“Biznesin müflisləşməsi” İşçi qrupu yeni qanun layihəsini müzakirə edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bu gün Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Ədliyyə Nazirliyinin əməkdaşları, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Vəkillər Kollegiyasının və özəl sektorun nümayəndələri iştirak ediblər.
Tədbirin əsas mövzusunu “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsinin ilkin müzakirəsi təşkil edib.
Tədbiri giriş sözü ilə açan İşçi qurupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti nəticəsində görülən işlərdən, müvafiq sahədə tematik qrup tərəfindən hazırlanmış qanun layihəsindən bəhs edib.
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idərəsinin rəis müavini Səkinə Əliyeva “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi barədə məlumat verib və təqdim ediləcək təkliflər əsasında layihənin təkmilləşdirilməsi istiqamətində işlərin görüləcəyini bildirib.
Tədbir yeni qanun layihəsi ilə bağlı iclas iştirakçılarının çıxışları ilə davam etdirilib, qrup üzvlərinin təklifləri dinlənilib, bu istiqamətdə müzakirələr aparılıb. Qərara alınıb ki, qısa müddətdə qanun layihəsi daxil olan rəy və təkliflər əsasında təkmilləşdirilərək Komissiyaya təqdim edilsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 19 İyun 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















