Icma.az
close
up
RU
Blinkenin Bakıya “əlcək atmasının” səbəbi bilindi: Azərbaycanı cəzalandırmaq istəyirlər

Blinkenin Bakıya “əlcək atmasının” səbəbi bilindi: Azərbaycanı cəzalandırmaq istəyirlər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Dövlət Katibi Entoni Blinkenin son çıxışı müzakirələrə səbəb olub. Belə ki o, hüquq müdafiəçisi Rüfət Səfərovu insan hüquqları sahəsində ali mükafatla təltif edib və Azərbaycanı “haqsız yerə saxlanılanları” azad etməyə çağırıb. Əslində Blinken Azərbaycana mükafat “hücumu” etdi. Eyni zamanda Sevinc Vaqifqızı ABŞ Dövlət Departamenti tərəfindən mükafatlandırılan 10 korrupsiyaya qarşı mübarizə çempionundan biridir.

Onun bu mükafatları Bayden administrasiyasını ələ verdi? Demək, Azərbaycanda Qərbin maliyyə və ideoloji təsiri altında olan şəxslər təlimatı Vaşinqtondan və digər Qərb paytaxtlarından alır? Bu da ölkənin daxili işlərinə qarışmaq sayılırmı?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Azərbaycanın, eləcə də Güney Qafqazda olan digər dövlətlərin ABŞ, Aİ və Rusiya kimi böyük ölkələrin hədəfində olduğu real görünür:

“Cənubi Qafqaz uğrunda geopolitik savaş var. Tərəflər daha çox bölgəyə sahib olmaq, digər alternativləri bölgədən çıxartmaq, zəiflətmək uğrunda mübarizə içərisindədirlər. Azərbaycan, Gürcüstan və Ermənistan eyni vaxtda həmin güclərin hədəfindədir. Sadəcə hansı dövlətdə hakimiyyətlə kimin əlaqələri yaxşıdırsa, onu dəstəkləyir, kiminlə də maraqları uzlaşmırsa, onunla savaş içərisinə girirlər. Bu gün Ermənistan-Rusiya, Gürcüstan-Aİ-nin gərgin münasibətdə olduğunu görürük. Həmin proseslər öz növbəsində Azərbaycana da müəyyən qədər təsir edir. ABŞ və Qərb Azərbaycandan istədiklərini ala bilmədikləri üçün müəyyən vasitələrlə təzyiq etməyə çalışırlar”.

Əli Mustafayev

Siyasi şərhçinin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsində vasitəçilik missiyasını həyata keçirmək istəyir:

“Azərbaycan və Ermənistan XİN rəsmilərini görüşdürmək planları baş tutmadı. Bu da rəsmi Vaşinqtonun narahatlığına səbəb olub. Çünki həmin görüşlərin arxasında siyasi divident, təsir elementləri var. Dünya birliyinə, beynəlxalq ictimaiyyətə çatdırılır ki, filan münaqişənin həllində ABŞ aktiv rol oynadı. Bir növ öz nüfuzlarının əhəmiyyətli olduğunu diqqətə çatdırmağa çalışırlar.
Blinkenin son addımı da bu narahatlıqlar fonunda atılıb. Yəni hər vəchlə özlərinin rolunun üstün olduğunu göstərmək istəyirlər. Lakin bu bir ölkənin daxili məsələlərinə qarışmaq kimi qiymətləndirilməlidir. Ölkəmizə, verilən qərarlara qarşı bu qəbildən yanaşma doğru deyil.

Yeni dünya düzəninin qurulduğu dönəmdə böyük dövlətlər tez-tez kiçik dövlətlərin daxili məsələlərinə qarışıb, status-kvonu dəyişdirməyə çalışırlar”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri