Icma.az
close
up
RU
Blogerlərin “arzulist”i Əməkdaşlıq, yoxsa ...

Blogerlərin “arzulist”i Əməkdaşlıq, yoxsa ...

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Son illər sosial şəbəkələrin sürətli inkişafı ilə blogerlərin təsir gücü artıb.

Onların paylaşımları minlərlə insanın həyat tərzinə, seçimlərinə və davranışına təsir edir. Bu baxımdan blogerlərlə şirkətlər arasında əməkdaşlıq artıq yeni deyil. Lakin son günlər müşahidə olunan tendensiya ictimaiyyətdə birmənalı qarşılanmır. Bəzi blogerlər şəxsi ehtiyaclarını açıq formada paylaşaraq şirkətlərdən bunun qarşılanmasını istəyirlər.

Məsələn, yaxın günlərdə toyu olacaq bir bloger öz səhifəsində toy üçün lazım olanların siyahısını paylaşıb. Siyahıya xonça, dekor, geyim, restoran, ayaqqabı və s. daxildir. O, bütün bunların "əməkdaşlıq qarşılığında təmin olunmasını" təklif edib.

Əlbəttə, şirkətlərlə əməkdaşlıq etmək normaldır. Amma əməkdaşlığın əsas prinsipi qarşılıqlı fayda olmalıdır. Bir bloger öz gündəlik həyatını “reklam paketinə” çevirdikdə, burda artıq etik suallar yaranır. Bu, izləyicilər qarşısında həm də etibarlılıq məsələsini gündəmə gətirir.

Cəmiyyətin bir qismi belə halları açıq-aşkar dilənçilik kimi qiymətləndirir. Çünki əksər insanlar öz toyu üçün illərlə pul yığır, borc alır və ya imkan daxilində sadə məclis qurur. Blogerin isə izləyici sayı çox olduğuna görə ehtiyac siyahısı paylaşması sosial ədalətsizlik hissi yaradır.

Bundan başqa, bu yanaşma digər gənclərə də mənfi örnək ola bilər. Hər kəs sosial mediada müəyyən izləyici toplayaraq “siyahı paylaşmaq” yolunu seçsə, əməkdaşlıq anlayışı öz mahiyyətini itirəcək.

Bu prosesdə yalnız blogerləri günahlandırmaq da doğru deyil. Çünki şirkətlər də bu cür “kampaniyalara” qoşulmaqla məsuliyyət daşıyırlar. Əgər şirkətlər hər istək siyahısına cavab versələr, bu davranış daha da yayılacaq. Halbuki sağlam PR strategiyası izləyiciyə fayda gətirən, dəyər qatan layihələrlə qurulmalıdır, kiminsə şəxsi toy və ya məişət ehtiyacını qarşılamaqla yox.

Blogerlərin izləyici qarşısında etibarlılığını qoruması üçün şəffaflıq və balans vacibdir. Hər əməkdaşlıq həm izləyiciyə, həm şirkətə, həm də blogerin öz imicinə dəyər qatmalıdır. Əks halda, bu “arzulist”lər əməkdaşlıqdan çox başqa şeyləri xatırladacaq.

Cəmiyyətin gözləntisi sadədir: blogerlər şəxsi həyatlarını “sponsorluq siyahısı”na çevirmək əvəzinə, izləyicilərə fayda verən və nümunəvi olan addımlar atsınlar.

Leyla Mirzə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Avqust 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri