Icma.az
close
up
RU
Qərb liderlərini Ankaraya gətirən səbəblər: “Avropa indi Türkiyəyə möhtacdır“

Qərb liderlərini Ankaraya gətirən səbəblər: “Avropa indi Türkiyəyə möhtacdır“

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Britaniyanın Baş naziri Rişi Sunakın Türkiyəyə səfərinin ardından gecəylə Almaniya kansleri Olaf Şolts da Ankaraya gəlib. Qısa zaman ərzində iki aparıcı Avropa liderinin ardıcıl şəkildə Türkiyəyə gəlməsi beynəlxalq müşahidəçilərin diqqətini çəkib. Ukraynada gərginliyin artdığı, Rusiya ilə Qərb arasında qarşıdurma ehtimallarının müzakirə olunduğu bir vaxtda bu səfərlərin arxasında hansı məqsədlərin dayandığı maraq doğurur. Avropa liderlərini bu qədər təcili şəkildə Türkiyəyə gətirən əsas səbəb nədir? Mümkün Avropa–Rusiya münaqişəsi fonunda Türkiyənin tutacağı mövqe və alacağı rol aydınlaşdırılır?

Moderator.az-a danışan türkiyəli politoloq İsmayıl Cingöz bildirib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunakın səfərindən dərhal sonra Almaniya kansleri Olaf Şolts da Ankaraya gəlib. Onun sözlərinə görə, Avropa hazırda həm Rusiyaya qarşı narahatlıq, həm də Amerika Birləşmiş Ştatlarına qarşı etimadsızlıq hissi yaşayır:

“ABŞ NATO üzvü Avropa ölkələrini Rusiyaya qarşı qorumaqda davam edir və Avropa ölkələri NATO öhdəliklərini yerinə yetirməsələr, ABŞ artıq bu yükü təkbaşına daşımayacağını açıq şəkildə bəyan edir. ABŞ-ın ritorikasına görə, əgər Amerika NATO-dan çıxarsa, Avropa Rusiyanın növbəti hədəfi ola bilər. Eyni zamanda ABŞ Avropa ölkələrindən silah almasını və Rusiyaya qarşı müdafiə qüvvələrini gücləndirməsini, həmçinin Vaşinqtonun regiondakı mövcudluğunu maliyyələşdirməsini tələb edir. Avropa ölkələri ABŞ olmadan necə müdafiə sistemi qura biləcəkləri barədə narahatdır və faktiki olaraq Türkiyə olmadan bu sistemi qura bilməyəcəklərini etiraf edirlər. Avropa liderləri Türkiyənin hərbi gücü və yerli müdafiə sənayesi vasitəsilə təminat əldə edə biləcəklərini görür və bu səbəbdən son vaxtlar Ankara ilə yaxınlaşmaq üçün təşəbbüslər artır. ABŞ-dan tələb olunan “F-35” “F-16” təyyarələrinin verilməməsi, mövcud “F-16”ların  modernləşdirilməsi üçün lazımi avadanlığın təminində ləngimə, Türkiyəni alternativ istiqamətlərə yönəldib. Nəticədə Ankara Avropa istehsalı və konsorsium bazlı döyüş təyyarələrini almaq yönündə addımlar atmağa başlayıb”.

Avropa ölkələrinin Türkiyə ilə yaxınlaşması yalnız hərbi sahədə deyil, eyni zamanda Avropanın ABŞ olmadan öz müdafiə konseptini inkişaf etdirməyə çalışması baxımından da önəmlidir:

“Avropa ölkələri İkinci Dünya Müharibəsindən sonra müdafiələrini ABŞ-a etibar edərək bir çox üstünlüklər əldə etmişdi, lakin hazırda bunun problemlərini yaşayırlar. ABŞ əvvəllər Avropa NATO üzvlərinə demişdi ki, “Sizin müdafiənizi mən təmin edəcəyəm, siz isə bunun qarşılığında silah, texnika və digər avadanlıqları bizdən alacaqsınız və ÜDM-in müəyyən hissəsini NATO üzvlük haqları kimi ödəyəcəksiniz. Ukraynanın yeraltı və yerüstü zənginlikləri ilə bağlı ABŞ və Rusiyanın anlaşması Avropanı Ukraynanın resurslarından kənar tutmağa çalışır. 

ABŞ və Avropa arasında bu məsələdə fikir ayrılığı mövcuddur: Avropa Ukraynanın ərazi bütövlüyünü təmin etmək, Kırımın ilhaqından imtina etdirərək sülh əldə etmək istəyir, amma ABŞ bu məsələdə fərqli yanaşır. ABŞ olmadan Avropa ölkələri Rusiyaya qarşı Türkiyə ilə müdafiə doktrini qurmaq istəyir, amma bu prosesdə Türkiyə ilə tam bir asılılıq yaratmamağa çalışırlar. Eyni zamanda, Türkiyənin Avropa ölkələrinə sərbəst və tam dəstək verməsi ehtimalı da çox zəifdir”.

İsmayıl Cingöz vurğulayıb ki, Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas lokomotiv ölkələri kimi öz müdafiə və iqtisadi strategiyalarını tədricən formalaşdırırlar:

 “Yeni dünya sistemində Türk Dövlətləri Təşkilatı öz güc mərkəzlərini formalaşdırmağa başlayıb və bu istiqamətdə mühüm addımlar atılır. Avropa ölkələri bu məsələdə böyük narahatlıq içərisindədir. TDT öz güc mərkəzini formalaşdırarkən, Avropa ölkələri isə özünü bir istiqamətsizlik vəziyyətində görür. Bu səbəbdən Avropa ölkələri Türkiyəyə ehtiyac duyur və bununla üzləşmək məcburiyyətindədir.

Gələcəkdə Avropa və Rusiya arasında mümkün əməkdaşlıqda Türkiyənin hansı mövqedə olacağı hələlik qeyri-müəyyəndir. Lakin Türkiyənin Rusiyayla strateji əlaqələri nəzərə alınarsa, ehtimal ki, Türkiyə və Türk Dövlətləri Təşkilatı belə bir vəziyyətdə tərəfsiz mövqe tutacaq. Rusiyanın Ukraynaya qarşı müharibəsində Türkiyə tərəfsizliyini qoruyub, hər iki ölkə ilə dialoqu, ticarət və görüşlərini fasiləsiz davam etdirərək tərəfsiz və etibarlı bir status qazanıb. Yaxın gələcəkdə Avropa ölkələri həm qeyri-müəyyənlik, həm də təhlükəsizlik narahatlığı ilə üzləşəcək, Tarix göstərir ki, uzun illər Türkiyəni kənarda saxlayan Avropa indi Türkiyəyə möhtacdır”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri