Icma.az
close
up
RU
Biznesini Rusiyadan vətənə gətirən sahibkarın başına BELƏ OYUN AÇILDI VİDEO

Biznesini Rusiyadan vətənə gətirən sahibkarın başına BELƏ OYUN AÇILDI VİDEO

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya dövlətinin vətəndaşı, azərbaycanlı sahibkar Elxan Əmirxan oğlu Əmirov Sitat.info-ya müraciət edərək, Cəlilabad Rayon İcra hakimiyyəti başçısının müavininin onun başına açdığı oyunlardan danışıb. 

Rusiya Azərbaycanlıları Cəmiyyətinin üzvü və Rusiyada sahibkar olan Elxan Əmirov deyir ki, 2015-ci ildə dövlət başçısının xaricdə yaşayan sahibkarlara ölkəmizə gəlib, burada biznes qurmaları ilə bağlı müraciətini eşidib və oradakı işlərini dayandıraraq vətənə dönüb. O, Cəlilabad rayonuna gələrək burada sahibkarlıqla məşğul olmaq istəyib: "Torpaq götürüb fermer təsərrüfatını inkişaf etdirmək istədim. Məni Cəlilabad Rayon İcra hakimiyyətinə yönəltdilər. Cəlilabad rayon icra başçısının müavini- Hüseynov Sabir Ağahüseyn oğlu mənə müxtəlif vədlər verdi. Dedi ki, sahələr artıq taxılla əkilib. Taxıl biçiləndən sonra həmin torpaq sahəsini sənə verəcəm. Mən də onun vəzifəli şəxs olduğuna inanıb, Sabir Hüseynova əvvəlcə 30 min manat, sonra isə 250 min rubl( 5 min manat) pul  verdim. O, mənə bildirdi ki, həmin sahəni sənə verəcəm. Təəssüflər olsun ki, 2015-ci ildən bu günə kimi nə torpaq sahəsini ala bilmişəm, nə də öz pulumu geri qaytara bilmişəm".

E.Əmirov deyib ki, Sabir Hüseynov onu müxtəlif variantlarla özünə inandırıb: "Mənlə birlikdə olanda telefonla Azərbaycan Respublikasının müxtəlif yüksək vəzifəli məmurlarının adıyla danışırdı. Guya onlarla sıx əlaqədədir. Bununla məni özünə daha çox inandırmağa çalışırdı. Mən Azərbaycan Respublikasının aidiyyatı orqanlarına müraciət etsəm də mənim şikayətimə baxan yoxdur. Şikayətim araşdırılmır. Sabir Hüseynov məni şərləyib tutduracağı ilə hədə-qorxu gəlir. Deyir ki, əgər şikayətindən əl çəkməsən, səni maşınla vurdurub öldürtdürəcəm. Xahiş edirəm ki, mənim səsimi dövlət başçısına, aidiyyatı qurumlara çatdırasınız ki, mənə kömək etsin. Mən, Rusiya dövlətinin vətəndaşıyam, beş nəfərlik ailəm ilə burada qalmışam. Nə çıxıb Rusiyaya gedə bilirəm, nə də pulumu ala bilirəm".

Şikayətçi Sabir Hüseynovun vəzifədə işlədiyi müddətdə yol verdiyi qanun pozuntularından danışıb: "O vəzifədə ikən Azərbaycan Respublikasına xeyli ziyan vurub. Bakı şəhərində villa, mənzillər alıb, Cəlilabad rayonunda sənədli, sənədsiz 100 hektarlıq torpaqları zəbt edib. Cəlilabad rayonunda həyət evi, mənzili, 2 ədəd mağazası, təndirxanası, öz doğulduğu kənddə şadlıq evi, meyvə bağı, benzindoldurma məntəqəsi var.  Cəlilabad rayonunda yüz hektarla torpaqlarını zəbt edib. O, 24 il Cəlilabad Rayonu İcra Hakimiyyətində çalışıb, vəzifəli şəxs olub. Onu çox yaxşı tanıyırlar. Mənim şikayətimi düzgün araşdıran yoxdur. Mən sizdən xahiş edirəm ki, şikayətimin düzgün araşdırılmasında mənə kömək edin. Pulumu da almağa kömək edin ki, çıxıb Rusiyaya gedə bilim".

E.Əmirov sonda bir daha aidiyyatı qurumlardan məsələ ədalətli yanaşma xahiş edib. 

Aytac,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 Yanvar 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri