmızı xətləri”ni daha yumşaq müəyyən edib. Əvvəllər baza yerləşdirilməsi yox, münasibətləri əsas götürürdü. Ukrayna məsələsindən sonra bir az geri çəkilib. Məsələn, Ermənistanda həm Rusiyanın bazası var, həm də Avropanın Müşahidə Missiyası. Rusiya buna açıq reaksiya verə bilmir. Hamı Rusiya ilə ehtiyatla davranır. Rusiya da müharibələrini ehtiyatla aparır. Onun elə hərbi imkanları var ki, şəhərləri yerlə yeksan edə bilər, məsələn, nüvə silahı.

- Bəs belə bir şəraitdə niyə Putinin köməkçisi Qarabağı “mübahisəli ərazi” kimi qiymətləndirir, Zaxarova isə “NATO ilə ehtiyatlı olun” deyir? NATO ilə prinsipcə hansı əlaqələrin olduğu hər kəsə bəllidir...

- Rusiya postsovet ölkələrinin hamısını qorxudaraq Ukrayna cəbhəsində daha çox şey əldə etmək istəyir. Mesaj verir ki, “mən müharibəni genişləndirə bilərəm və siz də Ukrayna kimi bir şey edə bilməzsiniz”. Sabah Rusiya Gürcüstana hücum etsə, Gürcüstan yarım saat belə müqavimət göstərə bilməyəcək. Bunu Qərb də, bütün dünya da bilir. Həm də potensial yoxdur ki, ora yardım göndərilsin. Məsələn, Qazaxıstana bunu edə bilməz – orada Çin faktoru var, üstəlik Qazaxıstanın öz çəkisi var. Ermənistanda da bunu rahat şəkildə edər. Amma Azərbaycanda çətindir, çünki Türkiyə faktoru var.

- Elə Azərbaycanın özünün imkanları da burada bir faktordur.

- Bəli. Bu gün Moldova da çətin vəziyyətdədir. Rusiya Odessanı istəyir ki, Rumıniya ilə sərhədə çıxışı olsun, Dnestryanı ərazidəki qüvvələrlə əlaqə qura bilsin və Avropa ilə “üz-üzə” dayansın. Amma hazırda Rusiya keçmiş sovet respublikaları ilə Ukrayna tipli müharibə aparmaq fikrində deyil.

- “RIA Novosti” agentliyində Azərbaycana ünvanlanan məqalə yazdırıblar ki, Ukraynada işğal olunan əraziləri tanıyın...

- Bunlar əsasən təbliğat xarakterli yazılardır.

- Amma şübhəsiz ki, Rusiyanın Azərbaycandan tələbləri var, ona görə, bunlar baş verir.

- Orada bir məqam var: Rusiya istəyir ki, Azərbaycan Ukrayna ilə bağlı mövqeyində korrektələr etsin. Azərbaycana verilən əsas mesaj budur.

Azərbaycan beynəlxalq hüququn normalarını pozmadan, Rusiyanı qıcıqlandırmayacaq şəkildə davranır. Ukraynaya silah satmırıq, hərbi yardım göstərmirik. Biz ancaq humanitar yardım edirik – bu da dünyanın hər yerində qəbul olunur. Eyni şeyi Rusiya özü də Suriyada etmişdi. Bu gün Avropa İsrailin əsas müttəfiqidir, amma Qəzzaya humanitar yardım göstərməkdə davam edir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı əsas arqumenti odur ki, biz separatizmdən əziyyət çəkmişik və heç bir ölkə daxilində separatizm istəmirik.

İndi Rusiya çalışır ki, postsovet ölkələri Krım və o dörd bölgəyə fərqli yanaşsınlar. Hesab edirəm ki, Rusiyanın bundan artıq edə biləcəyi bir şey yoxdur. Ukraynada isə gözləntilərim fərqlidir. Məncə, Putin uduzacaq. Bunu əvvəldən də demişdim. Müharibənin başlanğıcından bu bəlli idi. Sadəcə, Putin məğlubiyyətin miqyasını böyüdür. Rusiya bu müharibədən qalib çıxa bilməz.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:17
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 İyun 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see305

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see275

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see193

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see162

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see160

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see159

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see144

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see143

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see143

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see135

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see134

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see132

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see130

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see129

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see128

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see125

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see120

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

İsti havada rahat yuxuya getməyin BEŞ EFFEKTİV YOLU Nevroloqdan məsləhət

13 İyun 2025 02:38see114

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri