Icma.az
close
up
RU
Blinken İranın nüvə silahının qaçılmaz olduğunu düşünmür

Blinken İranın nüvə silahının qaçılmaz olduğunu düşünmür

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ administrasiyası Tehranın nüvə silahı əldə etməsini qaçılmaz hesab etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Mən düşünmürəm ki, İranın nüvə silahına sahib olması qaçılmazdır. Düşünürəm ki, bu, indi daha çox sual altındadır, çünki onlar müxtəlif alətləri itirdikləri üçün müxtəlif müdafiə xətlərini itiriblər. Bu yolla getsələr, onlar üçün xərclər və nəticələr, məncə, ağır olacaq. Ona görə də ümid edirəm ki, nəzarət altında qalacaq”, - deyə o, Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxış edərkən deyib.

Blinken əlavə edib ki, o, İranın nüvə proqramı ilə bağlı dialoqu bərpa etməyin mümkün olduğuna inanır. “Düşünürəm ki, danışıqlar perspektivi qalır. Təbii ki, hər şey İranın nə etmək qərarına gəlməsindən və yaxşı əməkdaşlıq edib-etməməsindən asılıdır. Və təbii ki, bu barədə yeni administrasiya qərar verməli olacaq. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə sazişindən çıxdıqdan sonra, öz sözləri ilə desək, daha yaxşı, daha güclü bir razılaşma əldə etmək istədiyini bildirib. Əla. Bu barədə kitab yazdı. Bəli, gəlin görək nə edə bilər”, - deyə Blinken qeyd edib.

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Tramp qalib gəlib. O, dövlət başçısı kimi ilk müddətində İrana qarşı maksimum təzyiq siyasətini nümayiş etdirib, Tehrana qarşı sərt sanksiyalar tətbiq edib, 2018-ci ildə nüvə sazişindən çıxıb, həmçinin İsrailə siyasi-hərbi və iqtisadi dəstəyi artırıb. İran hakimiyyəti seçilmiş Amerika liderinə İslam Respublikasına maksimum təzyiqdən əl çəkməyi tövsiyə edir. İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, əgər o, əks qərar verərsə, Birləşmiş Ştatlar Tehranın “maksimum müqaviməti” ilə üzləşəcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri