Blogerin təşkil etdiyi məclisdə 2 nəfər sıxlıqdan öldü
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pakistanda məşhur yerli bloger Ansar Cattın (Mister Patlu) toyqabağı məclisində baş verən izdiham nəticəsində iki nəfər ölüb, 18 nəfər yaralanıb.
Axşam.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, bloger məclis iştirakçıları arasında avtomobil, 50 motosiklet və hər biri 180 dollar olmaqla 50 pul mükafatının oynanılacağını elan edib. Təşkilatçılar əvvəlcə giriş qapısını bağlayıb, daha sonra qəfil açıb və bu, izdihama səbəb olub. Hadisə yerində 5 mindən çox insanın toplandığı qeyd edilib.
Sialkot rəsmiləri təhlükəsizlik qaydalarını və tədbirin keçirilməsi üçün verilən icazə şərtlərini pozmaqda şübhəli bilinən 9 nəfərə, o cümlədən Catta və şəxsiyyəti müəyyənləşdirilməyən 40-45 mühafizəçiyə qarşı ittiham irəli sürüblər.
Polis tərəfindən 6 şübhəli saxlanılıb, hadisədən sonra qaçan Mister Patlunun axtarışları davam edir.
Hazırda axtarışda olan bloger sosial şəbəkədə paylaşdığı videoda ağlayaraq faciədən sonra özünü tamamilə tək və köməksiz hiss etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 Noyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















