Icma.az
close
up
RU
“Black Sea Energy” layihəsinin texniki iqtisadi əsaslandırılması III rübdə hazır olacaq

“Black Sea Energy” layihəsinin texniki iqtisadi əsaslandırılması III rübdə hazır olacaq

Icma.az bildirir, 525.az portalına istinadən.

“Black Sea Energy” sualtı enerji kabelinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) 2025-ci ilin üçüncü rübündə tamamlanacağı gözlənilir.

525.az “Report” a istinadən xəbər verir ki, bunu "MVM Group"un baş direktoru Karoli Matrai (Károly Mátrai) "Daha "yaşıl" gələcəyə innovativ yollar: bərpa olunan enerji mənbələri və emissiyaların azaldılması" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, TİƏ İtaliyanın "CESI" konsaltinq şirkəti tərəfindən hazırlanır və artıq ilkin qiymətləndirmələr təqdim edilib.

"Layihəyə yatırılacaq investisiyaların həcmi milyardlarla avro təşkil edəcək. Bu danılmazdır. Bizim itiriləcək vaxtımız yoxdur. Lakin aydındır ki, layihənin həyata keçirilməsi, xüsusilə də Bakıdan Budapeştə Qara dəniz vasitəsilə xəttin çəkilməsi bir neçə ildən çox vaxt tələb edəcək", - K.Matrai qeyd edib.

"MVM Group"un baş direktorunun qiymətləndirməsinə görə, təkcə tikinti işləri üç-beş il çəkəcək.

"Bundan əlavə, layihə yeni icra metodologiyasının işlənib hazırlanmasını tələb edəcək. Bu, irimiqyaslı investisiya layihəsi olacaq. Təxminən iki milyard avro məbləğində ola bilər. Lakin onun reallaşdırılmasına başlamazdan əvvəl bir sıra əsas məsələləri həll etmək lazımdır. Birincisi, texniki mümkünlük - biz bu layihəni prinsip etibarilə həyata keçirə bilərikmi? İkincisi, Avropada "yaşıl elektrik enerjisi"nin belə həcmləri üçün real bazarın mövcud olub-olmadığını bilmək vacibdır", - K.Matrai vurğulayıb.

O bildirib ki, sualtı infrastrukturun spesifik xüsusiyyətləri Avropa və Xəzər regionu arasında ikitərəfli enerji mübadiləsi imkanı açır: "Bəzi hallarda Xəzər regionunun enerji bazarı Avropanı dəstəkləyə biləcək, digər hallarda isə əksinə Avropa bazarı Xəzər regionunda sabitliyin təmin edilməsində dəstək göstərəcək. Hər iki ssenari mümkündür və ətraflı təhlil tələb edir".

K.Matrai vurğulayıb ki, "CESI" şirkəti artıq “Plexus” alətindən istifadə edərək model analizi hazırlayıb və yekun nəticələrə maraq göstərib:

"Çağırışlara baxmayaraq, hesab edirəm ki, layihə son dərəcə perspektivli olaraq qalır. Xüsusən də infrastruktur və tikinti üçün maliyyələşdirmə cəlb edildiyi təqdirdə. Macarıstanın nöqteyi-nəzərindən bu layihə təkcə marşrutların şaxələndirilməsi üçün deyil, həm də enerji mənbələrinin özünün diversifikasiyası üçün strateji əhəmiyyət kəsb edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri