Blinken: Trampın planı üzrə Putinə ediləcək heç bir güzəşt onu qane etməyəcək
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken hesab edir ki, əgər heç olmasa atəşkəsə nail olunarsa, Ukrayna Rusiyanın gələcəkdə yenidən təcavüzə əl atmasını mümkünsüz edəcək etibarlı təhlükəsizlik zəmanətləri ilə təmin olunmalıdır.
Qaynarinfo xəbər verir ki, Blinken bunu CNN telekanalının efirində deyib.
Blinkendən əvvəlcə müharibənin ən real nəticəsinin nə ola biləcəyi soruşulub.
"Mənim şəxsi qiymətləndirməmə görə, xəritədə və ya real döyüş xəttində ciddi dəyişiklik olmayacaq. Ruslar dəhşətli itkilər bahasına çox kiçik ərazilərdə irəliləyirlər. Düşünürəm ki, son bir il ərzində onlar Ukrayna ərazisinin cəmi bir faizini on minlərlə ölən və yüz minlərlə yaralı bahasına ələ keçiriblər. Əsas sual budur: əgər biz bu münaqişəni heç olmasa müəyyən müddətə nizamlamaq istəyiriksə, elə bir çəkindirmə mexanizmi qurmalıyıq ki, Rusiya sadəcə dayanıb bir müddət sonra yenidən hücuma keçə bilməsin”, – deyə Blinken bildirib.
Keçmiş dövlət katibi vurğulayıb ki, heç kim böyük bir ölkənin daha kiçik ölkəni əzməsinə baxmağı xoşlamır. Lakin Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq sistemi formalaşdıran əsas prinsiplərə hücumdur – yəni qonşu ölkənin sərhədlərini güc yolu ilə dəyişmək və ya ona öz siyasətini diktə etmək olmaz.
Blinken Ukraynaya hansı təhlükəsizlik zəmanətlərinin veriləcəyinin həlledici əhəmiyyət daşıdığını qeyd edib.
Onun fikrincə, müəyyən olunmuş istənilən xətt boyunca qüvvələrin yerləşdirilməsi son dərəcə vacibdir və bu, Rusiya üçün maneə yaratmalıdır. Eyni zamanda Ukraynanın müdafiə sənayesi inkişaf etdirilməli, ABŞ isə kəşfiyyat məlumatları və silah tədarükünü davam etdirməlidir.
Blinkendən həmçinin Donald Tramp administrasiyasının Ukraynanı bir sıra güzəştlərə məcbur etməklə müharibəni bitirmək strategiyasının işləyib-işləməyəcəyi soruşulub.
"Qısa cavab – yox. İki səbəbə görə”, – deyə Blinken bildirib.
Onun sözlərinə görə, birincisi, ukraynalılardan öz ərazilərindən könüllü imtina etməyi tələb etmək çox çətindir, çünki bu halda təcavüz Rusiyaya mükafat qazandırmış olur.
İkincisi isə Blinken hesab edir ki, Rusiyanın bütün tələblərinin yerinə yetirilməsi belə sonda Vladimir Putini qane etməyəcək.
Blinkenin fikrincə, Putinin ilk hədəfi Donbasın tam nəzarətə götürülməsidir, növbəti mərhələdə isə Kreml rəhbəri bu və ya digər formada bütün Ukraynanı ələ keçirməyə çalışacaq.
"O, Ukraynanı müstəqil ölkə kimi neytrallaşdırmaq istəyir. Onu bu və ya digər formada Rusiyaya bağlamaq niyyətindədir. Məqsəd budur”, – deyə Blinken vurğulayıb.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Müdafiə Qüvvələrinin Donetsk vilayətindən geri çəkilməsi ilə bağlı təklifləri ədalətsiz adlandırıb. Dövlət başçısı bildirib ki, Ukrayna geri çəkilməyəcək və "harada dayanıbsa, orada da dayanacaq”.
Zelenskinin sözlərinə görə, müharibənin bitməməsinin yeganə səbəbi Vladimir Putindir.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 22 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















