İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Stokholm, 2 noyabr, AZƏRTAC
İsveçdə “ICA” və “Coop” ticarət şəbəkələrinə məxsus bir neçə ərzaq mağazasında soyuducu və dondurucu avadanlıqlarda ciddi nasazlıqlar yaranıb. Supermarketlərdən birinin əməkdaşları hadisənin haker hücumu nəticəsində baş verdiyini bildirsələr də, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
AZƏRTAC xəbər verir ki, “ICA” şəbəkəsinə məxsus Şöbu şəhərindəki supermarketlərdən birinin əməkdaşlarının məlumatına görə, gecə saatlarında naməlum şəxslər soyuducu avadanlıqların idarəetmə sisteminə müdaxilə edərək temperaturu 50 dərəcəyə qədər yüksəldiblər. Nəticədə mağaza yararsız hala düşmüş ərzaq məhsullarını məhv etməyə məcbur olub. Şəbəkənin Tomelilla şəhərində yerləşən digər supermarketinin fəaliyyəti isə müvəqqəti dayandırılıb.
“ICA” şirkəti bir neçə mağazada nasazlıqların baş verdiyini təsdiqləyib. Lakin hadisədən zərər çəkən mağazaların dəqiq sayı hələ məlum deyil.
Oxşar problemlər İsveçin mərkəzi hissəsində yerləşən “Coop” şəbəkəsinin altı mağazasında da qeydə alınıb. Bəzi mağazalarda ayrı-ayrı soyuducu kameralar sıradan çıxıb, digərlərində isə bütün soyuducu və dondurucu avadanlıqların fəaliyyəti dayanıb.
Hadisə Fransada yüzlərlə supermarketin soyuducu avadanlıqlarının işinin hakerlər tərəfindən pozulmasından təxminən üç həftə sonra baş verib. Həmin hücum zamanı kibercinayətkarlar əridilmə sistemlərini məsafədən işə salaraq soyuducu avadanlıqların normal fəaliyyətini pozmuşdular.
“Coop” şirkətindən bildiriblər ki, Fransadakı hadisədən sonra öz mağazalarında da eyni tipli avadanlıqların istifadə olunduğunu müəyyən ediblər və onların dəyişdirilməsi üçün əvvəlcədən yeni sistemlər sifariş olunub.
Mağaza əməkdaşlarının haker hücumu ilə bağlı açıqlamalarına baxmayaraq, “ICA” və “Coop” şirkətlərinin rəhbərliyi hazırkı nasazlıqların kiberhücum nəticəsində baş verdiyini hələlik təsdiqləməyib.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Baxış sayı:134
Bu xəbər 02 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















