Icma.az
close
up
RU
Blinken Mirzoyanla bunu razılaşdırıb: Soros bölgəyə gəlir Seyidov danışdı

Blinken Mirzoyanla bunu razılaşdırıb: Soros bölgəyə gəlir Seyidov danışdı

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar. ABŞ-da Cozef Bayden administrasiyasının müddətinin bitməsinə bir neçə gün qalmış Ermənistanla imzalanan bu sazişin mahiyyəti nədən ibarətdir?

- Əslində, bu heç də iki ölkə arasında strateji əməkdaşlıq sazişi deyil. Bu strateji əməkdaşlığın təşkil olunması üçün komissiyanın yaradılmasını ehtiva edən razılaşmadır. Formalaşacaq komissiya aparacağı araşdırmalardan sonra yekun qərar veriləcək. Hətta bu razılaşma ilə regiona Amerika hərbçilərinin göndərilməsi də nəzərdə tutulub. Sözsüz ki, bu Bayden administrasiyanının gethagetdə (20 yanvar 2025-ci ildə Cozef Baydenin prezidentlik müddəti başa çatır) əlində olan son imkanlarından istifadə edərək, Soros siyasətinin regiona növbəti zərbəsini vurmaq, problem yaratmaq niyyətini özündə ehtiva edir.

- İmzalanan bu xartiyanın təsir imkanları ilə bağlı nə demək olar? Bu kimi gedişlər bölgə üçün nə vəd edir?

- Əldə edilən bu xartiya deklorativ xarakterə malikdir. Azərbaycana, Cənubi Qafqaza bu addımların hansısa problemlər yaratmaq imkanları yoxdur. Bu daha çox ABŞ-nin yeni administrasiyası (Donald Tramp nəzərdə tutulur) üçün problemlər yarada bilər. Çünki bu kimi məsələlərin araşdırılması, qərarların qəbul edilməsi və həyata keçirilməsi uzun müddət sabit siyasət tələb edir. Məhz Bayden administrasiyasının getməsinə bir neçə gün qalmış ümumi siyasətin 180 dərəcə dəyişməsi ona dəlalət edir ki, onlar növbəti təxribatla məşğuldurlar.

- Təxribat elementləri nədən ibarətdir?

- Bayden komandası ABŞ-də yeni formalaşacaq administrasiya və qlobal miqyasda problem yaratmaq istiqamətində növbəti addımlar atıblar. Eyni zamanda imzalanan bu xartiyanın Amerika-Ermənistan münasibətlərinə hansısa formada töhfə verəcəyi inandırıcı deyil. Əksinə, bu cür birtərəfli addımlar regionda daha çox gərginlik yarada biləcək. Bu gərginlik daha çox Ermənistanın özü ilə bağlı olacaq. Həmçinin bu saziş ölü doğulmuş uşaq kimidir.

- Tramp administrasiyası üçün bu razılaşmanın mahiyyəti necə ola bilər? Burada mexanizm necədir?

- Bu razılaşma ilə hansısa addımlar atmaq, yeni formalaşacaq ABŞ administrasiyası tərəfindən qəbul olunmaq imkanları da çox azdır. Ona görə də yeni administrasiya Bayden-Blinken cütlüyünün qəbul etdiyi əksər qərarları bir daha təhlil edəcək. Bu mənada Blinkenlə Mirzoyanın imzaladığı razılaşma Bayden administrasiyanın kimin tərəfindən olduğunu bir daha göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Yanvar 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri