Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Bağların barı fermerlərin varı

Bağların barı fermerlərin varı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Astaranın münbit torpaqları, təbii iqlim şəraiti meyvəçiliyin inkişafı üçün geniş imkanlar açır. Halal zəhmətlə yetişdirilən sitrus və subtropik meyvələr təkcə ölkəmizin daxili bazarlarında deyil, onun hüdudlarından uzaqlarda da dadı, ətri, yüksək keyfiyyəti ilə seçilir və alıcılar tərəfindən razılıqla qarşılanır.

Bu yerlərdə ata-babadan sitrusçuluqla məşğul olurlar. Çünki iqtisadi cəhətdən sərfəli, gəlirli sahədir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Astara rayonunda xeyli işlər görülüb. Kənd əhalisinin məşğulluğunun artırılması və maddi rifahının yüksəldilməsi məqsədilə sitrusçuluğa diqqət artırılıb.

Sitrus meyvələrinin ayrı-ayrı növləri üzrə subsidiyaların və intensiv metodlara əsaslanan bağçılıq təsərrüfatlarının yaradılması üçün birdəfəlik yardımların verilməsi fermerlərin marağına səbəb olub. 2018-ci ildən sertifikatlı, şaxtaya davamlı sitrus meyvə sortlarının əkilməsinə, intensiv meyvə bağlarının salınmasına start verilib.

Türkiyədən və digər xarici ölkələrdən gətirilmiş Satsoma, Primasol, Ortanik, Nova, Rubinson, Okitsu və Mursott növ şaxtaya davamlı və yüksək məhsuldarlığa malik sitrus meyvə tingləri əkilib. Bağlara müasir tələblər səviyyəsində aqrotexniki qulluq göstərilir, damcı üsuluna əsaslanan suvarma sistemi tətbiq olunur.

Astara Rayon Statistika İdarəsinin rəis müavini Şövqiyyə Məmmədova söhbətə sitrusçuluqda dinamik inkişafı əks etdirən rəqəmlərlə başladı:

– Rayonda 4634 hektar sitrus bağı var. Bunun 3442,6 hektarı məhsuldardır. İlin əvvəlindən 70,3 hektar yeni sitrus bağları salınıb. Keçən il rayonun fermer və şəxsi təsərrüfatlarında 67842,8 ton sitrus məhsulları istehsal edilib. Hektarın məhsuldarlığı 20,3 ton olub.

Dekabr ayının əvvəlinə olan məlumata görə, bu il bağlardan 71314,3 ton məhsul yığılıb. Müqayisə etsək, əvvəlki ildə istehsal olunmuş məhsuldan xeyli çoxdur. Bunun 52773,5 tonunu naringi, 6055,9 tonunu portağal, 373,6 tonunu limon, 8780,2 tonunu feyxoa təşkil edir. Kiviçiliyin də inkişafına xüsusi diqqət yetirilir. Maşxan, Təngərüd və digər ərazilərdə salınmış 159,6 hektar kivi bağından 754,8 ton məhsul yığılıb.

Astaranın dağətəyi ərazilərində yerləşən Kijəbə, Siyakü, Şüvi inzibati ərazi dairələrinə daxil olan kəndlərdə sitrusçuluq üstünlük təşkil edir. Günəş şüaları yamaclarda meyvənin tez yetişməsinə və keyfiyyətinə təsirsiz ötüşmür.

Əhalinin maddi vəziyyəti, dolanışığı bağların verəcəyi məhsuldan xeyli asılıdır. Bu il bağlar yaxşı bar gətirib. Meyvənin ağırlığından ağacların budaqları əyilib. Salxım kimi sallanan naringilər, portağal və limonlar yaşıl libaslı bağlara xüsusi gözəllik verir. Tüləgüvan kəndində seyr etdiyimiz əsrarəngiz, gözəl mənzərə insanı valeh edir.

Kənddə 1760 nəfər əhali var. Sakinlərin 90 faizi sitrusçuluqla məşğul olur. Rafiq Ağayev kənddə halal, zəhmətkeş insan kimi tanınır. Ömrünün 70-ci qışını yaşayır. İxtisasca aqronomdur. Sovet dönəmində sovxozda aqronom, komsomol katibi və yerli həmkarlar təşkilatının sədri vəzifələrində işləyib. Ailə təsərrüfatına məxsus 0,85 hektar sahədə 800-dən çox naringi, portağal və limon ağacları əkib.

Sentyabr ayının ortalarından məhsul yığımına başlandığını, naringinin kiloqramının yerindəcə 1,5-1,6 manata satıldığını deyir. Yığım zamanı ailə üzvləri ilə bərabər, 6-7 fəhlə də işlədib, hər birinə gündəlik 30-35 manat ödəyib. Ailə təsərrüfatı 18 ton naringi istehsal edib. Məhsulun 40 faizi satılıb. Qalanı anbarda saxlanılır. Rafiqin dediyinə görə, indi qiymətlər xeyli aşağı düşüb. Məhsuldan asılı olaraq qiymətlər 30-35 qəpikdən başlayaraq 1,5 manata kimi dəyişir. Məhsulu Bakıdan və respublikamızın rayonlarından gəlib alırlar. Bayram günlərində qiymətlərin qalxacağı gözlənilir.

Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Firudin Əhmədov aqrar sahədə tanınmış, təcrübəli, nüfuzlu mütəxəssisdir. Uzun müddət rayonda rəhbər vəzifələrdə işləyib. Əsl təsərrüfat adamıdır. Kijəbə ərazi dairəsinin 12 kəndi əhatə etdiyini, fermer və fərdi təsərrüfatlar tərəfindən 1000 hektardan çox sitrus və subtropik meyvə bağlarının salındığını bildirir.

Naringi bağları daha çox–700 hektar təşkil edir. Hələlik 30 min tondan artıq sitrus meyvələri yığılıb. Məhsul əsasən respublikamızın daxili bazarlarına, Rusiya, Belarus, Ukrayna və digər MDB ölkələrinə yola salınıb. Kijəbə qəsəbəsində Niyazi Baxşıyev, Tüləgüvan kəndində Mirbaba Ağayev, Ojəkəran kəndində Taleh Həsənovun başçılıq etdikləri fermer təsərrüfatları daha çox fərqlənirlər. Naringi yığımı başa çatmaq üzrədir. Bağlarda portağal, limon, kinkan, kivi və digər meyvələrin yığımı isə davam edir, – deyə Firudin Əhmədov söhbətini yekunlaşdırır.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2025 04:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri