Icma.az
close
up
RU
Biznes mühitinin müxtəlif sahələrinə dair icmalda vergi qanunvericiliyi və inzibatçılığına geniş yer verilib AZƏRTAC

Biznes mühitinin müxtəlif sahələrinə dair icmalda vergi qanunvericiliyi və inzibatçılığına geniş yer verilib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri barədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub. İcmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub. Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələri təqdim olunur.

Bu barədə AZƏRTAC-a Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupundan məlumat verilib.

Vergi qanunvericiliyi və inzibatçılığı

Vergi nəzarəti - büdcəyə vergilərin düzgün hesablanmasını, vaxtında və tam məbləğdə köçürülməsini, vergi qanunvericiliyinin riayət edilməsini təmin edən qanunla nəzərdə tutulmuş üsul və tədbirlərin məcmusudur.

Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və sair formalarda həyata keçirirlər.

Vergi yoxlaması vergi nəzarətinin əsas formasıdır. Vergi qanunvericiliyi ilə vergi yoxlamasının iki növü müəyyən edilib - kameral və səyyar vergi yoxlamaları. Bununla yanaşı, vergi nəzarəti forması olaraq operativ vergi nəzarəti (OVN) tədbirləri də icra olunur.

Kameral vergi yoxlaması vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana getmədən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında aparılır. Kameral yoxlamalar zamanı vergi orqanı vergi ödəyicisi ilə canlı təmas etmir, bütün yoxlama mövcud olan və əldə edilə bilən məlumatların təhlili, mühasibat və vergi hesabatlarının müqayisəsi, göstəricilərin dəyişmə dinamikası və s. əsasında aparılır.

Səyyar vergi yoxlaması vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkanda keçirilən vergi yoxlaması növüdür. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar formada ola bilir. 2023-cü ildə başa çatan səyyar vergi yoxlamalarının sayı 537 təşkil edib. Vergi ödəyicilərini əhatə baxımından bu çox aşağı göstəricidir və aktiv vergi ödəyicilərinin cəmi 1 faizindən də aşağı hissəni əhatə edib.

Səyyar vergi yoxlamaları zamanı vergi orqanı ilə vergi ödəyicilərinin görüşü yalnız bir dəfə hazırlanmış aktın müzakirəsi zamanı keçirilir. Vergi ödəyicisi ilə təmaslar səyyar yoxlama ilə bağlı hazırlanmış aktın müzakirəsi zamanı başlanır, şirkətlərin yüksək rəhbərliyinin iştirakı adətən yoxlamanın son dövrünə düşən müddəti əhatə edir. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Səyyar vergi yoxlamaları yalnız vergilərin ödənilməsindən yayınma hallarının olmasına dəqiq və əsaslı əlamətlər olduğu halda keçirildiyindən, onlar nəticəlidir və dövlət büdcəsinə əlavə vergi ödəmələrinin təmin olunmasına gətirir. Vergi əməkdaşlarının fəaliyyəti “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış” Qaydaları ilə tənzimlənir.

Operativ vergi nəzarəti vergi nəzarəti formaları içərisində çevik və effektiv nəzarət formasıdır. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin, anbar, ticarət və bu qəbildən olan digər binalarında, nəqliyyat vasitələrində həyata keçirilən vergi nəzarəti formasıdır.

Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. Nəzarət tədbiri vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı ərizndə həyata keçirilir. Bu nəzarətin həyata keçirilməsi qaydalarını, nəzarətlə əhatə olunan məsələləri Vergi Məcəlləsinin 50-ci maddəsi müəyyən edir. 2023-cü ilin nəticələrinə görə, aktiv vergi ödəyicilərinin yalnız 1 faizi operativ vergi nəzarəti ilə əhatə olunub.

Maliyyə ilində müəssisə üçün bütün vergi hesabatlarının hazırlanması, təqdim edilməsi və ödənilməsi üçün tələb olunan vaxt önəmli xarakter daşıyır. Qeyd ediməlidir ki, 2023-cü ildə mənfəət, ƏDV, sosial vergi və tutumlar üzrə bəyannamələrin təqdim edilməsi və ödənilməsi üçün tələb olunan ümumi illik vaxt göstəricisi 69,84 saat müəyyən edilib. Bütövlükdə bir ay ərzində orta müdət 5,82 saat təşkil edir.

Ölkəmizdə vergi bəyannamələrinin göndərilməsi və vergilərin ödənilməsi prosesi tamamilə elektronlaşdırılıb. Hər bir vergi ödəyicisi e-taxes.gov.az portalına daxil olaraq istənilən bəyannaməni elektron qaydada təqdim edə bilir. Azərbaycanda bəyannamələrin elektron göndərilməsi göstəricisi yüksəkdir. 2023-cü il ərzində bütün bəyannamələrin 96,89 faizi elektron şəkildə təqdim olunub.

Maliyyə ilində müəssisələr tərəfindən vergi öhdəlikləri elektron şəkildə ödənib. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2016-ci il tarixli 461-VQ nömrəli “Nağdsız hesablaşmalar haqqında” qanununun tələblərinə əsasən vergilərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu səbəbdən ödənişlər ancaq elektron qaydada həyata keçirilir. Vergilərin ödənilməsi üçün lazımi məlumatlarla bu linklərdən tanış olmaq mümkündür.

Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.

Vergi Məcəlləsinin 179.2-ci maddəsinə əsasən ƏDV ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır. Vergi Məcəlləsinin 179.2-ci maddəsinə əsasən 2023-cü ildə ərizəni təqdim etdiyi andan ƏDV-nin geri qaytarılmasına qədər olan orta müddət 7.4 həftə müəyyən edilib.

Müəssisənin ƏDV-nin qaytarılması üçün müraciət etməsinə ehtiyac yoxdur. İxrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri barədə ərizələr vergi orqanı tərəfindən hazırlanaraq hər ay təsdiqlənib göndərilməsi üçün vergi ödəyicilərinə təqdim edilir. Bu zaman vergi ödəyicisinə artıq ödənilmiş məbləğlərin qaytarılması çevik şəkildə və heç bir nəzarət tədbirlərinə məruz qalmadan təmin olunur.

Digər fəaliyyət istiqamətləri üzrə Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların və vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildiyindən qaytarılmır.

Son 3 ildə (01.10.2021-01.10.2024) artıq ödəmənin geri qaytarılması ilə bağlı daxil olan müraicətlərin sayı 4.251 təşkil edib. Müraciətlərin icra vəziyyəti barədə statistik məlumatlar DVX-nin rəsmi internet saytında yerləşdirilib Həmin məlumatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/muracietler-barede-melumat

Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 24–25) tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Vergi və hesabatlılıq işçi qrupuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəhbərlik edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see263

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see204

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see149

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see144

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see133

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see131

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see131

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see127

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see127

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see125

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see124

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see124

Uitaker Alyans ölkələrindən Rusiya qazını almamağı istəyib...

02 Oktyabr 2025 21:07see124

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see122

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see121

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see120

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see118

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see117

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see117

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri