Danimarka xalqı Qrenlandiya üçün küçələrə çıxdı… Trampın papağı ilə istehza etdilər.
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın “Qrenlandı satın alacağıq” planına ən böyük reaksiya, təbii ki, Qrenlandiyanın bağlı olduğu Danimarkadan gəlib.
SİA xarici xəbər saytlarına istinadən məlumat verir ki, minlərlə insan paytaxt Kopenhagendə bir araya toplaşaraq Trampın məşhur qırmızı papaqları ilə istehza edib. Normalda həmin papaqların üzərində “Amerikanı yenidən böyük edək” şüarı yazılır. Lakin danimarkalılar papaqların üzərinə “Amerikanı qovun” ifadəsini yazıblar.
ABŞ Prezidenti Donald Trampın yarı-muxtar ada ölkəsi olan Qrenlandı almaqla bağlı bəyanatları fonunda gərginlik artarkən, Danimarka xalqı paytaxt Kopenhagen küçələrinə çıxıb.
Aksiya zamanı “Amerikaya ağıl verin” və “Qrenlandiya satılmır” kimi plakatlar qaldırılıb, şüarlar səsləndirilib. Papaqların üzərində isə “Amerikanı qovun” və “Artıq bəsdir” sözləri yer alıb. Beləliklə, Danimarkadan ABŞ Prezidenti Trampa onun özünə məxsus ikonik simvolu vasitəsilə mesaj göndərilib.
Paytaxt Kopenhagendə Qrenlandiya üçün toplaşan minlərlə insan “Danimarka xalqı olaraq Qrenlandiyanın yanındayıq” mesajını verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 Yanvar 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















