Icma.az
close
up
RU
Blinkeni təcili Ankaraya gətirən SƏBƏBLƏR: ABŞ hansı nəticələri əldə etdi? ŞƏRH

Blinkeni təcili Ankaraya gətirən SƏBƏBLƏR: ABŞ hansı nəticələri əldə etdi? ŞƏRH

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin paytaxtı Ankaraya səfər edib. O, əvvəlcə prezident Rəcəb Tayyib Ərdoğan, daha sonra isə XİN rəhbəri Hakan Fidanla görüşüb.

Blinkenin Ankara səfərində ilk diqqətçəkən məqam dövlət katibinin səfəri 13 dekabrda planlaşdırılsa da, bir gün öncə - 12 dekabr axşam saatlarında gəlməsi və Ərdoğan tərəfindən birbaşa hava limanında qarşılanması idi.

Maraqlıdır, bu dəyişikliyin əsas səbəbi nədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, bu “səbirsizliyin”, xüsusilə Suriyada baş verənlər və Ankara ilə Vaşinqton arasındakı ziddiyyətlər fonunda səfər proqramından qaynaqlanması ehtimalı zəifdir:

“Suriyada mövcudluğunu davam etdirəcək ABŞ yeni dövrdə əvvəlki cəbhələri saxlamağa, yəni İŞİD-ə qarşı mübarizə vitrini altında Türkiyə ilə eyni tərəfdən çıxış etmək və Ankaranı Moskva-Tehran xəttinə yaxın buraxmamağa çalışır. Səfərdən öncə və sonra ABŞ tərəfinin verdiyi açıqlamaların da “İŞİD mövzusu” üzərində qurulması, PYD/YPG amilinin üzərindən keçilməsi diqqət çəkir. Hərçənd, PYD/YPG-yə münasibət Ankara-Vaşinqton xəttində ziddiyyətli məqam olaraq qalır, Blinkenin “tələsik” səfəri də bundan – daha dəqiq desək, Türkiyənin Suriyada atacağı addımlardan qaynaqlanır”.

Onun sözlərinə görə, Əsədin devrilməsindən dərhal sonra Tel-Rıfat və Mənbic YPG-dən təmizlənib:

“Növbəti hədəfin Rakka ola biləcəyi gözləntiləri var. PYD/YPG məsələsində Türkiyə üçün problemli ola biləcək amil ABŞ/İsrail cəbhəsinin mövqeyi ilə yanaşı, HTŞ idi. Colani komandası “kürd kartı”na qarşı Ankara ilə anlaşmasa, bu təkcə PYD/YPG-nin əlinin güclənməsi ilə yox, həm də Suriyanın yenidən qurulması və qaçqınların qayıdışının təmin edilməsində proqnozlaşdırılmamış məqamlara yol açır. ABŞ üçün Suriyada addımlarını müəyyənləşdirmək məqamlarından biri də bu – HTŞ-nin mövqeyi idi. Lakin MİT rəhbəri İbrahim Kalının ilk xarici nümayəndə olaraq Dəməşqə səfəri, orada qarşılanması Suriyanın yeni mərhələsində Türkiyənin güclü mövqeyinin mənzərəsini ortaya çıxardı.

Kalının Dəməşq səfəri və yeni rəhbərliklə müzakirəsində əsas mövzulardan birinin PYD/YPG-yə qarşı əməliyyatların olduğu istisna deyil. Ankaranın Suriyanın yeni rəhbərliyindən istəkləri var: PYD/YPG-yə qarşı eyni mövqedən çıxış etmək, ən azı neytral qalmaq və ərazi bütövlüyünün, unitar quruluşun qorunub saxlanılmasında israrlı olmaq.

Bu, Türkiyə üçün iki kontekstdə önəmlidir. Birincisi, Suriyada mümkün “kürd kantonunun” yaradılması planının qarşısını almaq. Belə ki, Ərdoğan Blinkenlə görüşdə də “Suriyanın ərazi bütövlüyü və unitar quruluşunun qorunması” vurğusu ilə bu mesajı verdi. İkincisi isə PYD/YPG-yə qarşı əməliyyatları həm də Dəməşqin – Suriyanın yeni rəhbərliyinin razılığı ilə davam etdirmək. Bu, post-Əsəd dövründə hərbi müstəvidəki addımların beynəlxalq hüquq prinsiplərinə uyğunlaşdırmaq üçün lazımlıdır”.

Politoloq qeyd edib ki, baş vetən hadisələr fonunda Vaşinqtonda narahatlıq var:

“Türkiyə Suriyada praktiki olaraq yeganə həlledici gücə çevrilib və bu, xüsusilə hakimiyyətin təhvil-təslim edilməsinin ABŞ-nin xarici siyasətində yaratdığı boşluqlar fonunda “kürd kartını” böyük ölçüdə neytrallaşdırmaq imkanı verir. Vaşinqton və Ankaranın Suriyanın gələcəyi ilə bağlı razılaşma əldə etsə də, Bayden Administrasiyası PYD/YPG-ni qorumaq və ən azı zaman qazanmaq üçün proseslərə təsir etməyə çalışır. Lakin Ərdoğan Blinkenin “İŞİD-ə qarşı mübarizə” təklifinə PKK/PYD/YPG-ni əlavə etməsi Türkiyənin geri addım atmayacağından xəbər verir”.

Firuzə Əliyeva

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri